Məhkəmə qərarları › İş №2(032)-497/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-497/2024

19.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-497/2024 19.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı evdə yaşamağa maneçilik edilməsinin cavabdehlərə qadağan edilməklə evə köçürülməsi tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhəri Upramxor qəsəbəsində iş üzrə Cavabdeh xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin əvvəllər yaşadığı otaqlarına köçürülməkləri, həmin otaqlarından və evin ümumi birgə istifadədə olan girişi, mətbəx və sanitar qovşağından istifadə etməklərinə iş üzrə Cavabdeh və digər şəxslərin hər hansı bir maneçilik etmələrinin onlara qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışlar ki, X3 iş üzrə Cavabdeh ilə 13 noyabr 1999-cu il tarixdə Əli-Bayramlı şəhər Nikah evində 217 nömrəli akt qeydi əsasında nikahlarını qeyd etdirməklə evlənmişlər. O, gəlin kimi iş üzrə Cavabdeh qeydiyyatda olduğu və hazırda xüsusi mülkiyyətində olan Şirvan şəhəri Upramxor qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və uzun müddət birlikdə yaşamışlar. Onların rəsmi nikahlarından, onlar xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2 və xx.xx.2002-ci il təvəllüdlü İddiaçı1 olaraq anadan olmuşlar. X1 ilə ataları Cavabdeh ilə ailə nikah münaisbətləri bir-birinə uyğun gəlmədiyi üçün nikahları mediasiya vasitəsi ilə pozulmuşdur. Həmin günə kimi, onların hər birinin Şirvan şəhəri Upramxor qəsəbəsində ataları Cavabdeh xüsusi mülkiyyətində olan həmin fərdi yaşayış evində öz otaqları olmuşdur ki, onlar həmin otaqlarda ayrı-ayrılıqda yaşayırdılar. Hal-hazırda qeydiyyatda olduqları ünvanda, yəni Şirvan şəhəri Upramxor qəsəbəsində ataları Cavabdeh xüsusi mülkiyyətində olan həmin fərdi yaşayış evində yerləşən otaqlarından, həmin otaqlarda yerləşən əşyalarından istifadə edə bilmirlər, ona görə ki, iş üzrə Cavabdeh evlənmişdir və buna imkan vermir. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə elektron ərizə verərək Şirvan şəhəri ünvan 2 ünvanında yerləşən iş üzrə Cavabdeh xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin əvvəllər yaşadıqları otaqlarına köçürülməkləri, həmin otaqlarından və evin ümumi birgə istifadədə olan girişi , dəhliz, qonaq otağı , mətbəx və sanitar qovşağından sərbəst istifadə etməklərinə iş üzrə Cavabdeh və digər şəxslərin hər hansı bir maneçilik etmələrinin onlara qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçılar İddiaçı1, İddiaçı2 məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, 2018-ci ildən oğlu İddiaçı2, 2019-cu ildə isə qızı İddiaçı1 evdən çıxaraq Bakı şəhərinə işləməyə getmişlər. Həmin vaxtdan Bakı şəhərində, Razin qəsəbəsində kirayə yaşamışlar. Sonuncu dəfə oğlu nənəsigilə gəlmiş, içkili vəziyyətdə onun evinə gələrək mübahisə yaratmışdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçıların nümayəndəsinin, cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri Məhəmməd ünvan 4 ünvanında yerləşən mənzili xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrə ilə Cavabdeh adına qeydiyyata alınmışdır. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.2002-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuşdur. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1999-cu ildə Əli-Bayramlı şəhərində anadan olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(032)-1468/2022 saylı qətnaməsindən görünür ki, X2 Şirvan şəhəri M.Füzuli küçəsi ev 1 mənzil ünvanına köçürülməsi və onun evdən sərbəst istifadəsinə hər hansı bir maneçilik edilməsi iş üzrə Cavabdeh qadağan edilməsi qət edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-581/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 20 dekabr 2022ci il tarixli, 2(032)-1468/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Tərəflərin mübahisə edilməyən izahatlarından və iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçılar İddiaçı1 xx.xx.2002-ci ildə anadan olmuş, İddiaçı2 isə xx.xx.1999-cu ildə anadan olmuş və Cavabdeh həmin tarixdən mübahisəli Şirvan şəhəri M.Füzuli küçəsi 1 saylı evin 1 nömrəli mənzilində birgə yaşamışlar, bu isə o deməkdir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri müvafiq olaraq 1999-cu il və 2002-ci ildən yaranmışdır. MPM-in 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə hesab edir ki, dövlət mənzil fonduna daxil olmuş mübahisəli Şirvan şəhəri Məhəmməd ünvan 2 ünvanında yerləşən mənzil 2013-cü ildə mülkiyyət formasını dəyişərək xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydə alındıqdan sonra da, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətçinin ailə üzvü qismində mübahisəli mənzildən istifadə hüququna malik olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 228.5-ci maddəsinin tələbləri baxımından da iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli mənzildən istifadə hüququna malik olmuşlar. Belə ki, MM-in 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər.Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Yuxarıda göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən 27 may 2008-ci il tarixli qərarına görə Mülki Məcəllənin 228.5-ci maddəsinə dair verilmiş şərhindən göründüyü kimi mülkiyyətçinin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) mülkiyyətçi ilə birgə onunla bərabər yaşayış sahəsindən istifadə hüququna o halda malikdirlər ki, mülkiyyətçinin icazəsi ilə yaşayış sahəsinə köçərək mülkiyyətçi ilə orada onların birgə yaşayış halı təsdiq edilsin. Beləliklə bu hissədə toplanmış sübutlara qiymət verərək məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şirvan şəhəri M.Füzuli küçəsi 1 saylı evin 1 nömrəli mənzilindən istifadə hüquqlarına malik olduğundan onların iddiası mənzilə köçürülmə hissədə iddia təmin olunmalıdır. Şirvan şəhəri M.Füzuli küçəsi 1 saylı evin 1 nömrəli mənzilin otaqlarından və evin ümumi birgə istifadədə olan girişi, mətbəx və sanitar qovşağından istifadə etməklərinə iş üzrə Cavabdeh və digər şəxslərin hər hansı bir maneçilik etmələrinin onlara qadağan edilməsi hissədə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli evdə yaşamağına cavabdehlər tərəfindən sonradan maneçilik törədilməsi halı icra qaydasında həll edilməli məsələ olduğundan və bu qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğundan, bu məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi ilə həll edildiyinə görə bu hissədə də iddia təmin olunmamalıdır. Belə ki, adıçəkilən Qanunun 73-cü maddəsinin tələblərinə görə tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, zəruri hallarda isə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət edir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən sonradan maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, həmin qanunun 82-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Şirvan şəhəri M.Füzuli küçəsi 1 saylı evin 1 nömrəli mənzilinə köçürülsünlər. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar