Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-56/2024 26.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Əsgərli Əfsanə Əmrah qızının katibliyi Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cəlb edilməsi ilə əlilliyi müəyyən edilmiş uşağın himayədə olma faktının tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cəlb olunmaqla əlilliyi müəyyən edilmiş uşağın himayədə olma faktının tanınması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1985-ci ildə doğulmuş, əlilliyi müəyyən edilməklə uşaq serebral iflici xəstəliyindən əziyyət çəkmiş və xx.xx.1998-ci ildə vəfat etmiş oğlu X10 himayədə olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, sağlamlıq imkanları məhdud olan oğlu X16 xx.xx.1985-ci il tarixdə anadan olmuş, uşaq serebral ifliciensefalopatiya xəstəliyindən əziyyət çəkərək dövlətin sosial təminatı altında olmuş və xx.xx.1998ci il tarixdə vəfat etmişdir. Mərhum oğlu Azad barədə onun əlillik məlumatlarının əldə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2, eyni orqanın tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyası və Reabilitasiya Agentliyinə, Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına, onun xəstəliyinin diaqnoz məlumatlarının əldə edilməsi üçün isə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X19 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X14 fərdi məlumatların informasiya sorğusu göndərilmiş, lakin qeyd edilən orqan və qurumlar tərəfindən həmin məlumatlar barədə təsdiqedici sənədlərin əldə edilməsinin mümkünsüz olması səbəbindən sorğu edilən məlumatın verilməsindən imtina edilmişdir. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iş materiallarına nəzər yetirdikdə görünür ki, ərizəçinin mərhum övladı X10 əlilliyinin müəyyən edilməsinə dair müvafiq icra hakimiyəti orqanının qərarı və ya hər hansı bir sənəd mövcud deyildir. Ərizəçinin əlilliyinin baş verməsi ani və əlillik qrupları faktının, həmçinin ölmüş şəxsin himayəsində olması faktının məhkəmə qaydasında müəyyən olunmasına yol verilmir. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə xitam verilməlidir. Odur ki, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Doğum haqqında xx.xx.2023-cü il tarixli, 3-16-5/7-U-69-275 nömrəli arayışdan förünür ki, 1177 nömrəli doğum haqqında akt qeydi ilə X16 xx.xx.1985-ci ildə Şirvan şəhərində anadan olması qeydə alınmışdır. Uşağın atası X9, anası X4r. Ölüm haqqında şəhadətnamənin əslindən görünür ki, X16 xx.xx.1998-ci il tarixdə səbəbi KRVİ göstərilməklə Əli-Bayramlı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Sosial müavinət sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilməyib. Bu səbəbdən 1985-1998-ci illərdə yaşayan övladı X10 adına verilmiş müavinətlə bağlı heç bir sənəd olmadığından bu barədə məlumat vermək mümkün olmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X18 xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1985-ci il tarixində anadan olmuş, xx.xx.1998-ci il tarixində vəfat etmiş X10 adına açılmış ambulator tibbi kitabçanın saxlanılma müddəti bitdiyi üçün vətəndaşın xəstəliyinin diaqnozu barədə məlumat verə bilmirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X1 xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 1985-ci il təvəllüdlü övladı X10 əlilliyi ilə bağlı X3 Sosial Ödənişlər Alt sistemində və pension.mispp.gov.az proqramında heç bir məlumat aşkar edilməmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində X12 dair məlumat və ya göndəriş aşkarlanmadı. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X18 xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü X10 xəstəliyi ilə əlaqədar Şirvan şəhər Mərkəzi Xəstəxanasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Şirvan şəhər Qeydiyyat Şöbəsinin sənədləri 75 il təşkilatın öz arxivində saxlanılır. 1998-ci ilin sənədləri filiala təhvil verilmədiyi üçün xx.xx.1998-ci il tarixdə X10 ölümü haqqında şəhadətnaməsi barədə məlumat vermək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 05 iyul 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində A.Umudova dair məlumat və ya göndəriş aşkarlanmadı. Bununla əlaqədar, əlillik vəziyyətinin dəqiqləşdirilməsi üçün A.Umudovun müayinələrinə dair bütün tibbi sənədlərlə (epikrizlər, tibbi rəylər, TSEK-in sənədləri və s.) birlikdə ərazi üzrə xidmət göstərən Tibbi-sosial ekspert komissiyasına yaxınlaşmağı tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilən X6 ifadəsində polinklinikada pediatr işlədiyini, Ərizəçi xx.xx.1985-ci il təvəllüdlü uşağı X10 uşaq serebral ifliciensefalopa xəstəliyindən əziyyət çəkdiyini və mütəmadi olaraq həkim nəzarətində olmasını bildirmişdir. Uşaq 1998-ci ildə vəfat etmişdir. lakin Ərizəçi xəstəxanaya müraciət edərək uşağının xəstəliyi ilə əlaqədar sənədləri istəsə də hazırda heç bir rəsmi sənəd olmadığından ona müsbət cavab verilməmişdir. Anketlər 25 ildən sonra məhv edilir. Hazırda qeyd olunan şəxsin xəstəliyini təsdiq edən heç bir rəsmi sənəd yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə qonşu olmuşlar, oğlu Azad Umudov anadan olandan xəstə olmuşdur, ona anası baxmışdır. Uşaq 1998-ci ildə vəfat etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin tətbiq etdiyi hüquq “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən 1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdəa tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 3-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. 3.1-cü bəndinə əsasən şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən “Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmənin mövqeyi və əsaslandığı hallar Göründüyü kimi ərizəçi tələbində “uşaq serebral iflici xəstəliyindən əziyyət çəkmiş mərhum övladının onun himayəsində olması” faktının təsdiq edilməsini istəyir və fakt təsdiqinin onun əmək pensiyasının hesablanması zamanı əlavə olaraq nəzərə alınması üçün zəruri olduğunu bildirir. Məhkəmə adı çəkilən uşağın xəstəliyini təsdiq edən heç bir rəsmi sənədin olmaması ilə bərabər, ərizəçinin qeyd etdiyi hal ilə əlaqədar müvafiq quruma müraciətinin də olmamasını diqətdən qaçırmır. Bununla belə, qanunvericilik, hüquqi əhəmiyyət daşıyan faktların mövcud ola biləcək siyahısını məhdudlaşdırmasa da, bu dairəyə daxil olmasını istisna edən halları ayrıca müəyyən etməklə onların hüquqi əhəmiyyətli fakt kimi məhkəmə tərəfindən təsdiqini istisna edir. Həmçinin istinad etdiyimiz yuxarı instansiya məhkəməsinin tövsiyyə xarakteri daşıyan müvafiq Plenum qərarında da şərh edilmiş - şəxsin xəstə olması, əllilliyinin müəyyən edilməsi, xəstəyə qulluq göstərmə kimi hallar məhkəmə qaydasında hüququ əhəmiyyətli fakt kimi təsdiqi istisna olan hallar kimi müəyyən edildiyindən hazırki tələbə də irəli sürülən çərçivədə məhkəmə qaydasında baxılmasına xitam verilməlidir. Həmçinin ərizəçiyə mərhum övladının xəstəliyinin təsdiqi üçün müvafiq orqana, yəni Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 269-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cəlb edilməsi ilə xx.xx.1985-ci ildə doğulmuş, əlilliyi müəyyən edilməklə uşaq serebral iflici xəstəliyindən əziyyət çəkmiş və xx.xx.1998-ci ildə vəfat etmiş oğlu X10 himayədə olması faktının müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Ərizəçi Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət olunması izah edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu (qəbz 88136) Ərizəçi qaytarılsın. Qərardaddan şikayət qərardad rəsmi təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-56/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-56/2024
26.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver