Məhkəmə qərarları › İş №2(032)-225/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-225/2024

24.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-225/2024 24.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 və 28 sentyabr 2007-ci il təvəllüdlü X14 ünvan 1 ünvanına yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X2 Şəbnəm Fəxrət qızı ilə ailə həyatı qurmuşdurlar. Nəticədə 28 iyun 2016-cı il tarixdə rəsmi qaydada nikahları pozulmuşdur. Həmin vaxtdan bu günə kimi cavabdeh X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 19 mənzil 17 ünvanında atası evində yaşayır. Mərhum həyat yoldaşı X10 adına olan mənzildə cavabdeh formal pasport qeydiyyatında olduğuna görə ona kommunal xərcləridə ödəməli olur. Baxmayaraq ki, dəfələrlə cavabdehə bildirilmişdir ki, mənzilin qeydiyyatından çıxsın. Lakin o, hər dəfə vəd verməyinə baxmayaraq mənzilin qeydiyyatından çıxmaq istəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, X17 ilə 2007-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Lakin xasiyyətləri uyğun gəlmədiyindən, sonradan Şirvan şəhər Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə aralarında bağlanmış olan nikah məhkəmə qaydasında ləğv edilmişdir. Nikahları pozulduqdan sonra o, mübahisəli mənzildə yaşamasına şərait yaradılmamış və bu məqsədlə o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə istifadə hüququnun tanınması və köçürülməsi ilə bağlı müraciət etmişdir. Şirvan şəhər məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsi əsasında o, azyaşlı uşağı ilə birlikdə 2016-cı ildə mübahisəli mənzilə köçürülmüşdür. O, 2016-cı ildə mübahisəli mənzilə köçürülməsinə baxmayaraq, həmin mənzildə yaşamamışdır. 2016-cı ildən o, valideynlərinə məxsus olan evdə övladı ilə birlikdə yaşayır. Mübahisəli mənzildə hazırda müəyyən əşyaları qalmasına baxmayaraq onun həmin əşyalara ehtiyacı yoxdur. Sonda iddiaçının ona qarşı olan iddia tələbini qəbul edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X10 ilə 17 iyul 1982-ci il tarixdə nikaha daxil olmuş, bu barədə akt qeydi kitabında 248 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X9 arasında olan nikah qeydi ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə, 61 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 4736 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İsayev X18 şəhəri, S.Zeynalov küçəsi ev 8, mənzil 18 ünvanında qeydiyyatdadır. Şirvan şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şirvan şəhər Mənzil İstismar İdarəsinin sahə rəisi Həsənov Oktay və ünvan 5 ünvanında yaşayan Ələkbərov Arif, ünvan 6aşayan Məmədova Məlahət qızı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həqiqətən ünvan 3-də vaxt ilə X9 yaşamışdır. 28 iyul 2016-cı il tarixdən bugünə kimi X9 yaşamamışdır. Adları qeyd olunan şəxslər aktın doğruluğunu öz şəxsi imzaları ilə təsdiq etmişlər. İş materiallarına olan Əli Bayramlı şəhər X8 İcraiyyə Komitəsinin 15 yanvar 1988ci il tarixli, 567 nömrəli orderinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 4 otaqdan ibarət mənzil X5 verilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 21 aprel 2016-cı il tarixli, 2(032)-108/2016 saylı qətnaməsinin surətindən görünür ki, X16 ilə X9 arasında 04 may 2007-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 182 saylı nikah qeydi pozulması, onların birgə nikahlarından xx.xx.2007-ci ildə anadan olmuş X19 cavabdeh X3 himayəsində saxlanılması, xx.xx.2007-ci ildə anadan olmuş X14 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli, 2(032)-2895/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı İsayeva (Allahverdiyeva) Şəbnəm Fəxrət qızı uşağı 28 sentyabr 2007-ci ildə anadan olmuş X19 ilə birlikdə Şirvan şəhəri S.Zeynalov küçəsi 8 saylı evin 18 nömrəli mənzilinə köçürülməsi və istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli, 2(032)-2895/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, iddia iddiaçı İsayeva (Allahverdiyeva) Şəbnəm Fəxrət qızının uşağı 28 sentyabr 2007-ci ildə anadan olmuş X19 ilə birlikdə Şirvan şəhəri S.Zeynalov küçəsi 8 saylı evin 18 nömrəli mənzilinə köçürülməsi hissəsində təmin edilmiş, iddiaçının mənzilə istifadə hüququnun tanınması hissəsində isə sonuncunun mənzilə istifadə hüqunun mövcud olduğundan təmin edilməmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra şöbəsinin böyük icra məmuru X20, icra məmuru X11, iş üzrə borclular X16, X12, iş üzrə tələbkar İsayeva (Allahverdiyeva) Şəbnəm Fəxrət qızı və hal şahidi X7 (Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 16/2) iştirakı ilə tərtib edilmiş aktda qeyd edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-2895/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin icrası ilə bağlı əlaqədar tələbkar İsayeva (Allahverdiyeva) Şəbnəm Fəxrət qızının uşağı ilə birlikdə ünvan 8 ünvana onları köçürdük və tərəflərə onların hüquq və vəzifələri izah olundu. Aktın doruluğu aktı tərtib etmiş şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan Şirvan şəhər Mənzil İstismar İdarəsinin sahə rəisi Həsənov Oktay, İddiaçı və X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, tərəflərindən mənzildə olan əşyalar yoxlanılmış, 1 ədəd şfoner, 1 ədəd taxt, 1 ədəd köhnəlmiş kamot aşkar edilmişdir. Adları qeyd olunan şəxslər aktın doğruluğunu öz şəxsi imzaları ilə təsdiq etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən mənzil xx.xx.1988-ci il tarixdə orderlə X4 istifadəsinə verilmiş, sonradan X10 öldükdən sonra həmin mənzil 11 dekabr 2023-cü ildə mənzil kirayə müqaviləsi onun əri İddiaçı Fuad oğlunun adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının oğlu X17 ilə ailə qurandan sonra dövlət mənzil fonduna aid olan mübahisəli mənzilə 2006-cı ildə gəlin köçmüşdür. Məhkəmə həmçinin müəyyən etdi ki, hazırkı mülki iş üzrə Cavabdeh ilə iddiaçının oğlu X16 arasında bağlanmış olan nikah qeydi məhkəmə qətnamısi ilə 2016-cı ildə pozulmuşdur. Eyni zamanda məhkəmə müəyyən etdi ki, hazırki iş üzrə cavabdeh X9 yaşayış sahəsinə istifadə hüququnun tanınmaqla evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 22 sentyabr 2016-cı il tarixli, 2(032)- 2895/2016 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, İsayeva (Allahverdiyeva) Şəbnəm Fəxrət qızının uşağı xx.xx.2007-ci il təvəllüdlü X19 ilə birlikdə mübahisəli mənzilə köçürülmüş, iddia tələbinin mənzilə istifadə hüququnun tanınması hissəsinə münasibətdə isə iddia təmin edilməmişdir. İddianın təmin edilməməsinə əsas sonuncunun həmin mənzildə istifadə hüququ mövcud olduğu əsas götürülmüşdür. Məhkəmənin sözügedən qətanəməsi üzrə İsayeva (Allahverdiyeva) Şəbnəm Fəxrət qızının uşağı xx.xx.2007-ci il təvəllüdlü X19 ilə birlikdə mübahisəli mənzilə köçürülmüş və bu barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə akt tərtib edilmişdir. Məhkəmə iclasında iddiaçının və cavabdehin vermiş olduğu izahatından müəyyən edilmişdir ki, hazırkı mülki iş üzrə cavabdeh mübahisəli mənzilə 2016-cı ildə köçürülsə də, həmin mənzili tərk etmiş və 2016-cı ildən etibarən Cavabdeh (İsayeva) valideynlərinə məxsus olan mənzildə yaşayır. Bu hal eyni zamanda iddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu aktda və cavabdehin vermiş olduğu izahatında da öz təsdiqini tapmışdır. Məhkəmə, cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Hazırkı mülki iş üzrə cavabdeh mübahisəli mənzilə 2016-cı ildən köçürülsə də, işin materialları və faktiki halları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli mənzildən köçüb getmiş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehin mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda – həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçməsi ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək cavabdehin mübahisəli mənzilin yaşayış sahəsindən hüququ itirilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Beləliklə, məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən artıq fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) olmasını göstərən hər hansı hərəkətinin olmaması, məhz onun həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və iddia tələbi təmin edilməklə cavabdehlərin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Allahverdiyeva (İsayeva) Şəbnəm Fəxrət qızı və 28 sentyabr 2007-ci il təvəllüdlü X14 Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 8, 18 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar