Məhkəmə qərarları › İş №2(032)-493/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-493/2025

21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-493/2025 21.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi və vəkili X4 iştirakı ilə, Ərizəçi “atalığın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1962-ci ildə Sabirabad rayonu, Bala Həşimxanlı kəndində anadan olmuş və xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində vəfat etmiş X9 atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci il tarixdə X2 ilə X9 faktiki nikahından doğulmuşdur. Lakin X7 o, doğulan zaman həbsdə olduğundan ona atalıq verməmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamədə ata qrafasında Nazir Nadir oğlu qeyd edilsə də, soyad qeyd edilməmişdir. X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Əli-Bayramlı (indiki Şirvan) şəhər Xalq Məhkəməsinin İ-80/1997 saylı, xx.xx.1997-ci il tarixli hökmündən görünür ki, cinayət işi üzrə anası Lyudmila Nizaməddinova şahid kimi dindirilmiş və orada X11 ilə qeyri-rəsmi yaşadığını bildirmişdir. Məhkəmə iclasında Ərizəçi və vəkili X6 ərizənin mahiyyətinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində bildirdi ki, Lyudmila Anatolyevnagillə 25 ildir ki, qonşudular. X5 Nezamutdinovanın doğma atasıdır. Bir evdə yaşamışlar. Qonşuluqda olduğu illər ərzində İradə hər zaman Nazir Əmirova ata deyə müraciət etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidrin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci ildə doğulmuşdur. Atası qrafasında Nazir Nadir oğlu, anası qrafasında X3 qeyd edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və validiyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideyinlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Göründüyü kimi, qanunvericilik uşağın mənşəyinin müəyyən edilməsi kimi, uşağa görə atalığının müəyyən edilməsini və atalığın tanınması faktının müəyyən edilməsini nəzərdə tutmuşdur. Qanunun məzmunundan görünür ki, atalığın müəyyən edilməsi şəxsin sağlığında uşağı qəbul etməməsi hallarında müəyyən edilir. Atalığın tanınması isə özünü uşağın atası hesab edən şəxs öldüyü hallarda müəyyən edilir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, X2 ilə X11 ilə ailə qurmuş, onların faktiki nikahlarından xx.xx.1997-ci il tarixdə Ərizəçi adlı uşaqları anadan olmuşdur. X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçi atasının X11 olmasını məhkəmə iclasında şahid ifadəsi, eyni zamanda ərizəçinin məhkəməyə təqdim etmiş olduğu sübutlarlarla X1 özünü uşağın atası olması ilə bağlı etiraf edici hərəkətlər etmiş olması sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktının müəyyən edilməsinə dair işlərə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin atasının X11 olması barədə təqdim etdiyi sübutları, ərizəçinin doğum tarixini, şahidin ifadəsini nəzərə alaraq hesab edir ki, X9 xx.xx.1997-ci il təvəllüdlü Ərizəçi atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü Ərizəçi atasının 1962-ci ildə Sabirabad rayonu, Bala Həşimxanlı kəndində anadan olmuş və xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində vəfat etmiş X11 olması faktı müəyyən edilsin. Qətnamə aidiyyəti qurumlarda müvafiq qeydlər aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar