Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-550/2024 26.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.1997-ci il tarixdə doğulması faktının müəyyən olunmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ilə arasında Azərbaycan Respublikası Əli-Bayramlı (indiki Şirvan) şəhər Nikahın qeydə alınması evi tərəfindən 16 noyabr 1982-ci il tarixdə nikahları qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.1984-cü il təvəllüdlü X8, xx.xx.1985ci il təvəllüdlü X9, xx.xx.1986-cı il təvəllüdlü X10, xx.xx.1996-cı il təvəllüdlü X4 və 18 avqust 1997-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. 18 avqust 1997-ci il tarixdə vəziyyətinin dəyişməsi və Ayselin dünyaya gəlməsi ilə əlaqədar olaraq doğuş ev şəraitində aparılmışdır. Belə ki, yaşadıqları ünvan 1 ünvanında səhhətinin dəyişməsi ilə əlaqədar ailə üzvlərinin evdə olduğu müddətdə vəziyyəti dəyişmişdir. Bu zaman mərhum həyat yoldaşı qonşuları olan Zemfira, Solmaz, Zərnişan və Minə adlı xanımları evə dəvət etdi. Ev şəraitində qızı dünyaya gəldi. Övladları doğulduqdan sonra Şirvan şəhər Mərkəzi xəstəxanasına getdilər. Təlaşdan təcili tibbi yardım çağırılmamışdır. Şirvan şəhər Mərkəzi Xəsatəxanasında övladı həkim tərəfindən müayinə olunmaqla, adına tibbi tibbi sənədlər hazırlanmışdır. Həyat yoldaşı 05 yanvar 2014-cü il tarixdə vəfat etmişdir. Qızının doğum haqqında şəhadətnaməsi alınması üçün bir neçə dəfə cəhdləri həyat yoldaşının səhlənkarlığından mümkün olmamışdır. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Maraqlı şəxs tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X6 ilə Ərizəçi 16 noyabr 1982-ci il tarixdə Maraqlı şəxsndə nikaha daxil olmuş və bu barədə nikah haqqında akt qeydi kitabında 451 nömrəli akt tərtib edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X6 05 yanvar 2014-cü il tarixdə Şirvan şəhərində ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 ilə Ərizəçi birgə nikahlarından xx.xx.1984-cü il təvəllüdlü X8, xx.xx.1985-ci il təvəllüdlü X9, xx.xx.1986-cı il təvəllüdlü X10, xx.xx.1996-cı il təvəllüdlü X4 doğulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-H-15-24 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1 dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü ilin 145 №-li Qərarının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün müvafiq sənədlərin olmadığı üçün ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasınn Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-213 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə aparılmış yoxlama zamanı X6 ilə Ərizəçi birgə nikah dövründə doğulmuş 4 uşağın doğumu haqqında akt qeydi aşkar edilmişdir. xx.xx.1997-ci il təvəllüdlü X5 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs üzrə 1994 – 2000-ci illərə aid ilkin, 1998 – 2015-ci illərə aid bərpa akt qeydləri və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün məlumatlar üzrə yoxlama aparılmış, lakin X3 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 doğum tarixinin düzgün müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya” X12 Şəxsin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş 25 iyul 2024-cü il tarixli, 445 nömrəli rəyinə əsasən X3 müəyyən edilmiş sümük yaşı 25-27 ilə uyğun gəlir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, Gülnaz onun qonşusu olmuş, Aysel dünyaya gələndə Gülnaza köməyə etmişdir. Aysel ev şəraitində 18 avqust 1997-ci il tarixdə doğulmuşdur. Həmin vaxt o və qonşusu Şahid2 orada olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, Gülnaz onun qonşusu olmuş, Aysel dünyaya gələndə Gülnaza köməyə etmişdir. Aysel ev şəraitində doğulmuşdur. Həmin vaxt o və qonşusu Şahid1 orada olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X1 X2 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda həmçinin göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsinin doğum haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatı, şahidlərin ifadələri, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olundu ki, xx.xx.1961-ci il təvəllüdlü Şirvan şəhərində doğulmuş, milliyəti azərbaycanlı olan Ərizəçi xx.xx.1997-ci il tarixdə Şirvan şəhərində bir qız uşağı doğmuşdur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı Ərizəçi 18 avqust 1997-ci il tarixdə Şirvan şəhərində bir qız uşağı doğmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-550/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-550/2024
26.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver