Məhkəmə qərarları › İş №2(032)-605/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-605/2023

25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-605/2023 25.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi - xx.xx.1966-cı il tarixdə Azərbaycan Respublikası, Sabirabad rayonunun Navadan kəndində anadan olmuş, milliyyətcə azərbaycanlı olan, Azərbaycan Respublikasının vətəndaşı Rəfiyeva (nikahdan əvvəlki soyadı: Muradova) Səadət Murad qızının xx.xx.1969-cu il tarixdə Azərbaycan Respublikası, Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuş, milliyyətcə azərbaycanlı olan, Azərbaycan Respublikasının vətəndaşı X14 ilə birgə nikahından xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının Sabirabad rayonunun Çiçəkli kəndində doğulması faktını müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuşdur. Anası Rəfiyeva (nikahdan əvvəlki soyadı: Muradova) Səadət Murad qızı xx.xx.1966-cı il tarixdə Azərbaycan Respublikasının Sabirabad rayonunun Navadan kəndində anadan olub. Anası Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 1 ünvanında yaşayır (Sabirabad rayonunun Çiçəkli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır). X5 xx.xx.1969-cu il tarixdə Azərbaycan Respublikasının Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. Atası Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 3 ünvanında yaşayır (Sabirabad rayonunun Çiçəkli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır). Valideynləri xx.xx.1992-ci il tarixdə nikaha daxil olublar. Onların nikahı Sabirabad rayonunun Muğangəncəli kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1992-ci il tarixdə 07 nömrəli aktla qeydə alınmışdır. X4 xx.xx.1992-ci il tarixdə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. Bacısı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Sabirabad rayonunun Qaraağac kəndində yaşayır (Sabirabad rayonunun Çiçəkli kəndində yayayış yeri üzrə qeydiyyatdadır). Bacısı Zeynalova (nikahdan əvvəlki soyadı: Rəfiyeva) Gülqız Əhməd qızı xx.xx.1993-cü il tarixdə Sabirabad rayonunun, Muğangəncəli kəndində anadan olub. Bacısı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Sabirabad rayonunun Bulduq kəndində yaşayır. X6 xx.xx.1996-cı il tarixdə Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. Qardaşının doğum faktını və şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Bu səbəbdən də o, vətəndaşsızlıq halında olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK)) tərəfindən himayəyə götürülüb. Qardaşı hazırda ünvan 3 ünvanında yaşayır. Doğulandan 2000-ci ilə qədər ailə üzvləri ilə birlikdə Sabirabad rayonunun Çiçəkli kəndində yaşamışlar. 2000-ci ildə Şirvan şəhərinə köçərək orada kirayədə yaşamışlar. 2010-2020-ci illərdə X20 binasında yaşamışdırlar. Hazırda anası, atası və qardaşı ilə birlikdə ünvan 3 ünvanında yaşayır, fərdi əməklə məşğul olur. Valideynləri ilə həmişə heyvandarlıq məşğuliyyəti ilə bağlı köçəri həyat yaşadığından qardaşına və ona sənəd almayıblar. Belə ki, tibb müəssisəsindən kənarda doğulduğu üçün və doğularkən anasına kömək edən həkim olmadığından, habelə doğuşdan sonra onun doğulmağı barədə sənəd almaq məqsədilə valideynləri heç bir həkimə müraciət etmədiyi üçün doğum faktının qeydiyyata alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməyi bu vaxta qədər mümkün olmayıb. Doğum haqqında şəhadətnaməm olmadığı üçün həmin vaxt şəxsiyyəti təsdiq edən sənədlə də təmin edilməmiş və heç vaxt məktəbə getməmişdir. Artıq 28 yaşı var, lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də BMT QAK tərəfindən vətəndaşsızlıq halında olan şəxs kimi himayəyə götürülmüşdür. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə də təmin olunmağı mümükün olmur. ünvan 3 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən də həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Doğumun dövlət qeydiyyatının aparılması tələblərinin icrasından imtina olunur və izah edilir ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdikləri doğum faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququnuz var. Onun “Ərizəçi kimliyi” lə formalaşmış bir şəxsiyyəti mövcuddur. Lakin onun doğulmağı faktını təsdiq edən heç bir sənədi olmadığı üçün Azərbaycan Respublikasının vətəndaşı kimi sənədləşdirilə bilmir, bu səbəbdən də, vətəndaşsızlıq vəziyyətinə düşmüşdür. Belə ki, xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində anadan olsamda, şəxsiyyətini və hər hansı bir ölkəyə vətəndaşlığını təsdiq edən sənədi yoxdur. Şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün həm də vətəndaşsızlıq vəziyyətinə düşmüş və heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək, izahatında qeyd etdi ki, o, haqqında şəhadətnamənin alınması məqsədi ilə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi onun doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 bildirmişdir ki, Ərizəçi onun oğludur. Oğlu ev şəraitində doğulmuşdur. Doğuşdan sonra onun doğulmağı barədə sənəd almaq məqsədilə heç bir həkimə müraciət etməmiş və hazırkı vaxtadək onun doğum haqqında şəhadətnaməsini almaq mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 bildirdi ki, Ərizəçi onun oğludur. Heyvandarlıq məşğuliyyəti ilə bağlı köçəri həyat yaşadıqlarından həkimə gedə bilməmişdirlər. X1 doğumu ev şəraitində olmuşdur. Bu vaxta kimi oğlu Elvinin doğum haqqında şəhadətnaməsini almaq mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 bildirdi ki, o, Ərizəçi xalasıdır. X2 doğuşu ev şəraitində olmuşdur. Həmin vaxt o da, orada olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirdi ki, Ərizəçi dayısıdır. Heyvandarlıqla məşğul olur, köçəri həyat yaşayırlar. Bu səbəbdən X2 doğuşu ev şəraitində olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubdan görünür ki, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.3.-cü bəndinə əsasən doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində müraciət edilməli və doğumun qeydiyyatı üçun həmin qaydanın 2.5-ci bəndində sadalan sənədlər təqdim olunmalıdır. Həmin qaydanın 2.5.3-cü bəndinə görə bu sənədlər siyahısına həm doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.23-cü bəndinə görə isə müəyyən olunmuş müddətdə qeyd olunmamış 16 yaşına çatanadək müraciət edildikdə həm də uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrinin arayışları daxildir. Həmin Qaydanın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Eyni zamanda Qaydanın 2.23-cü bəndinin 2-ci abzasına görə müəyyən olunmuş müddətdə qeyd olunmamış 16 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itirilmiş vətəndaşlıq vəziyyəti aktlarının bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə asasan doğum, nikahın bağlanması, nıkahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qatnamasinə əsasən bərpa edilir. Göstərilənlərə əsasən doğumun dövlət qeydiyyatının aparılması tələbinin icrasından imtina olunur və izah edilir ki, müraciətə baxılmasının nəticəsindən subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdikləri doğum faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırma hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2022-ci il tarixli, K/666 nömrəli arayışından görünür ki, vətəndaşlığı olmayan şəxs 13 fevral 1995-ci il təvəllüdlü BMT QAK-ın himayəsində olan Elvin Rafiyevə (himayə sənədi №***-*******0) Dövlət Miqrasiya Xidməti tərəfindən 10 oktyabr 2022-ci il tarixindən 31 oktyabr 2023-cü il tarixədək ünvan 5 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs 01 may 2023-cü il tarixli, 3-16-5/7-1-181/2023 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən əldə edilmiş məlumata istinadən Rəfiyeva (Muradova) Səadət Murad qızı ilə X14 arasında bağlanmış nikah xx.xx.1992-ci il tarixdə Sabirabad rayonu, Muğangəncəli kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 07 nömrəli aktla dövlət qeydiyyatına alınmışdır. Həmin nikahdan doğulmuş 02 08.1992-ci il təvəllüdlü Təranə, xx.xx.1993-cü il təvəllüdlü Gülqız adlı uşaqların doğumu da Muğangəncəli kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2023-cü il tarixli, 12/2-69490/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Ərizəçin Azərbaycan Respublikası ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-nin müvafiq uçotlarında məlumat yoxdur. İş materiallarında Şirvan şəhər Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 313-14/2- 12710/2023 nömrəli məktubundan görünür ki, Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar üzrə Ali Komisarlığı Azərbaycan nümayəndəliyi himayəsində olan Ərizəçi barəsində Şirvan şəhər Polis şöbəsində təqsirləndirici material və inzibati icraat materialı mövcud deyil. İş materiallarında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli, 3-38-33/2-1783-23 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Ərizəçi, xx.xx.1966-cı il təvəllüdlü Rəfiyeva (Muradova) Səadət Murad qızının və xx.xx.1969-cu il təvəllüdlü X8 dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-37/2-130xx-xx/2023 nömrəli məktubundan görünür ki, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin himayəsində olan xx.xx.1995-ci il təvəllüdlü Rafiyev Elvin sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 5 ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-8-2/759/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təqdim etdiyi məlumata əsasən Ərizəçi və onun ailə üzvləri barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan Saburabad rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8-255/2023 nömrəli məktuba əlavə edilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 ilə X13 xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 07 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyət Aktlarının Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3- 16-5/4-13-3625/2023 nömrəli məktubda qeyd edilmişdir ki, “vətəndaşlıq vəziyyət aktları” avtomatlaşdırlımış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Ərizəçi barəsində hər hansı məlumat aşkar olunmadı. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə Ərizəçi xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının Sabirabad rayonunun Çiçəkli kəndində doğulması, milliyyətinin Azərbaycanlı olması, atasının X14, anasının X11 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının Sabirabad rayonunun Çiçəkli kəndində doğulması ərizəçi tərəfin izahatı, şahid ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1966-cı il tarixdə Azərbaycan Respublikası, Sabirabad rayonunun Navadan kəndində anadan olmuş, milliyyətcə azərbaycanlı olan, Azərbaycan Respublikasının vətəndaşı Rəfiyeva (nikahdan əvvəlki soyadı: Muradova) Səadət Murad qızının xx.xx.1969-cu il tarixdə Azərbaycan Respublikası, Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuş, milliyyətcə azərbaycanlı olan, Azərbaycan Respublikasının vətəndaşı X14 ilə birgə nikahından xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının Sabirabad rayonunun Çiçəkli kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar