Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-495/2024 19.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, Ərizəçi oğlunun maraqlı şəxs Şirvan şəhəri Qeydiyyat şöbəsinin cəlb edilməsi ilə hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin mümkünlüyünə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi oğlunun maraqlı şəxs Şirvan şəhəri Qeydiyyat şöbəsinin cəlb edilməsi ilə hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Hazırki ərizədə ərizəçinin tələbi “doğum haqqında akt qeydiyyatının bərpası” barədə olması göstərilsə də yekunda məhkəmədən “şəxsin doğum faktının müəyyən edilməsi” xahiş edilir. Məhkəmə hesab edir ki, irəli sürülmüş tələblər fərqli prosessual yanaşma tələb edir və bir nöqsan kimi ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə müraciət edənə qaytarılması üçün əsas sayıldığından geri qaytarılmalı, ərizəçiyə qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: Ərizəçi oğlunun maraqlı şəxs Şirvan şəhəri Qeydiyyat şöbəsinin cəlb edilməsi ilə hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi zamanı ödənilmiş 100 AZN (qəbz 2994) dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-495/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-495/2024
19.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver