Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-641/2025 27.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilin iddiaçıların mülkiyyətində olan paylı hisələrindən cavabdeh tərəfindən yerləşdirilmiş şəxslərin mənzildən çıxarılmaları, iddiaçıların mənzilə köçürülmələri və iddiaçılara mənzilin mülkiyyətində olan paylı hissələrindən istifadə etmələrinə cavabdeh tərəfindən törədilmiş maneənin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilin iddiaçıların mülkiyyətində olan paylı hisələrindən cavabdeh tərəfindən yerləşdirilmiş şəxslərin mənzildən çıxarılmaları, iddiaçıların mənzilə köçürülmələri və iddiaçılara mənzilin mülkiyyətində olan paylı hissələrindən istifadə etmələrinə cavabdeh tərəfindən törədilmiş maneənin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə 25 fevral 2025-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şirvan şəhəri, Xəqani küçəsi 5 saylı evin 52 nömrəli mənzilin onların mülkiyyətində olan paylı hissələrindən Cavabdeh tərəfindən həmin mənzilə yerləşdirilmiş şəxslərin mənzildən çıxarılmalarını, onları həmin mənzilə köçürülmələrini və onların həmin mənzilin mülkiyyətində olan paylı hissələrindən istifadə etməklərinə Cavabdeh tərəfindən törədilmiş maneənin cavabdehə qadağan edilməsini tələb edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. İddia ərizəsindən göründüyü kimi, iddia ərizəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 Şirvan şəhəri, Xəqani küçəsi 5 saylı evin 52 nömrəli mənzilin onların mülkiyyətində olan paylı hissələrindən Cavabdeh tərəfindən həmin mənzilə yerləşdirilmiş şəxslərin mənzildən çıxarılmaları tələbini irəli sürmüşlər, lakin hansı şəxslərin çıxarılmalı olduğunu göstərilməmişdir. Yəni, digər şəxslərin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı qeyd edilməmişdir. Belə olan halda tələb qeyri-müəyyəndir. Beləliklə, məhkəmə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlir ki, iddia tələbinin dəqiq göstərilməməsi ərizənin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi kimi qiymətləndirilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı1 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilin iddiaçıların mülkiyyətində olan paylı hisələrindən cavabdeh tərəfindən yerləşdirilmiş şəxslərin mənzildən çıxarılmaları, iddiaçıların mənzilə köçürülmələri və iddiaçılara mənzilin mülkiyyətində olan paylı hissələrindən istifadə etmələrinə cavabdeh tərəfindən törədilmiş maneənin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə bilər. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sdərlik edən : Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-641/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-641/2025
27.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver