Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-670/2025 25.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanı üzrə mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı üzrə mənzili mərhum anası X1 miras qalmışdır. Ünvan üzrə Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyəti tərəfindən 30 dekabr 1999-cu il tarixlii 203 nömrəli order əsasında adına rəsmiləşdirilmişdir. Cavabdeh1 mərhum ögey bacısı X2 əri olmuş, tərəflər 2013-cü il tarixdə nikah münasibətləri məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh X6 ögey bacısı Cavabdeh3 oğlu olmaqla hər biri müxtəlif ünvanlarda yaşayırlar. Cavabdehler müvəqqəti qeydiyyata düşmələri ilə müraciət etməklə daimi qeydiyyatları olmadığından qeydiyyata düşmələrinə razılıq verilmişdir. Lakin sonradan cavabdehlərin mülkiyyətində olan mənzilin daimi qeydiyyatına düşmələri məlum olmuşdur. Cavabdehlərə dəfələrlə mülkiyyətində olan daşınmaz əmlakın pasport qeydiyyatından çıxarılması üçün müraciət etsə də cavabdehlər qeydiyyatdan çıxmamışlar. Bu barədə Şirvan şəhər Polis Şöbəsinə müraciət etmişdir. Ona şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavabdehlər mülkiyyətində olan mənzildə yaşamamışlar. Cavabdehlər könüllü qeydiyyatda çıxmalarına razılıq vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanı üzrə mənzildə yalnız özü, anası, qızı və qardaşı ilə birlikdə yaşamış, cavabdehlər sözügedən mənzildə heç vaxt yaşamamışlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qeydiyyatda olduğu ünvana göndərilmiş, cavabdehlər həmin ünvanda yaşamaması səbəbindən bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.1999-cu il tarixli 203 №-li orderin surətindən görünür ki, vətəndaş İddiaçı iki nəfərdən ibarət ailəsi ilə birlikdə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində məhəllədə 143 saylı evdə 3 nömrəli mənzildə 1-ci mərtəbədə 1 otaqdan ibarət 17,50 kv.m mənzil sahəsi istifadəsinə verilmişdir. Ailənin tərkibi özü İddiaçı və qızı X3 ibarətdir. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məktubda adları qeyd edilmiş şəxslərin (Cavabdeh1, Cavabdeh2, Cavabdeh3) həmin mənzilə qeydiyyata düşmələrinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxslər ünvan 3 ünvanında 2007-ci il tarixdən qeydiyyatdadırlar. İş materiallarında olan “ elektron notariat” Avtomatlaşdırılmış Sistemi vasitəsi ilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında Cavabdeh1, Cavabdeh2, X4, X8, İddiaçı qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı mənzilə order əsasında istifadə hüququ əldə etmişdir. Qanunvericiliyin tələbinə əsasən məhkəmə mülki işlərə dair mübahisələrə baxarkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasını əsas götürür. İş materiallarından da göründüyü kimi iddiaçı mübahisəli mənzilə order əsasında istifadə hüququnu xx.xx.1999-cu ildə əldə etmişdir. Ona görə də istifadə münasibətləri ilə bağlı 30 iyun 2009-cu ilə qədər olan Mənzil Məcəlləsinin müddəaları əsas götürülməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin tələbinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcraiyyə Komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normalarının təhlilindən və iş materiallarından da görünür ki, cavabdehlər mənzilə 2007-ci ildə qeydiyyata düşmüşdür. İddiaçı da onların istifadə hüquqularına xitam verilməsini istəyir. Məhkəmə ilk növbədə cavabdehlərin həmin yaşayış sahəsinə istifadə hüququnun olub-olmamasını müəyyən etməlidir. Cavabdehlər həmin mənzilə 2007-ci ildə qeydiyyata düşdüklərindən onların mənzilə dair istifadə hüququnun yaranması əsasları qüvvədə olan Mənzil Məcəlləsi ilə nizamlanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən cavabdehlər iddiaçının ailə üzvü hesab edilmir. Belə ki, həmin maddədə ailə üzvləri kimi ər, arvad, uşaqlar və valideynlər qeyd edilmişdir. Mülki qanunvericiliyin tələblərinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər və belə əmlak hüquqlarına istifadə hüququ, girov və servitut hüquqları aid edilir. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Lakin cavabdehlər ünvan 3 ünvanındakı mənzildə 2007-ci il tarixdən qeydiyyatda olsalar da, iddiaçı cavabdehlərin həmin mənzilə istifadə hüququnun olması barədə hər hansı sənəd təqdim etməmişdir. Belə ki, Mülki Məcəllənin tələbinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ, o cümlədən məhdud əşya hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmalıdır və bundan sonra şəxsin daşınmaz əmlaka hər hansı hüququ yarana bilər. Ya da qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən şəxsin ailə üzvü olduqda və onunla birgə yaşadıqda mənzilə istifadə hüququ yarana bilər. Lakin iş materialları ilə cavabdehlərin yalnız 2007-ci ildə mənzilə qeydiyyata düşmələri müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehlərin mənzilə istifadə hüququnun olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM): 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi ev 143, 3 nömrəli mənzilindən istifadə və ya istifadə etmək hüququ olmadığından və mövcud olmayan hüquqa xitam verilməsi yolverilməz olduğundan iddia təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220-ci, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi ev 143, 3 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-670/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-670/2025
25.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver