Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-4/2025 08.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tutulmuş torpaq sahəsinin boşaldılması, artıq zəbt olunmuş torpaq sahələrinin Bələdiyyənin ehtiyat fonduna qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Şirvan şəhəri, M.Mirzəyev küçəsində Şirvan-Salyan avtomobil yolunun sağ tərəfində yerləşən torpaq sahəsində qanunsuz tutulmuş təxminən 300 kv.m torpaq sahəsinin boşaldılması, artıq zəbt olunmuş torpaq sahələrinin Bələdiyyənin ehtiyat fonduna qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə ərizə verərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, işə mahiyyəti üzrə baxılması barədə vəsatəti məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etdiyindən və cavabdehin işə mahiyyəti üzrə baxılmasına dair vəsatəti daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə,ekspertlərə,mütəxəssislərə,tərcüməçilərə verilməli olan məbləğlərə daxildir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə,ekspetlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması,ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə,tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İşdə olan sənədlərə görə məhkəmə xərcləri 50 manat məbləğində ekspertiza tədqiqatının dəyərindən ibarətdir. Göründüyü kimi mülki prosessual qanunvericiliyinin tələbinə görə iddia ərizəsi baxılmamış saxlanıldıqda ekspertlərə verilməli olan məbləği isə ekspertizanın təyin edilməsi barədə vəsatət vermiş şəxs əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə mühəndis texniki ekspertizasının təyin edilməsi barədə vəsatət verdiyindən, lakin əvvəlcədən məhkəmənin depozit hesabına ekspertlərə verilməli olan məbləği keçirtmədiyindən, habelə iş üzrə qətnamə qəbul edilmədən iddia ərizəsinin baxılmamış saxlanılması ilə icraat başa çatdırıldığından,ekspertlərə verilməli olan məbləğ iddiaçıda tutulmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “qanunsuz tutulmuş torpaq sahəsinin boşaldılması, artıq zəbt olunmuş torpaq sahələrinin Bələdiyyənin ehtiyat fonduna qaytarılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın və mülki iş baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat məbləğində pul İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-4/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-4/2025
08.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver