Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-25/2023 09.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Cavabdeh Bəzirxan qızının iştirakı ilə İddiaçı Cavabdeh Bəzirxan qızına qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bəzirgan qızı ilə aralarında bağlanmış 15 aprel 2019-cu il tarixli, 155 saylı nikah qeydinin pozulması barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Bəzirgan qızı ilə 15 aprel 2019-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahlarından 07 aprel 2020-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur, uşaq hazırda cavabdehin himayəsində, Ağstafa rayonunda yaşayır. Onlar ailə qurduqdan sonra evlərində həmişə söz-söhbət, narazılıqlar olmuşdur. Cavabdeh evdə onun ailə üzvləri ilə yola getməmiş, evlərində həmişə narazılıq yaratmışdır. O, bu günə kimi cavabdehin belə kaprizli hərəkətlərinə bir uşağının və ailəsinin dağılmaması xatirinə dözmüş, ailəsinin dağılmasını istəməmiş, lakin cavabdeh onu bir ailə kimi başa düşməmişdir. Bütün bu olanlardan sonra isə cavabdeh artıq 3 aydır ki, uşaqlarını da götürərək evdən getmiş, hazırda uşaqla birlikdə Ağstafa rayonunda yaşayan valideynlərinin evində yaşayır. Bütün bu olanlardan sonra onun cavabdehlə barışıb birlikdə ər-arvad kimi yaşamağı qeyrimümkündür. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək ərizə təqdim etmiş, sonrakı məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş Cavabdeh Bəzirgan qızının qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq həmin ünvanda yaşamadığı qeyd olunmuşdur. Sonrakı məhkəmə iclaslarında iştirak edən cavabdeh iddianı qəbul etdiyini və təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 4383 nömrəli arayışından görünür ki, X2 şəhəri, T.İsmayılov küçəsi, ev 17, mənzil 40 saylı ünvanda qeydiyyatdadır. Tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Nikahın bağlanması haqqında arayışdan görünür ki, X6 ilə X1 şəhər Qeydiyyat şöbəsində 15 aprel 2019-cu il tarixdə rəsmi qeyd etdirmişlər. Bu barədə 15 aprel 2019-cu il tarixdə, 155 saylı akt qeydi tərtib olunmuşdur. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 ilə X3 arasında nikah xx.xx.2019-cu ildə Şirvan şəhər Qeydiyyat şöbəsində 155 nömrə ilə qeydə alınmışdır, X3 nikaha daxil olaraq “Rəhimli” soyadını qəbul etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1622/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 22 sentyabr 2022-ci ildən hesablanmaqla xx.xx.1991-ci ildə ünvan 2 ünvanında yaşayan İddiaçı Marif oğlundan hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh Bəzirgam qızına verilməsi qət edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Mülki işin materiallarından görünür ki, tərəflərə barışmaq üçün 3 ay vaxt verilsə də onlar barışmamışlar, iddiaçı nikahın pozulmasına təkid edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah pozulduqdan sonra məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideyinlərindən hansının yanında qaldığını müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X8 hazırki vaxtda Cavabdeh Bəzirxan qızının yanında qalır. Məhkəmə uşağın yaşını, ana nəvazişinə ehtiyacının olmasını nəzərə alıb hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X5 anası Cavabdeh Bəzirxan qızının yanında qalması məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında nikah münasibətləri dağılmış, formal xarakter daşıyır, tərəflərin birgə yaşaması mümkün deyil və bu səbəbdən iddia təmin edilməli, X6 ilə Cavabdeh Bəzirgan qızı arasında olan Şirvan şəhər Qeydiyyat şöbəsində qeydə alınmış, 15 aprel 2019-cu il tarixli, 155 nömrəli akt qeydi pozulmalı, 07 aprel 2020-ci il təvəllüdlü X8 Cavabdeh himayəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumundan və 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X6 ilə Cavabdeh Bəzirgan qızı arasında olan Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış, 15 aprel 2019-cu il tarixli, 155 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş 07 aprel 2020-ci il təvəllüdlü X8 Cavabdeh himayəsində saxlanılsın. Dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-25/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-25/2023
09.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver