Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-278/2025 10.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhəri, Naxçıvan 16, ev 275 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Naxçıvan 16 küçəsi, 375 saylı fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixdə mülkiyyət hüququ haqqında adına çıxarış verilmişdir. Qeyd edilən daşınmaz əmlak atası X6 bağışlanma müqaviləsi əsasında mülkiyyətinə keçmişdir. Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə nikahı rəsmi qeyd etdirmədən ailə qurmuşlar. Onların birgə yaşadıqları müddətdə xx.xx.2017-ci il tarixdə X10 adlı bir övladları anadan olmuşdur. Övladı hazırda onun himayəsindədir. Cavabdeh1 ilə 2 ildir ki, ayrılmışlar. Yaşadıqları müddət ərzində Cavabdeh1 Kürdəmir rayonunda qeydiyyatda olduğundan və isifadəsində olan nəqliyyat vasitələrinin sənədləşməsi zərurəti olduğundan mülkiyyətində olan daşınmaz əmlaka qeydiyyata aldırmışdır. Digər cavabdeh Qasımova X9 xamil Yusif oğlunun bacısı qızı olmaqla xarici pasport alınması üçün mülkiyyətində olan daşınmaz əmlaka qeydiyyata aldırmışdır. Hazırda Cavabdeh2 Türkiyə Respublikasında yaşayır. Cavabdehlərə dəfələrlə mülkiyyətində olan daşınmaz əmlakın pasport qeydiyyatından çıxarılması üçün müraciət etsə də cavabdehlər qeydiyyatdan çıxarmamışlar. Bu barədə Şirvan sənər Polis Şöbəsinə müraciət etmişdir. Ona şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi İddiaçı qeydiyyatda olduğu ünvana göndərilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatarı təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olduğu ünvana göndərilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinin qanuni əsaslarını yoxlamamışdan əvvəl cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini yoxlamalı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri ünvan 1 bağ evi tam mülkiyyət hüququ üzrə X4 adına mülkiyyət hüququ əsasında 2 №-li reyestr kitabında 171 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş xx.xx.2011-ci il tarixli bağışlanma müqaviləsinin surətindən görünür ki, X1 şəhəri 1 saylı Dövlət Notariat Kontorunun Dövlət Notariusu tərəfindən xx.xx.2011-ci il tarixli 4-Ə-3/585 nömrəli reyestrlə Şirvan şəhəri ünvan 1 ünvanda yerləşən bağ evini qızı İddiaçı bağışlamışdır. İddiaçı həmin bağışlanan əmlakı atası X3 qəbul etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri ünvan 1 bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında 2 №-li reyestr kitabında 171 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-111/2-E-300xx/xx/2024 saylı məktubundan görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Ərizə mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət etmək tövsiyyə olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci ildə Şirvan şəhərində anadan olmuş X5 atası Cavabdeh1, anası İddiaçıdır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci ildə vətəndaş İddiaçı doğulmuş X8 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 21 nömrə ilə qeyd edilmişdir. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şirvan şəhəri, Naxçıvan 16, ev 275 nömrəli mənzili İddiaçı adına 2011-ci ildə qeydə alınmış, iddiaçının deməsinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə 2015-ci ildə İddiaçı mülkiyətində Şirvan şəhəri ünvan 1 bağ evinə qeydiyyata düşmüş, mübahisəli Şirvan şəhəri ünvan 1 bağ evindən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri tərəflər arasında 2015-ci ildən yaranmışdır. Ona görə də məhkəmə mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməli olmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli bağ evində qeydiyyatda olmalarına istinad edib, hesab etmişdir ki, cavabdehlərin ona məxsus olan bağ evində qeydiyyatda olması onların yaşayış sahəsindən istifadə hüququnun olmasına dəlalət edir. Halbuki «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Bu baxımdan məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmasının heç də cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun olması mənasını kəsb etməməsini nəzərə alıb, yaşayış binasının tərkib hissəsindən «istifadə hüququ»nun hüquqi əsaslarını yoxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq,şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa,həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxs Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərhi nəzərə alıb, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxil deyildir. Belə olan halda isə məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü olmadıqlarından, onların Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də yoxdur. Məhkəmə eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə əsasən mübahisəli yaşayış evindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini də yoxlamalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İş üzrə tədqiq edilmiş sübutlardan tərəflər arasında belə bir razılaşmanın bağlanması müəyyən olunmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alıb belə bir nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirvan şəhəri, Naxçıvan 16, ev 275 nömrəli mənzilindən «istifadə hüququ» nə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə , nə də ki, «istifadə etmək hüququ» 01 oktyabr 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən yaranmamışdır. Beləliklə tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli Şirvan şəhəri, Naxçıvan 16, ev 275 nömrəli mənzilindən istifadə və ya istifadə etmək hüququ olmadığından və mövcud olmayan hüquqa xitam verilməsi yolverilməz olduğundan iddia təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şirvan şəhəri, Naxçıvan 16, ev 275 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-278/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-278/2025
10.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver