Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-480/2025 26.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə Şirvan şəhər Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə faktiki nikahdan doğulmuş X7 adlı uşağın doğum faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 ilə faktiki nikahdan xx.xx.2012-ci il tarixdə qız övladı doğulmuş və o övladına Yağmur adı vermiş, lakin Yağmurun doğumu tibb müəssisəsindən kənarda yəni ev şəraitində baş verdiyi üçün doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Bu səbəbdən Yağmurun doğum faktının dövlət qeydiyyatına alınması təmin edilməmiş, hazırda isə tələb olunan sənədlərin əldə edilməsi və bu faktın inzibati qaydada müəyyən olunması qanunvericiliyin tələbləri baxımından mümkünsüzdür. Şirvan şəhərində yaşayan qohum və qonşuların hər biri öz yazılı ifadəsi ilə xx.xx.2012-ci il tarixdə Yağmur adlı qız övladının doğulması faktını təsdiq edə bilərlər. Lakin qızı Yağmurun doğum faktının qeydə alınmaması səbəbindən onun üçün doğum haqqında şəhadətnamə ala bilməmiş və bu səbəbə görə onun təhsil müəssisəsinə getməsi, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaranmışdır. Eyni zamanda məsələnin inzibati qaydada həllini təmin etmək məqsədilə övladi Yağmurun doğum faktının qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin həmin qurumdan verilmiş rəsmi cavabda doğumun qeydiyyatından imtina olunaraq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də o məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. Sonradan ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2012ci il tarixdə Bakı şəhərində anadan olmuş Yağmur Həsənovanın doğum faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-349 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1 X10”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü ilin 145 №-li Qərarının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün müvafiq sənədlərin olmadığı üçün ona məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Bayramlı Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 aprel 2025-ci il tarixli 5-8-3/2-25/2025 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Ərizəçi övladı Yağmurla təxmini 7 (yeddi) ildir ki, yaxın qohum və qonşuların verdiyi məlumata əsasən həmin ünvanda birlikdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, ərizəçi onun qızıdır. Onun qızı xx.xx.2012-ci ildə dünyaya gəlmiş, uşaq ev şəraitində doğulmuş, buna görə də uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, ərizəçi onun yoldaşının bacısı qızıdır. Ərizəçi hamilə olarkən onun evində yaşamışdır. Onun qızı Yağmur 2012-ci ilin may ayında ev şəraitində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, ərizəçi onun baldızıdır, onun qızı Yağmur xx.xx.2012-ci ildə anadan olmuşdur, baldızının əri onları atıb getmişdir. Doğum ev şəraitində olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “X1 X10”nın 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsinin doğum haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə işdə olan sənədlərə və şahid ifadələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2012-ci il tarixdə Bakı şəhərində Ərizəçi və X3 birgə yaşayışından doğulmuş Yağmur adlı uşağın doğulması faktı müəyyən edilməli və bu barədə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxs üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2012-ci il tarixdə Bakı şəhərində Ərizəçi və X3 birgə yaşayışından doğulmuş Sevgi adlı uşağın doğulması faktı müəyyən edilsin və bu barədə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxs üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-480/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-480/2025
26.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver