Məhkəmə qərarları › İş №2(032)-653/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-653/2024

17.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-653/2024 17.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 övladı X13 ilə birlikdə və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında çıxarışla tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 onun qızı, Cavabdeh2 isə Cavabdeh1 oğludur. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə (Kristal Abşeron yaşayış kompleksi) bina 3, mənzil 109 Cavabdeh1 mülkiyyətindədir. Cavabdehlər uzun müddətdir ki, özlərinə məxsus mənzildə yaşamalarına baxmayaraq onun evində pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, bacısı Cavabdeh1 və uşaqları Cavabdeh2 və X13 anasının mülkiyyətində olan ünvan 1 ünvanında evdə qeydiyyatda olsalar da, uzun müddətdir ki, orada yaşamırlar. Hazırda da o, övladları Nicat və Fatimə ilə birlikdə “Kristal Abşeron" MTK tərəfindən inşa edilmiş Binəqədi rayonu, Biləcəri qəsəbəsində 1 otaqlı mənzildə yaşayır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin qeydiyyatda olduqları və faktiki yaşadıqları ünvanlara məhkəmə bildirişi göndərilmiş, lakin qeydiyyatda olduqları ünvanda yaşamamaları səbəbindən zərf geri qaytarılmış, faktiki yaşadıqları ünvana isə məhkəmə bildirişi çatdırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinin qanuni əsaslarını yoxlamamışdan əvvəl cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini yoxlamalı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri X16 küçəsi 12 saylı evin 10 №-li mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında 13 №-li reyestr kitabında 38 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli ,3-16-5/8-13-268 saylı məktubundan görünür ki, Şirvan şəhər Qeydiyyat Şöbəsindəki elektron və kağız daşıyıcılardakı məlumata istinadən 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2016-cı il tarixli 4114 nömrəli nikah haqqında akt qeydinə əsasən xx.xx.1986-cı il təvəllüdlü X1 "Kazımova” dan “Sadıqova” ya, bundan sonra Şirvan şəhər qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli 07 nömrəli soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən “Sadıqova” dan "Qardaşova” ya dəyişdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2 saylı MİS-nin rəisi Əhədov X.Ə, ünvan 4 ünvanında yaşayan X17 , ünvan 5 ünvanında yaşayan X2 , ünvan 6 ünvanında yaşayan X9 iştirakı tərtib edilmiş aktdan görünür ki, həqiqətən ünvan 5 ünvanında rəsmi qeydiyyatda olmalarına baxmayaraq Cavabdeh1 , Cavabdeh2 və X13 qeyd edilən ünvanda yaşamırlar. Aktı imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli ,3-21-3-02/2-7845/2024 saylı məktubundan görünür ki, Qardaşova (Sadıqova) Xanım Dilqəm qızının və Cavabdeh2 dına daşınmaz əmlakın olub-olmaması haqqında məlumatın verilməsi barədə məhkəmənin sorğusuna aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, sorğuda qeyd edilən şəxslərin təvəllüdü və ya fərdi identifikasiya nömrələri (FİN) barədə məlumat qeyd olunmadığından, həmin şəxslərin adına daşınmaz əmlakın olub-olmaması barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Kristal Abşeron Mənzil Tikinti Kooperativinin xx.xx.2024-cü il tarixli 83 saylı məktubundan görünür ki, məhkəmənin sorğusunda adları göstərilən şəxslərdən yalnız Qardaşova (Sadıqova) Xanım Dilqəm qızı xx.xx.2018-ci il tarixli, ********* saylı "Payçı müqaviləsi" əsasında “Kristal Abşeron" MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə ünvanında inşa edilmiş 3-cü bina, 1ci blok, 12-ci mərtəbə, 109 saylı, ümumi sahəsi 43.5 kv.m olan 1 otaqlı mənzili almışdır və hazırda həmin mənzildə azyaşlı övladı ilə birlikdə yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 5-8-1/2-484/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyində olan məlumata əsasən ünvan 8 ünvanında hal-hazırda Nümayəndə, X3 və X4 yaşayırlar. X14, Qardaşova (Mirzəyeva) Xanım Dilqəm qızı, X13, X2 və Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli , 3-21-3-38/2- 2717/2024 saylı məktubundan görünür ki, Qardaşova (Sadıqova) Xanım Dilqəm qızının və Cavabdeh2 adına hər hansı bir daşınmaz əmlak 13 saylı Şirvan Ərazi idarəsində mövcud arxiv materiallarında aşkar edilməmişdir. Əvvəla məhkəmə onu qeyd edir ki, İddiaçı cavabdehlərin mübahisəli evdə qeydiyyatda olmalarına istinad edib, hesab etmişdir ki, onların evdə qeydiyyatda olması onun yaşayış sahəsindən istifadə hüququnun olmasına dəlalət edir. Halbuki «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Bu baxımdan məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmasının heç də onun yaşayış sahəsindən istifadə hüququnun olması mənasını kəsb etməməsini nəzərə alıb, yaşayış binasının tərkib hissəsindən «istifadə hüququ»nun və «istifadə etmək hüququnun»hüquqi əsaslarını yoxlamışdır. Beləliklə məhkəmə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Cavabdeh1 1986-cı ildən (doğulduğu andan) 2000-ci il tarixədək İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, cavabdehlər Cavabdeh1 ünvan 1 ünvanının mülkiyyətçisi olmuş İddiaçı ailə üzvü qismində onunla bərabər yaşadığından evin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmuşdur. Beləliklə, Cavabdeh1 və övladları Cavabdeh2 və X5 Şirvan şəhəri L-nt İbrahimov küçəsi 12 saylı evin , 10 nömrəli mənzilindən istifadə hüquqlarına malik olması müəyyən edildiyindən, onların həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü yoxlanılmalıdır . Bununla əlaqədar məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan evə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə əmələ gəlmiş istifadə hüququna kompensasiya verilməklə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə əmələ gəlmiş istifadə hüququna isə həm istifadə hüququna malik olan şəxsə kompensasiya verilməklə, həm də istifadə hüququna malik olan şəxsin daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsinə görə xitam verilə bilər. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, Cavabdeh1 ailə qurduqdan sonra daimi yaşamaq üçün başqa evə köçməsi halı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunduğundan, habelə cavabdehin müvəqqəti olaraq mübahisəli evi tərk etməsi halı müəyyən olunmadığından və cavabdehin mübahisəli ev ilə olan əlaqələrin tamamilə itirilməsi halı müəyyən olunduğundan, onun mübahisəli evin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə Cavabdeh1 mülkiyyətində digər yaşayış sahəsinin olmasını və həmin evə övladları X15, Cavabdeh2 ilə daimi yaşamaq üçün köçməsi halı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunduğundan, habelə cavabdehin müvəqqəti olaraq mübahisəli evi tərk etməsi halı müəyyən olunmadığından və cavabdehin mübahisəli ev ilə olan əlaqələrin tamamilə itirilməsi halı müəyyən olunduğundan, hesab edir ki, Cavabdeh1 və övladları X6, Cavabdeh2 iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Beləliklə məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və övladları X6, Cavabdeh2 Şirvan şəhəri L-nt İbrahimov küçəsi 12 evin, 10 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və övladları X6, Cavabdeh2 Şirvan şəhəri L-nt İbrahimov küçəsi 12 evin, 10 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar