Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-208/2025 12.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ərizəçi sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli, 09 saylı Sərəncamı ilə 599.82 m2 torpaq sahəsinin ayrılması barədə A № 453955 saylı “Torpaq sahəsinin planı və ölçüsü” ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 17 fevral 2011-ci il tarixli, 09 saylı Sərəncamı ilə ona 599.82 kv.m həyətyani torpaq sahəsi verilmişdir. Bu barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına A № 453955 saylı “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanmışdır. Lakin qeyd edilən sənəddə onun soyadı “Əsədov” ata adı isə “İsi” kimi qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edərək Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli, 09 saylı Sərəncamı ilə ona ayrılmış torpaq sahəsinə dair çıxarış verilməsindən imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüldü, Yardımlı rayonu, Bilna kəndində doğulmuş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A№ 453955 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X1 Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli 09 saylı Sərəncamı ilə 599.82 m2 həyətyanı torpaq sahəsi ilə bağlı tərtib verilmiş və X6 kitabında xx.xx.2013-cü il tarixdə, 2360 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-M-0035-8/2023 saylı 06 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Şirvan şəhəri ərazisində yerləşən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində soyad və ata adında düzəliş edilməsi və sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı məktubunuza baxılmışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№ 453955 (**********2362) “Torpaq sahəsinin planı və ölçüsü” sənədində Ərizəçi səhvən “X4” kimi qeyd edilməsi barədə hüquqmüəyyənedici sənəd (məhkəmə qərarı) tərəfinizdən təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015ci il tarixli 439 nömrəli Fərmanına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddəsinə əsasən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün hüquqməyyənedici sənədlər və “Torpaq sahəsinin planı və ölçüsü” sənədində soyad, ata adında düzəliş edilməsi barədə məhkəmənin qərarı təqdim ediləcəyi təqdirdə, müraciətinizin icrası istiqamətində mövcud qanunvericiliyə uyğun tədbir görüləcəkdir.” Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin 07 fevral 2025-ci il tarixli, 5-8/2-181/2025 nömrəli məktubundan görünür ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Mili Arxiv idarəsinin xx.xx.2004-cü il tarixli 28 nömrəli əmri ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı” na uyğun olaraq saxlama müddəti bitmiş sənədlər (son 5 il saxlanılmaqla) daimi mühafizəsi üçün X3 filialına təhvil verilir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası X3 filialının 07 fevral 2025-ci il tarixli, 3-48-DA-14F/2-60/2025 nömrəli məktubunun qoşmasına əlavə edilmiş Şirvan şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 09 nömrəli Sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar 534 saylı fərmanı təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqları onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci maddəsinə əsaslanaraq, Şirvan şəhərində vətəndaşların qanuni istifadəsində olan həyətyani torpaq sahələri xüsusi mülkiyyətinə verilməsi qərar alınmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 14 iyul 2025-ci il tarixli, 3-21-3-38/2-2226/2025 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 09 nömrəli Sərəncamı ilə ayrılmış 599.82 kv.m torpaq sahəsinə dair tərtib edilmiş X5 kitabında xx.xx.2013-cü il tarixdə 2360 nömrə ilə qeydə alınmış AN 453955 (**********2362) nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədində qeyd edilmiş koordinatlarda olan texniki səhv faktiki istifadə vəziyyətinə uyğunlaşdırılacağı təqdirdə faktiki koordinatlar digər şəxslərin istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməyəcəkdir. Faktiki koordinatlar daxilində yerləşən torpaq sahəsində iddiaçıya məxsus fərdi yaşayış evi mövcuddur. Faktiki torpaq sahəsi iddiaçının istifadəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Həmin məcəllənin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə həmin torpaq sahəsinə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli, 09 saylı Sərəncamı ilə 599.82 m2 torpaq sahəsinin ayrılması barədə A № 453955 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərizəçi məxsus olması faktı mütəxəssis rəyinə əsasən öz təsdiqini tapmışdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi İsi oğlunun adına verilmiş Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli, 09 saylı Sərəncamı ilə 599.82 m2 torpaq sahəsinin ayrılması barədə A № 453955 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş olan dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli, 09 saylı Sərəncamı ilə 599.82 m2 torpaq sahəsinin ayrılması barədə A № 453955 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-208/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-208/2025
12.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver