Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-3/2025 22.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yoldan istifadəyə olan maneənin aradan qaldırılması və özbaşına tikintinin sökülməsi tələbinə dair Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Şirvan şəhəri M.Mirzəyev küçəsi 22A-da yerləşən, Şirvan-Salyan avtomobil yolunun sağ hissəsində yerləşən torpaq sahəsində qanunsuz aparılmış 200 kv.m sahədən yuxarı torpaq sahəsində inşa edilmiş yarımçıq tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, Bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən şəhərin M.Mirzəyev küçəsində, Şirvan-Salyan avtomobil yolunun sağ tərəfində, ilkin torpaq ayırma sənədləri və mülkiyyət, icarə sənədləri olmadan təxminən 2 sot torpaq sahəsindən yuxarı torpaq sahəsi zəbt edilmiş, orada özbaşına tikinti işləri aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin zəbt edilmişdir. Yarımçıq tikililər inşa edilmiş, zəbt edilmiş sahə metal torla əhatəyə alınmışdır. Zəbt edilmiş torpaq sahələrini boşaltmaq və torpağı əvvəlki vəziyyətinə qaytarmaq üçün Cavabdeh həm şifahi, həm də yazılı xəbərdarlıq məktubu göndərilmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən həmin ərazi boşaldılmamış, əksinə ərazi metal torla əhatəyə alınmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)-3/2025 saylı qərardadı ilə Şirvan Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(032)-394/2023 saylı qərardadı yenidən icraya yönəldilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2025-ci il tarixli 3-16-16/2-10/2372/2025 saylı məlumatına əsasən ekspertizanın aparılması üçün qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə 03 aprel 2025-ci il tarixli vəsatət göndərilmişdir. Vəsatətin verildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq, mütəxəssislər tərəfindən tərtib edilməli müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə İddiaçınə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə icasına gəlməmiş, İddiaçı nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə məhkəmə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə icasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 saylı Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı Cavabdeh qarşı yoldan istifadəyə olan maneənin aradan qaldırılması və özbaşına tikintinin sökülməsi tələbinə dair iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-cü, 264-cü, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı yoldan istifadəyə olan maneənin aradan qaldırılması və özbaşına tikintinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-3/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-3/2025
22.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver