Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-61/2025 16.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Şirvan şəhər Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz (özbaşına zəbt edilmiş) tutulmuş 0,0292 ha torpaq sahəsinin İddiaçı ehtiyat torpaq fonduna qaytarılması və orada inşa edilmiş tikililərin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Şirvan şəhər Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şirvan şəhəri Xəqani küçəsində, 532 saylı yerləşən torpaq sahəsində qanunsuz (özbaşına zəbt edilmiş) tutulmuş 0,0292 ha torpaq sahəsinin İddiaçı ehtiyat torpaq fonduna qaytarılması və orada inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi şəhər sakini Cavabdeh tərəfindən heç bir sənədləşdirilmə aparılmadan, qanunsuz olaraq zəbt olunmuş, qanunsuz olaraq hasarlama işləri aparılmışdır. Dəfələrlə həm şifahi, həm də yazılı İddiaçı tərəfindən xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh könüllü surətdə sözügedən 0,0292 ha torpaq sahəsini geri qaytarmaq istəmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsində deyilir: - Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində Bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərindən biri -qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, eyni zamanda öz səlahiyyətləri daxilində Bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsidir. Öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarına dair məsələni məhkəmədən kənar qaydada həll etmək üçün Cavabdeh İddiaçınə 04/211 saylı xx.xx.2024-cü il tarixində rəsmi məktubla dəvət etsələr də, o məktubu alıb imza etmiş, lakin mübahisənin həll olunması zərurəti yarandığından məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, həmin mübahisəli torpaq sahəsinin hazırda başqa bir ailəyə verilməsi nəzərdə tutulduğundan cavabdeh tərəfindən hər hansı məbləğdə pul kompensasiyası ilə razılaşmaları qeyri – mümkündür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, təmsil etdiyi şəxs Şirvan şəhər Bələdiyyəsinə müraciət etmiş, fərdi yaşayış evi tikilmiş, fərdi yaşayış evinin yalnız bir hissəsi bələdiyyə torpaqlarına düşmüşdür. Şirvan şəhər Bələdiyyəsinin də əvvəldən həmin ərazidə fərdi yaşayış evinin tikilməsindən məlumatı olmasına baxmayaraq, təmsil etdiyi şəxs tərəfindən fərdi yaşayış evinin tikilməsindən və həmin evdə yaşamasından iki il sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. O, həmçinin bildirdi ki, cavabdeh artıq uzun müddətdir həmin evdə yaşayır, həmin evin sökülməsi onun mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Həmçinin qeyd etdi ki, bələdiyyə hər hansı kompensasiya məbləği ilə razılaşmamışdır. Hesab edir ki, iddia tələbi əsassızdır, rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan şəhər İcra Hakimiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi X6 mütəxəssis rəyində qeyd olunanları müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh, 183.0 kv.m torpaq sahəsi isə bələdiyyənin mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh tərəfindən inşa edilmiş 127 kv.m fərdi yaşayış evi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, vəkilin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin hüquq sahibi Cavabdehdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsindən əldə edilmiş sənədlərə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şirvan şəhəri Xəqani küçəsi 532 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh adına xx.xx.2023-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Şirvan Bələdiyyəsi tərəfindən Cavabdeh qanunsuz tikinti işləri apardığı bildirilmiş və o, Şirvan Bələdiyyəsinə dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, İddiaçı TTT şöbəsinin müdiri M.M.Məmmədov, həmin şöbənin mühəndisi D.N.Mehdiyev hüquqşünas S.T.Əzimov, ərazi üzrə vergi müfəttişəri S.H.Bəkirov, A.H.İmanov, Ə.Ə.Nəsirov tərtib edilmiş aktdan görünür ki, həqiqətən də 06 avqust 2024-cü il tarixində saat 10.30-11.00 radələrində İddiaçı mülkiyyətində olan Şirvan şəhəri Xəqanı küçəsi 532 saylı ünvanda şəhər sakini T.İsmayılov küçəsi ev 13 m 27də qeydiyyatda olan Cavabdeh xüsusi mülkiyyətində olan, fərdi ev tikintisi üçün nəzərdə tutulan 0,06 ha torpaq sahəsi əlavə olaraq sözügedən ünvanda Bələdiyyənin mülkiyyətinə aid 0,0292 ha (292 kv.m) torpaq sahəsinə yerində baxış keçirmək məqsədi ilə orada olmuşlar. Əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq Bələdiyyə mülkiyyətinə aid 292 kv.m. zəbt sahəsinə baxış keçirmək və lazımı qaydada rəsmiləşdirmək üçün Cavabdeh tərəfindən şərait yaradılmadı, qapı kilidlə bağlanmış halda idi, qapının uzun müddət döyülməsinə baxmayaraq qapı açılmadı. Odur ki, aktın doğruluğunu təsdiq etmək üçün imza etmişlər. Şirvan Bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 04/155 saylı məktubun surətindən görünür ki, Şirvan şəhəri Xəqani küçəsi 532 ünvanında yerləşən və ev tikintisi üçün sənədləşdirilməsi nəzərdə tutulan 3 (üç) sot torpaq sahəsi ilə bağlı ərizəniz xx.xx.2024-cü il tarixdə 09/39 saylı qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi:
1. Cavabdeh faktiki istifadəsində olan 06 ha torpaq sahəsinin 0.0417 ha hissəsi ona verilmiş olan xx.xx.2023-cü il tarixli, B096111 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində, 0.0183 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir.
2. Şırvan şəhəri Xəqani küçəsi 532 saylı ünvanda Cavabdeh tərəfindən inşa edilmiş 127.0 kv.m fərdi yaşayış evinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.
3. Yuxarıda göstərilən torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilmişdir.
4. ünvan 1 ünvanda yerləşən Cavabdeh tərəfindən inşa edilən tikilinin yerləşdiyi torpaq sahəsi Şirvan bələdiyyəsinin mülkiyyətində olan torpaqlara məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 29 avqust 2025-ci il tarixli 10/5346 №-li ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-38/2-2888/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir : Cavabdeh faktiki istifadəsində olan 06 ha torpaq sahəsinin 0.0417 ha hissəsinin ona verilmiş olan xx.xx.2023-cü il tarixli, B096111 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində, 0.0183 ha hissəsinin bati isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. ünvan 1 ünvanda Cavabdeh tərəfindən inşa edilmiş 127.0 kv.m fərdi yaşayış evinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Yuxarıda göstərilən torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. ünvan 1 ünvanda yerləşən Cavabdeh tərəfindən inşa edilən tikilinin yerləşdiyi torpaq sahəsinin Şirvan bələdiyyəsinin mülkiyyətində olan torpaqlara məxsus olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmiş araşdırma zamanı izahatı alınmış X5 izahatından görünür ki, Şirvan şəhərində ev tikintisi ilə məşğul olur. Belə ki, fərdi qaydada ona müraciət edən şəxslərə ev tiktikdən sonra həmin şəxslər tikmiş oldtuğu evin pulunu verirlər. 2023-cü ilin əvvəllərində Şirvan şəhər sakini Faiq İsmayılov ona ev tikməsi ilə əlaqədar müraciət etmiş, o, Faiqlə razılaşmış və ondan torpaq sahəsinin olub-olmadığını soruşmuşdur. Faiq də torpağının olmadığını və torpaq almaq istədiyini demişdir. O, Faiqə satılıq torpaq sahəsi olduğunu və əgər istəyərsə həmin torpaq sahəsini aldıqdan sonra ona həmin yerdə ev tikə biləcəyimi demiş, Faiqə göstərmiş olduğu tofpaq sahəsi 9 sot olmuşdur. Faiqə həmin torpaq sahəsinin 5 sotunda ona, 4 sotunda isə Qızbəs Fərəcova ev tikəcəyini demiş, Faiqdən əvvəl Qızbəs ilə razılaşmış, Faiqlə razılaşması əsasən 5 sotun daxilində Faiqə 3 otaqlı, 1 mərtəbəli ev tikməli imiş. 5 sot torpaq da daxil olmaqla ev tikməyinə görə Faiq ona 55000 (əlli beş min) manat pul verməli olduğunu bildirmişdir. Lakin Faiq ona 40000 (qırx min) manat pulu olduğunu və qalan 15000 (on beş min) manat pulu isə evi tikib qurtardıqdan aybaay verəcəyini demiş, o, Faiqlə razılaşmış, razılaşmadan sonra Faiq və torpağın sahibi birlikdə Şirvan şəhərində yerləşən notaiat kontoruna getmiş, orada məlum olmuşdur ki, torpaq sahibinin torpağa dair çıxarışında yalnız 6 sot torpaq sahəsinin çıxarışı mövcuddur. Torpaq sahibi 6 sot torpaq sahəsini Faiqin adına keçirdikdən sonra Faiq ona 20000 (iyirmi min) manat pul vermiş, danışığa əsasən Faiq onun adına keçirilmiş 6 sot torpaqdan 1 sotunu Qızbəsin adına keçirməli olmuşdur. Qizbəsin qalan 3 sot torpaq sahəsi isə sənədlər düzəldikdən sonra Qızbəsin adına rəsmiləşdiriləcəyini bildirmişdir. O, Faiqdən götürmüş olduğu 20000 (iyirmi min) manat pulun hamısını torpaq sahibinə vermiş, Faiqlə aralarında olan razılaşmaya əsasən Faiq ona hissə-hissə ev tikməyi üçün əlavə 20000 (iyirmi min) manat pul vermişdir. Sonra o, evi tam olaraq hazır vəziyyətdə tikib 2023-cü ilin noyabr ayında Faiqə təhvil vermiş, Faiqin evini tikdiyi vaxtda paralel olaraq Qızə-sın sə evini i irmişsir. al-hazırda 6 izbəsin evi yarımçıqdır. Qizbəsin evini tikdiyi müddətdə Faiqə 1 sot torpaq sahəsini Qızbəsin adına keçirməsini demiş, Faiq isə həmin 1 sot torpaq sahəsinin və əlavə Qızbəsin evinin yerləşdiyi evin və torpaq sahəsinin də özünə məxsus olduğunu söyləmişdir. Hal-hazırda Faiq onun Qəizbəsə tikdiyi evin tamamlanmasına icazə vermədiyini, bununla yanaşı Faiq Qızbəsə tikdiyi evi və həmin evin yerləşdiyi torpaq sahəsini öz torpaq sahəsinin hüdudlarına salmaqla ərazini hasarladığını, Qızbəsin evində tikintini davam etdirmək istəyən zaman Faiq onu ölümlə hədələdiyini və işii görməyə imkan vermədiyini bildirmişdir. Bundan əlavə Faiqə tikdiyi evin qalmış olan 13000 (on üç min) manat pul borcunu verməmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmiş araşdırma zamanı izahatı alınmış X9 göstərmişdir ki, Cavabdeh onun qohumudur. Anaqız ona 20 sentyabr 2023-cü il tarixdə mülki etibarnamə vermişdir. Həmin mülki etibarnamə əsasında ünvan 4 ünvanında 0,06 hektar torpaq sahəsi almışdır. X7 tanıyır. Onunla aralarında olan münasibətlər normal olmuşdur. 2023-cü ilin yay aylarında almaq üçün torpaq sahəsi axtarmış, ünvan 4 ünvanında yerləşən torpaq sahəsini bəyəndikdən sonra Anaqıza onun adına torpaq sahəsi alacağını demişdir. Anaqız da onun razılaşmışdır. Həmin ərəfədə tanış olduğu Xalidə ona qeyd edilən torpaq sahəsini ucuz qiymətə onun üçün ala biləcəyini demiş, o, Xalidə ilə razılaşmış, 6 sot torpaq sahəsini Xalidənin vasitəsi ilə aldıqdan sonra Xalidədən torpaq sahəsini harada olduğunu soruşmuşdur. Sonra Xalidə ona torpaq sahənin yerləşdiyi yeri göstərmiş, bundan sonra Xalidəyə onun üçün ev tikməsini xahiş etmiş, Xalidə onunla razılaşmışdır. Razılaşmaya asasən Xalidə onun üçün qeyd edilən torpaq sahəsində ev tikməli, evi tikməyi müqabilində ona 53000 (əlli üç min) manat pul verməli olmuşdur. Bundan sonra Xalidə özünün ona bildirdiyi torpaq sahəsində ev tikməyə başlamış, ev tikilən ərəfədə Xalidəyə ümumilikdə 42000 (qırx iki min) manat pul vermişdir. Evin hasarı da Xalidə tərəfindən çəkilmişdir. Evin üzəri bağlandıqdan sonra Xalidənin onun üçün tikdiyi evin düzgün yerdə tikilmədiyini və əslində evinin müəyyən hissəsinin bələdiyyə torpağında olmasını öyrənmişdir. Bu barədə Xalidəyə dedikdən sonra Xalidə ilə aralarında mübahisə yaranmış, bundan sonra Xalidə evin tikintisini dayandırmış, bu səbəbdən Xalidəyə qalan pulu ödəməmiş və evin sonrakı təmir işlərini özü həyata keçirtmişdir. Belə ki, evin pəncərələrini, qapılarını və digər təmir işlərini görmüşdür. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmiş araşdırma əlavə olunmuş videodiskdə görünür ki, təqdim edilən torpaq sahəsi ünvan 5 ünvanında yerləşir və ümumilikdə 901.5 kv.m-dən ibarətdir. Həmin torpaq sahəsinin 0.06 ha hissəsi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət Reyestrindən çıxarışa əsasən vətəndaş Cavabdeh mülkiyyətində, 301.5 kv.m hissəsi isə zəbt sahəsi olmaqla Şirvan Bələdiyyəsinin mülkiyyətindədir. Torpaq sahəsi üzərində inşası başa çatdırılmış 1 ədəd fərdi yaşayış evi və inşası yarımçıq olan 1 ədəd fərdi yaşayış evi vardır. İnşası başa çatmış fərdi yaşayış evinin Tikintialtı sahəsi 117.9 kv.m təşkil edir. Həmin tikilinin 11.2 kv.m hissəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində, 106.7 kv.m hissəsi isə zəbt olunmuş torpaq sahəsi üzərində yerləşir. Həmin tikili daşınmaz əmlakın dövlət Reyestrində qeydiyyata alınmışdır. Yarımçıq vəziyyətdə olan fərdi yaşayış evinin tikintialtı sahəsi isə 95.2 kv m təşkil edir. Yarımçıq tikilinin 44.5 kv.m , hissəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində, 50.7 kv.m hissəsi isə zəbt olunmuş torpaq sahəsi üzərində yerləşir. Yarımçıq tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ərazi İdarəsinin arxivində və Milli qeydiyyat Sistemində Şirvan şəhəri, Xəqani küçəsi 532 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin özgəninkiləşməsinə dair məlumat aşkarlanmamışdır. Həmçinin sorğuda göstərilən şəxslərin, yəni X4 və X1 adlarına araşdırılan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquq qeydə alınmamışdır. Məhkəmə qeyd olunanlarla bağlı ilkin olaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolunun “Mülkiyyətin müdafiəsi “ adlanan 1-ci maddəsinə əsasən: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1116/2025 saylı xx.xx.2025-cü il tarixli vahid məhkəmə təcrübəsini müəyyən edən Qərarında Mülki Məcəllənin 172.3-cü maddəsi ilə bağlı nəzərdə tutulmuş mövqeyə əsasən müəyyən olunur ki, bu normada qonşu torpaq sahəsinin sərhədlərinin qərəzsiz şəkildə pozulması ilə tikinti aparıldıqda buna dərhal etiraz etməyən torpaq mülkiyyətçinin həmin pozuntuya dözmək, pozuntuya yol vermiş mülkiyyətçinin isə müvafiq pul kompensasiyası ödəmək öhdəlikləri nəzərdə tutulmuşdur. Normanın zidd mənasından isə aydın olur ki, inşaat zamanı qonşu sahənin sərhədləri qərəzli şəkildə pozularsa (yəni tikinti aparan şəxs sərhəddi pozduğunu bilirsə və ya bilməlidirsə), yaxud müdaxiləyə məruz qalmış torpaq mülkiyyətçisi pozuntuya dərhal etiraz edərsə, tikilinin sökülməsini, hətta sözügedən pozuntu delikt təşkil etdiyi üçün zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, etirazın hansı müddətdə edilməli olması qanunda dəqiq göstərilməsə də, həmin etirazın müdaxilə aşkar edilən kimi (dərhal) bildirilməsi əsas götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinin sərhədləri mülkiyyət hüququna dair sənədlərdə əks olunur. Hər bir mülkiyyətçi yalnız özünün mülkiyyətində olan torpaq sahəsində qazıntı və tikinti işləri görə bilər. MM-nin 172.3-cü maddəsinin məzmunundan göründüyü kimi qanunvericilik qonşu torpaq sahəsinin sərhədlərinin pozulmasının iki halını fərqləndirir: qərəzli və qərəzsiz pozma. Qərəzli pozma o hallarda olur ki, şəxs qazıntı və tikinti işlərini qonşunun mülkiyyətində olan torpaq sahəsində apardığını bilir və bilə-bilə buna yol verir. Bu halda o, mülkiyyətçinin tələbinə əsasən oranı boşaltmalı, zəbt etdiyi torpaq sahəsini sahibinə qaytarmalıdır. Torpaq sahəsinin sərhədlərinin qərəzsiz pozulması iki halı nəzərdə tutur: 1) pozuntu baş verdikdə mülkiyyətçi tərəfindən buna etiraz bildirilməsi, 2) etiraz bildirilməməsi. Torpaq sahəsinin sərhədləri pozulduqda pozuntu aşkar edilməzdən əvvəl və aşkar ediləndə mülkiyyətçi buna etiraz edərsə, pozuntuya yol verən şəxs həmin sahəni boşaltmalıdır. Torpaq sahəsinin mülkiyyətçisi torpaq sahəsinin sərhədlərinin pozulmasını bildikdə və buna etiraz etmədikdə o, sonralar buna dözməlidir. Bu halda başqasının torpaq sahəsində qazınti və tikinti işləri aparan şəxs mülkiyyət sahibinə torpaq sahəsindən istifadə etdiyi müddət üçün kompensasiya ödəməlidir. Mülki qanunvericilik təsbit edir ki, tikinti zamanı qonşunun (cavabdehin) sahənin sərhədlərini qərəzsiz pozması halında belə, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. İşin faktiki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Mübahisəli torpaq sahəsi isə Şirvan şəhər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, Cavabdeh faktiki istifadəsində olan 06 ha torpaq sahəsinin 0.0417 ha hissəsi ona verilmiş olan xx.xx.2023-cü il tarixli, B096111 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində, 0.0183 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Lakin iş materiallarından həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh məxsus fərdi yaşayış evinin tikintisi artıq 2023-cü ilin noyabr ayında yekunlaşmışdır. Həmçinin, Şirvan Bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 04/155 saylı məktubdan müəyyən olunur ki, Şirvan şəhəri Xəqani küçəsi 532 ünvanında yerləşən və ev tikintisi üçün sənədləşdirilməsi nəzərdə tutulan 3 (üç) sot torpaq sahəsi ilə ərizə xx.xx.2024-cü il tarixdə 09/39 saylı qeydiyyata alınmıdır. X11 Şirvan şəhəri Xəqani küçəsi 532 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin tikintisindən məlumatlı olsa da uzun müddət ərzində buna heç bir etiraz bildirməmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən təklif edilmiş hər hansı kompensasiya məbləği ilə razılaşmamış, həmin torpaq sahəsinin başqa bir ailəyə verilməsinin nəzərdə tutulduğunu bildirsə də, bunu hər hansı sübutedici sənədlərlə təsdiq etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.4-cü bəndinə qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qərarın 3.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun. Qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı Şirvan şəhər Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz (özbaşına) zəbt edilmiş tutulmuş 0,0292 ha torpaq sahəsinin İddiaçı ehtiyat torpaq fonduna qaytarılması və orada inşa edilmiş tikililərin sökülməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr məhkəməyə verilən iddialar üzrə dövlət rüsumunun ödənilməsindən azaddırlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (bir yüz) manat dövlət rüsumu ödənilir. Eyni zamanda MPM-in 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə əlavə edilmiş ekspertizanın aparılmasına dair ekspetiza xərcləri barədə bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. İşə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Şirvan şəhər Bələdiyyəsi iş üzrə mütəxəsis rəyinin alınması ilə bağlı 95 (doxsan beş) manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Şirvan şəhər Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz (özbaşına zəbt edilmiş) tutulmuş 0,0292 ha torpaq sahəsinin İddiaçı ehtiyat torpaq fonduna qaytarılması və orada inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul iddiaçı Şirvan şəhər Bələdiyyəsindən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Hakim Aydan Məmmədli