Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-379/2023 10.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh X1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh1 ünvan 2, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, ünvan 2, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzil özünə məxsusdur. Cavabdehlər X7 bacısı, Cavabdeh3 və Cavabdeh1 isə bacısı qızlarıdır. Cavabdehlər ona məxsus mənzildə pasport qeydiyyatında olsalar da, faktiki olaraq bir neçə ildir ki, ona məxsus mənzildə yaşamırlar. Onlar hazırda xarici dövlətdə yaşayırlar. Onların mənzildə qeydiyyatda olmaları mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozur və hər ay əlavə olaraq kommunal xidmətlərə görə əlavə pul ödəməyə məcburdur. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianı müdafiə edib təmin edilməsini xahiş etdi. Cavabdeh X1 nümayəndəsi X8 məhkəmənin hazırlıq iclasında iştirak edərək iddianı qəbul etdiyini və iddiaya qarşı heç bir etirazının olmadığını bildirmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək iddianı qəbul etdiklərini və ünvan 2 ünvanından qeydiyyatdan çıxmalarına razı olduqlarını bildirmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan, həmçinin cavabdehlər tərəfindən iddianın etirafı təsdiq edildiyindən iddia təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanda yerləşən mənzil üzərində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Şirvan şəhər Polis şöbəsinin 24 yanvar 2023-cü il tarixli, 3-13-111/2-Q-1930 saylı məktubunda göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikrə, yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə inmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 38 № məktubunda göstərilmişdir ki, X7, Cavabdeh1 və Cavabdeh3 ünvan 4 ünvanında qeydiyyatda olmalarına baxmayaraq bu ünvanda yaşamırlar. xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçsəi 7 saylı binanın 43 saylı mənzilində rəsmi qeydiyyatda olan X7, Cavabdeh1 və Cavabdeh3 uzun müddətdir ki, adı çəkilən ünvanda yaşamırlar, mənzilin sahibi İddiaçı və qonşularının dediyinə görə Rusiya Federasiyasında və Türkiyədə yaşayırlar. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Republikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə,o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər,ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər,həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Şirvan şəhəri, ünvan 2, yeni qaydalarla ünvan 1 mənzilinə bir mülkiyyətçi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququ olduğundan, bundan əlavə cavabdehlərin iddianı etiraf etdiyindən və bu hal məhkəmə tərəfindən qəbul edildiyindən iddia təmin edilməli, cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh1 Şirvan şəhəri, ünvan 2, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzilindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları, işin faktiki hallarını, cavabdehlərin xaricdə yaşaması səbəbindən qətnamənin məhkəmə xərcləri ilə əlaqədar gələcək icrasında çətinliyin yarana biləcəyi ehtimalını, həmçinin cavabdehlərin iddianı etiraf etmələri faktını da nəzərə alaraq hesab edir ki, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh1 Şirvan şəhəri, Şirvan şəhəri, ünvan 2, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzilindən istifadə hüququna xitam verilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-379/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-379/2023
10.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver