Məhkəmə qərarları › İş №2(032)-476/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-476/2024

24.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-476/2024 24.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında işə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti istifadələrinə verilmiş Şirvan şəhəri, F.X.Xoyski küçəsi, 685 ailəlik qəsəbəsində 3 saylı binanın 52 nömrəli mənzilinə dair 29 yanvar 2020-ci il tarixli “3/52” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və qeyrilərinin “3/52” nömrəli mənzildən çıxarılmaları barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2 ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 işə mahiyyəti üzrə baxılmamasını xahiş etdi. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Şirvan şəhər Məhkəməsi qərara aldı: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar