Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-49/2024 15.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh1 Subhat oğlunun, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə və maraqlı şəxs Şirvan şəhəri 1 saylı Notariat Ofisinin cəlb edilməsi ilə çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Subhat oğlunun saxta yolla aldığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş seriya RX ******* nömrəli, 05 avqust 2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, X5 atası, X8 anası, X10 isə bacısı olub. Bacısı 1979-cü ildə anadan olub. Cavabdeh1 Subhat oğlu qardaşıdır. O, 1981-ci ildə anadan olub. Atası X1 şəhəri, T.İsmayılov küçəsi ev 2, mənzil 19da 3 otaqlı 38,7 kv.m olan 5-ci mərtəbədə ev veriblər. Həmin evə qeydiyyata düşmüşdür. Həmin evdə atası, anası, bacısı, qardaşı və o özü qeydiyyatda olmaqla yaşamışlar. X3 24 dekabr 2016-cı il tarixdə, anası isə 11 aprel 2018-ci il tarixdə vəfat ediblər. Atası və anası vəfat edəndən sonra qardaşı Cavabdeh1 Subhat oğlu ondan şəxsiyyət vəsiqəsini aldı və ona dedi ki, bankdan pul götürür. Hətta onu notariat kontoruna da apardı. Orada bir blanka imza etdirdilər. Dedi “bankdan pul götürür, səni zamin götürür”. Ona inandı və notariusda blanka imza etdi. Sonradan qardaşı Nişatla ona qarşı soyuq münasibətlər etdi. Onu atasının evinə qoymurdu. Ona deyirdi ki, “səni atamızın evinə qoymayacam”. O, atasının, anasının bütün əmlakına sahib oldu. Ona heç bir şey vermədi. Bu barədə polis şöbəsinə də şikayət etmişdir. Məhkəmə baxışında məlum olmuşdur ki, Nişat evi öz adına sənədləşdirib. Həmin sənədləşmədən onun xəbəri olmayıb. Saxta yolla bankdan pul almaq adı ilə ona sənədə imza etdirmişdir. Azərbaycan Respublikasi Əmlak Maələri Dövlət Komitəsinin yanında daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin hüquqlarini dövlət qeydiyyati haqqinda daşımaz əmlakın Dövlət Reyestrində verilmişseriya R.X. ******* nömrəli 05 avqust 2018-ci il tarixli cixarisin natoriat qaydada təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri T.İsmayılov küçəsi ev 2, mənzil Cavabdeh1 Subhat oğlunun mülkiyyətindədir. xx.xx.2018-ci il tarixli çıxarış qanunsuzdur. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, qardaşı bankdan kredit götürmək adı ilə onu aldatmışdır, o da sənədlərə oxumadan imza etmişdir. 2018-ci ildə mənzil qardaşının adına rəsmiləşmişdir. O isə uzun müddət Odessa şəhərində yaşamışdır. Gələndən sonra qardaşı söz verdiyi kimi bağ evini onun adına rəsmiləşdirmir. Hazırda o da sözügedən mənzilin çıxarışını mübahislələndirmək qərarına gəlmişdir. Onun yaşamağa yeri yoxdur. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək iddianı qəbul etmədi, iddiaçının və bacısının evin onun adına rəsmiləşməsinə razı olduqlarını, buna dair müvafiq notarial qaydada rəsmiləşmiş ərizə verdiklərini bildirmişdir. Hətta valideynlərinin sağlığı dövrdə belə qardaşı mənzilin onun adına rəsmiləşdirməsinə razılıq verdiyi və buna dair ərizə yazmasını qeyd etmişdir. Hazırda özəlləşmənin üstündən nə qədər vaxt keçib. İndiyədək iddiaçı etiraz etməyib. İddiaçı tüfeyli həyat sürür, hazırda evi satıb pulunu xərcləmək istəyir. İddianın rədd edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Nümayəndə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixində ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Onun müraciəti zamanı ona mənzilə dair order, mənzilə hüququ olan şəxslər barədə mənzil istismar təşkilatının arayışı (2 № forma), mənzili özəlləşdirməyə razılıqları barədə həmin mənzilə hüququ olan şəxslərin ərizələri barədə sənədlər verilmişdir. Müvafiq olaraq “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən yuxarıda sadalanan sənədlər əsasında ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə dair mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışla Cavabdeh1 Subhat oğlunun adına rəsmiləşdirilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş maraqlı şəxs Şirvan şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə Şirvan şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərə barışıq üçün kifayət qədər vaxt versə də və işi barışıqla bitirməyi təklif etsə də tərəflər arasında barışığa nail olunmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-308/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 və maraqlı şəxs Şirvan şəhəri 1 saylı Notariat Ofisinə qarşı miras əmlakının qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyistrindən RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 19, yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Xəqani Şirvani küçəsi 362, M5, m1 tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.1985-ci il tarixli 03663 nömrəli orderin surətindən görünür ki, ünvan 1, 19 saylı mənzil X4 verilmiş, həmin mənzildə ailə tərkibi kimi X8, İddiaçı, X11 və Cavabdeh1 adları qeyd edilmişdir. X11, İddiaçı və X2 şəhəri, T.İsmayılov küçəsi ev 2, 19 saylı mənzilinin Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etməmişlər. Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, ünvan 1, 19 saylı mənzildə Cavabdeh1, İddiaçı, X6 və X12 qeydiyyatdadırlar. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsindən daxil olmuş sənədlərdən aydın olur ki, mübahisəli mənzil xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışla Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Məhkəmə hazırki vəziyyətdə müəyyən etdi ki, mübahisəli mənzilin cavabdehin adına rəsmiləşdirilməsi zamanı müvafiq orqan tərəfindən qanunla nəzərdə tutulmuş bütün qaydalara uyğun sənədləşdirilmə işləri aparılmış, iddiaçının, o cümlədən də mənzildə qeydiyyatda olan, həmin mənzilə yaşayış hüququ olan bütün maraqlı şəxslərin mənzilin Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etmədiklərinə dair razılıqları nəzərə alınaraq mənzilə cavabdehin adına qanunamüvafiq çıxarış verilmişdir. Hazırki vəziyyətdə isə, həmin çıxarışın ləğv olunmasına və ya etibarsız sayılmasına heç bir əsas aşkar edilmədi, bu səbəbdən də iddiaçının “çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216- 220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı maraqlı şəxs Şirvan şəhəri 1 saylı Notariat Ofisinin cəlb edilməsi ilə çıxarışın ləğv edilməsi tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-49/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-49/2024
15.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver