Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-482/2024 14.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Şirvan şəhər Qeydiyyat şöbəsi) mülki işə Şirvan şəhər Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə faktiki nikahdan doğulmuş Adilə adlı uşağın doğum faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun faktiki nikahından xx.xx.2015-ci il tarixdə Adilə adlı adlı bir qız uşağı doğulmuşdur. Lakin uşağın doğumu evdə olduğu üçün və onun da savadsızlığı üzündən uşağın doğumu haqqında vaxtında tibbi arayış alınmaması səbəbindən o indiyədək xx.xx.2015-ci il tarixdə doğulmuş Adilə adlı qızına doğum haqqında şəhadətnamə ala bilməmişdir. Uşaq evdə doğularkən doğuşu Şahid2 Əflan qızı tutub və həmin vaxtı orada Şahid3 və X2 da olmuşlar. Məhkəmə zamanı şahidlər də onun Adilə Adlı qızının yaşadığı evdə Şirvan şəhərində xx.xx.2015-ci il tarixdə doğulması faktını təsdiq edəcəklər. Məhkəmədə iddia qaldırmamışdan əvvəl o faktiki nikahdan xx.xx.2015-ci il tarixdə ev şəraitində doğulmuş Adilə adlı qız övladının doğum faktının qeydə alınması üçün Şirvan şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş olduğu ərizəyə cavab olaraq bildirilmişdir ki, görülmüş tədbirlər üzrə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi 2015-ci ildə doğulmuş qız övladının doğum haqqında akt qeydi aşkar olunmamışdır. Müraciətində irəli sürülən tələblə bağlı qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası” nın 2.3-cü bəndinə əsasən doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində müraciət edilməli və doğumun qeydiyyatı üçün həmin qaydanın 2.5-ci bəndində sadalanan sənədlər təqdim olunmalıdır. Həmin qaydanın 2.5.3cü bəndinə görə bu sənədlər siyahısına həm doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd 2.23-cü bəndinə görə isə müəyyən olunmuş müddətdə qeyd olunmamış 16 yaşına çatanadək müraciət edildikdə həm də uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrinin arayışları daxildir. Məhkəmədə Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Şirvan şəhər qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan : Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər X4 Kamalə Köntö qızına xx.xx.2023-cü il tarixli 3-16-5/7-15-M-304/2-06/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1 dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü ilin 145 №-li Qərarının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün müvafiq sənədlərin olmadığı üçün ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, ərizəçi onun qaynı qızıdır, Adilənin doğumunda iştirak etmişdir. Belə ki, Ərizəçi yaşadığı evə qonaq gəlmiş, həmin vaxt Kamalənin sancıları olmuş, doğum vaxtından tez 6 aylıq hamiləlik vaxtında olmuşdur. Doğum ev şəraitində olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, ərizəçi Metiyeva Kamalə onun həyat yoldaşıdır. Qızı Adilə xx.xx.2015-ci ildə doğulmuş, lakin o, həmin vaxt Rusiya Federasiyasında olduğundan və sonradan bəzi səbəblərdən uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, ərizəçi onun yoldaşının əmisi qızıdır. Onun qızı xx.xx.2015-ci ildə dünyaya gəlmiş, həmin vaxt ailəlikcə Kamalənin yaşadığı evə qonaq getmişlər, orada olarkən uşaq ev şəraitində doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X1 X5 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda həmçinin göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsinin doğum haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatı, şahidlərin ifadələri, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olundu ki, xx.xx.1979-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı Ərizəçi xx.xx.2015-ci il tarixdə Şirvan şəhərində bir qız uşağı doğmuşdur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı Ərizəçi xx.xx.2015-ci il tarixdə Şirvan şəhərində bir qız uşağı doğmasına dair hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-482/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-482/2024
14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver