Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-246/2024 04.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı X1 Şirvan şəhəri, L-NT İbrahimov küçəsi ev 18, mənzil 31 nömrəli mənzildən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehə X4 X3 ilə 04 iyun 2012-ci ildə Şirvan şəhər Qeydiyyat Şöbəsində nikahların bağlanması haqqında akt qeydləri kitabında 243-cü səhifədə qeyd edilmişdir. Birgə nikahlarından uşaqları olmamışdır. Cavabdeh X4 ilə aralarında olan ər-arvadlıq münasibəti pozulduğundan Şirvan şəhər Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(032)-341/2017 saylı qətnaməsi ilə onların nikahları pozulmuşdur. Nikah pozulduğdan sonra cavabdeh X4 özünə məxsus olan bütün əmlakını aparmışdır. Hazırda evdə heç bir əmlakı qalmamışdır. X3 13 yanvar 2020-ci il tarixdə X7 ilə ailə həyatı qurmuş və onların xx.xx.2020-ci il təvəllüdlü Həsən və Hüseyn adlı uşaqları anadan olmuşdur. Hazırda onlar Şirvan şəhəri, L- NT İbrahimov küçəsi ev 18, mənzil 31-də yaşayırlar. 24 avqust 1994-cü il tarixdə ünvan 1 ünvanında, indiki ünvan 2bədə, 3 otaqlı 47,31 kv.m olan 974 saylı orderlə ev almışdır. Hazırda həmin ev iddiaçının adınadır və ailəsi ilə birlikdə orda yaşayırlar. X4 2019-cu ildə nikahları ləğv edildikdən 2 il sonra onun razılığı olmadan mənzilin pasport qeydiyyatına düşmüşdür. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş cavabdeh X2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinə xitam verilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında istifadə hüququna xitam verilməsi ilə bağlı mübahisə məhkəmə tərəfindən baxılmış və müvafiq məhkəmə aktı qəbul olunmuşdur. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 974 nömrəli orderinin surətindən görünür ki, Şirvan şəhəri, L-NT İbrahimov küçəsi 18 saylı evin 31 nömrəli mənzil X5 verilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-341/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X8 ilə 04 iyun 2012-ci ildə Şirvan şəhər Qeydiyyat Şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 243 nömrə ilə qeyd edilmiş nikahları pozulmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1328/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Beləliklə məhkəmə bildirir ki, xx.xx.2019-cu ildə İddiaçı eyni məzmunda iddia ilə məhkəməyə müraciət etmiş, iddia Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1328/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamədən şikayət verilməmiş, qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Müəyyən edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur və belə olan vəziyyətdə təkrar məhkəməyə baxılmasına yol verilmir. Odur ki, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Mustafayeva (İbrahimova) Nigar Ənnağı qızına qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261,263,264,268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu (qəbz **********) ərizəçi İddiaçı qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında,eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-246/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-246/2024
04.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver