Məhkəmə qərarları › İş №2(032)-317/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-317/2023

05.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-317/2023 05.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh qızının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı mənzildən cavabdehin və cavabdehə məxsus əmlakların çıxarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şirvan şəhəri N.Nərimanov küçəsi 3, 10 saylı mənzildən cavabdehin çıxarılması və mənzildə ona məxsus olan əmlakların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qızına qarşı “cavabdehin yaşayış və istifadə hüququna xitam verilməsi” tələbinə dair Şirvan şəhər məhkəməsində iddia qaldırılmışdır. Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1597/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilməməsi qət edilmişdir. Qətnamədən tərəflər apellyasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəsini almışdır. Mülki iş üzrə məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, cavabdeh mübahisə predmeti olan mənzildən 11 ildir ki, həm istifadə etmir, həm də yaşamır. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh qızının ona məxsus Şirvan şəhəri, N.Nərimanov küçəsi 3 saylı evin 10 nömrəli mənzildən “istifadə hüququ” na Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-vi maddəsinə görə, nədə ki, “istifadə etmək hüququ” xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən yaranmışdır. Belə olan halda məhkəmə qətnaməsində sübuta yetirilmişdir ki, cavabdeh iddiaçının ailə üzvü olmadığından, onun Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti yoxdur. Cavabdehin iddiaçıya məxsus mənzildən istifadə və ya istifadə etmək hüququ olmadığından və mövcud olmayan hüquqa xitam verilməsi yolverilməz olduğundan iddia təmin edilməsi üçün əsas yoxdur. Onun adına xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi reyestr Xidməti tərəfindən tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Belə ki, iddiaçıya məxsus mənzilə cavabdeh 2010-cu il tarixdə oğlu ilə birgə yaşamaq üçün köçürülsə də, lakin xx.xx.2011-ci il tarixdə nikah pozulmuşdur. Həmin tarxidən cavabdeh ona məxsus mənzildə yaşamamış, sadəcə ona məxsus mənzildə olan əmlaklarına baş çəkmək üçün gəlib-gedirmiş. Lakin oğlu ikinci dəfə ailə həyatı qurduqdan sonra o, həyat yoldaşı ilə birgə onun yanında yaşamlı olmuş, amma müəyyən vaxtlarda mənzilə baş çəkirmişlər. Lakin son 1 ildə cavabdehdə mənzilin açarı olduğundan mənzilin giriş qapısının açarın dəyişmiş və ona görə də, mülkiyyətçisi olduğu mənzildən istifadə edə bilməmişdir. İddiaçı və həyat yoldaşı ahıl yaşlı şəxslərdir, digər yaşayış yerləri yoxdur, ona görə də öz mülkiyyətindən istifadə etməklə yaşamaq istəyir, lakin cavabdeh buna imkan vermir. Cavabdehə xəbər göndərsələr də, lakin cavabdeh mənzilin yeni açarının verilməsidən imtina etmiş və bildirmişdir ki, sözügedən mənzildə cavabdehin əmlakları vardır. Mülkiyyətçisi olduğu mənzilin giriş qapısının zor gücünə dəyişdirilməzdən öncə mübahisəni məhkəmə müstəvisində həll etmək qərarına gəlmişdir. İddiaçıya məxsus mənzildə cavabdehin özünün bildirməsinə görə əmlakları vardır və bu səbəbdən də mənzilə zor gücünə müdaxilə etmədi ki, cavabdeh sonradan ona məxsus əmlakların təhlükəsizliyi baxımından etiraz etməsin. 2022-ci il tarixdə cavabdehə qarşı yaşayış və istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, məhkəmə yuxarıda göstərdiyi hallara əsasən iddia tələbinin təmin edilməsi üçün əsasların olmadığı qənaətinə gəldiyindən, sonradan Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1597/2022 saylı qətnamənin qanuni qüvvəsini almasını gözlədikdən sonra cavabdehə qarşı cavabdehə məxsus əmlakının qalması onun mülkyyətindən istifadə və üzərində sərəncam vermək hüququnu pozduğundan onun mənzildən çıxarılması və ona məxsus əmlakların çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1597/2022 saylı qətnaməsinə əsasən cavabdehin ona məxsus mənzildən istifadə etməməsi tam sübuta yetirilmişdir. Cavabdeh bildirir ki, sözügedən mənzildə 11 ildir ki, yaşayr və istifadə edir. Lakin iş materiallarına əlavə edilmiş və həmçinin iddia ərizəsiənə əsasən edilmiş ərazi üzrə mənzil istismar sahəsi tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktla da öz təsdiqini tapmışdır. Cavabdeh 2(032)-1597/2022 saylı mülki iş üzrə mənzildə köçürüldükdən sonra 4-5 il yaşadığını qeyd etmişdir. Burdan belə çıxır ki, cavabdeh etirazında göstərdikləri səmimiyyət daşımır və inandırıcı deyil, ən əsası da özünün sözügedən mənzildə faktiki olaraq son zamanlar yaşamadığını etiraf etməklə, onun tərəfindən iddia tələbinin əsaslı olmasını təsdiq etmişdir. Çünki cavabdeh bir tərəfdən mübahisəli mənzildə qeydiyyatda olduğunu bildirməklə istifadə hüququnun olduğundan ona kompensasiyanın verilməsini bildirmişdir ki, burada da cavabdeh qanunuvericiliyinin şərhi baxımından yanılır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qızının nümayəndəsi X7 iddia tələbini etiraf edərək, izahatında bildirmişdir ki Cavabdeh qızı onun qızıdır. Qızı Cavabdeh hazırda İddiaçı məxsus ünvan 1 ünvanında yaşamır və mənzildə olan qızına aid əşyalar çıxarılmışdır. Məhkəmənin 30 mart 2023-cü il tarixdə keçirilən iclasından sonra da qızı Cavabdeh məxsus olan digər əşyalar da mənzildən götürülmüşdür. Qızı təxminən 10 ildir ki, ünvan 2 ünvanda qızı Leylaya məxsus əşya yoxdur və İddiaçı qarşı gələcəkdə əşya tələbi olmayacaqdır. Mənzilin giriş qapısının açarını iddiaçıya təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli ******* nömrəli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 3, 10 saylı mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan AZ-İ 127375 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki X8 Cavabdeh qızı ilə arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12 mart 2011ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 3 mənzil 3-də yaşayan X1, Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 3 mənzil 1-də yaşayan X5, Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 3 mənzil 6-da yaşayan X6, Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinin 4 saylı sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, həqiqətən ünvan 1-da 2011-ci ildən yaşayış olmamışdır və mənziliin kommunal xərcini X13 bugünə qədər ödəmişdir. Həmin şəxslər aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 3 mənzil 3-də yaşayan X1, Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 3 mənzil 6-da yaşayan X9, Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 3 mənzil 4-də yaşayan X3, Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinin 4 saylı sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktrn surətindən görünür ki, həqiqətən Cavabdeh qızı 2011-ci il yanvar ayının 1-dən ünvan 1-da yaşamamışdır və hal-hazırda yaşamır və mənzil bu tarixə kimi bağlıdır. Həmin şəxslər aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)- 1597/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qızına qarşı ünvan 1 nömrəli mənzilindən yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolunda Cavabdeh qızının nümayəndəsi X7 iddia tələbini etiraf edərək, izahatında bildirmişdir ki Cavabdeh qızı onun qızıdır. Qızı Cavabdeh hazırda İddiaçı məxsus ünvan 1 ünvanında yaşamır və mənzildə olan qızına aid əşyalar çıxarılmışdır. Məhkəmənin 30 mart 2023-cü il tarixdə keçirilən iclasından sonra da qızı Cavabdeh məxsus olan digər əşyalar da mənzildən götürülmüşdür. Qızı təxminən 10 ildir ki, ünvan 3 ünvanda qızı Leylaya məxsus əşya yoxdur və İddiaçı qarşı gələcəkdə əşya tələbi olmayacaqdır. Mənzilin giriş qapısının açarını iddiaçıya təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh ona məxsus olan əşyalarını iddiaçının mülkiyyətində olan mənzildən götürmüşdür. Mənzildə ona məxsus heç bir əşya yoxdur. İddia tələbinin Cavabdeh qızının Şirvan şəhəri N.Nərimanov küçəsi 3, 10 saylı mənzildən çıxarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından, tərəflərin izahatlarından müəyyən edilmişdir ki, cavabdeh hazırda mübahisəli mənzildə yaşamır. Faktiki olaraq mübahisəli mənzildə 10 ildən artıqdır ki, yaşayış yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, Cavabdeh qızı ilə iddiaçı arasında mübahisəli mənzilə münasibətdə yaşaması ilə bağlı hər hansı bir razılaşma mövcud deyildir. Həmçinin iş materiallarında olan Şirvan şəhər Məhəkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-1597/2022 nömrəli qətnaməsindən də görünür ki, hazırkı mülki iş üzrə Cavabdeh qızının Şirvan şəhəri N.Nərimanov küçəsi 3, 10 saylı mənzildən istifadə və ya istifadə etmək hüququnun mövcudluğu müəyyən edilməmişdir. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüquq olaraq qəbul edildiyi üçün hazırda mülkiyyətçinin hüququ qorunmalı və mülkiyyətçinin ona məxsus olan əmlakdan sərbəst surətdə sahiblik, istifadə və sərəcam vermək hüquqları bərpa edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh qızı İddiaçı məxsus Şirvan şəhəri N.Nərimanov küçəsi 3, 10 saylı mənzilindən əmlakları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh qızı İddiaçı mülkiyyətində olan Şirvan şəhəri N.Nərimanov küçəsi 3, 10 saylı mənzildən ona məxsus əşyaları ilə birlikdə çıxarılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar