Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-674/2025 29.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi İddiaçı cavabdehlər Cavabdeh1 Əlikürşad oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əlikuşad qızı, Cavabdeh6, Cavabdeh7, X5, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 Rafiq qızına qarşı mülki işə Şirvan Şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Əlikürşad oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əlikuşad qızı, Cavabdeh6, Cavabdeh7, X5, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 Rafiq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1dan çıxarılması, cavabdehlər tərəfindən ünvan 1dan sərbəst istifadə etməsinə hər hansı maneələrin edilməsinin qadağan edilməsi, ünvan 1ının onun sahibliyinə qaytarılması, çıxarışın verildiyi xx.xx.2024-cü il tarixdən etibarən mənzildən istifadə üçün hər ay 400 manat kirayə haqqı olmaqla, ümumilikdə 1600 manat kirayə haqqı, vəkilə ödənilən 1000 manat və dövlət rüsumunun ödənilməsinə görə 170 manat vəsaitin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəfindən Şirvan şəhər Polis Şöbəsinə qarşı “Cavabdeh1 Əlikürşad oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əlikuşad qızı, Cavabdeh6, Cavabdeh7, X5, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 Rafiq qızının ona məxsus Şirvan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 16 (yeni qaydalarla ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Şirvan şəhər Polis Şöbəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-5157/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiası təmin edilmişdir. Həmin iddiada göstərilən şəxslərin qeydiyyatdan çıxarılması göstərilsə də, yaşayış sahəsindən çıxarılması göstərilməmişdir. Hazırda isə yenidən iddia ərizəsi ilə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, hazırda iddia ərizəsinə əlavə etdiyi Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-5157/2024 saylı, xx.xx.2024cü il tarixli qərarından görünür ki, Şirvan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 16 (yeni qaydalarla ünvan 2 mənzili xüsusi mülkiyyətindədir. Lakin həmin şəxslərin göstərilən mənzildə yaşaması səbəbi ilə mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Cavabdehlərə dəfələrlə mənzili tərk etmək etmələri barədə müraciət etsələr də, cavabdehlər mənzili tərk etmirlər. Şirvan İnzibati Məhkəməsində iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X1 daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 16 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Şirvan İnzibati Məhkəməsində iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-5042/2024nömrəli məktubuna çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Həmçinin, həmin məktubda qeyd edilmişdir ki, sözügedən daşınmaz əmlaka dair 3-cü şəxslərin istifadə hüququ barədə məlumatlar Ərazi İdarəsində aşkar edilməmişdir. Hazırda iddia ərizəsinə əlavə etdiyi saytlardan əlavə olunan çıxarışlardan görünür ki, Şirvan şəhərində yerləşən mənzil üçün aylıq kirayə haqqı təxminən 400 manatdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1 Əlikürşad oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əlikuşad qızı, Cavabdeh6, Cavabdeh7, X5, Cavabdeh9, Cavabdeh10 və Zəkiyeva X4 şəhəri, M.Hüseynzadə küçəsi, giriş 16 ünvandan çıxarılması, cavabdehlər tərəfindən ünvan 1dan sərbəst istifadə etməsinə hər hansı maneələrin edilməsinin qadağan edilməsi, ünvan 1ının onun sahibliyinə qaytarılması, çıxarışın verildiyi xx.xx.2024-cü il tarixdən etibarən mənzildən istifadə üçün hər ay 400 manat kirayə haqqı olmaqla, ümumilikdə 4000 manat kirayə haqqı, vəkilə ödənilən 1000 manat, qaz və suya ödənilmiş ümumi 318 manat, maddi zərər kimi ümumilikdə 5318 manat və dövlət rüsumunun ödənilməsinə görə 185 manat vəsaitin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Əlikürşad oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əlikuşad qızı, Cavabdeh6, Cavabdeh7, X5, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 Rafiq qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər və bunun səbəbi barəsində heç bir məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Həmin məcəllənin 185.3-cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə cavabdehlər Cavabdeh1 Əlikürşad oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əlikuşad qızı, Cavabdeh6, Cavabdeh7, X5, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 Rafiq qızının iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 16, yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Mehdi Hüseynzadə küçəsi, giriş 16 ünvanı üzərində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-5157/2024 saylı qərarı ilə İddiaçı cavabdeh Şirvan şəhər Polis Şöbəsinə qarşı “Cavabdeh1 Əlikürşad oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əlikuşad qızı, Cavabdeh6, Cavabdeh7, X5, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 Rafiq qızının ona məxsus Şirvan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 16 (yeni qaydalarla ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Şirvan şəhər Polis Şöbəsinin üzərinə qoyulması” barədə iddiası təmin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-5157/2024 saylı qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 Əliküşad oğlu işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-5042/2024 nömrəli məktubuna çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin əlavə edilmədiyi, məktubda qeyd edilmiş kimi, sözügedən daşınmaz əmlaka dair üçüncü şəxslərin istifadəsində olan sənədlərin Ərazi İdarəsində aşkar edilmədiyi göstərilmişdir. İşdə olan Şirvan şəhər İcra Hakimiyyətinin 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-8/1-844/2024 nömrəli arayışından görünür ki, ünvandakı şəxslər Cavabdeh3 və Cavabdeh1 Əlikuşad oğlu həmin ünvanda yaşayır, digər üçüncü şəxslər ünvan 6şamırlar. İşdə olan Şirvan şəhər Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16/5-8/13-586 nömrəli məktubundan görünür ki, məktubda adı göstərilən şəxslərin İddiaçı ilə yaxın qohum olduqları müəyyən edilməmişdir. Qeydiyyat şöbəsində məlumat yoxdur. İşdə olan İddiaçı ilə Cavabdeh1 Əlikuşad oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şirvan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 16 ünvanında yerləşən yaşayış evi iddiaçıya satılmış və alıcının faktiki sahibliyinə verilməsini öhdəsinə götürmüşdür. . İşdə olan xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 11-ci bəndindən görünür ki, satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür. Cavabdeh1 Əliküşad oğlu iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Şirvan Şəhəri 1 Saylı Notariat Ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin 4Ə-820 reyestr nömrəli etibarsız hesab olunması və müqavilə əsasında əldə edilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)- 211/2025 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 Əliküşad oğlunun cavabdehlər İddiaçı və Şirvan 1 saylı Notariat ofisinə qarşı mübahisəli mənzilin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və müqavilə əsasında əldə edilmiş çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Cavabdeh1 Əliküşad oğluna məxsus (abonentin kodu **********00350) abonentin saldosunda GCZ0200657 nömrəli sayğacdan istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks etdirən cədvələ əsasən 2025-ci il ərzində qalıq borc 228 manat 0.87 qəpik müəyyən olunur. "xxxx" ASC tərəfindən verilmiş abonent kartından müəyyən olunur ki, ümumi borc 90 manat 66 qəpik hesablanmışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, X2 tərəfindən vəkil haqqı olaraq 1000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». AR Mülki Məcəllənin 146.1ci maddəsinəəsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 152.2-ci maddəsində göstərilir ki, Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.3-cü maddəsində göstərilir ki, İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcələnin 152.4-cü maddəsində göstərilir ki, Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.5-ci maddəsində göstərilir ki, Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcələnin 152.3-cü maddəsində göstərilir ki, İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Məhkəmənin mülkiyyətdən sərbəst istifadə etmə və mülkiyyətçinin sahibliyinə qaytarılmasına dair mövqeyi: Məhkəmə iş materiallarını, təqdim edilmiş sübutları hərtərəfli və obyektiv araşdırmaqla müəyyən etmişdir ki, Şirvan şəhəri, Mehdi Hüseynzadə küçəsi, giriş 16 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin çıxarışa əsasən iddiaçı həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun subyekti olmaqla, mülkiyyətin sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək ixtiyarına malikdir. İş materiallarında tədqiq edilən xx.xx.2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Əlikürşad oğlu satıcı qismində çıxış edərək göstərilən mənzili iddiaçıya satmış, müqavilənin 11-ci bəndinə əsasən daşınmaz əmlakı alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Beləliklə, mülkiyyətin keçməsi ilə bağlı qanunvericiliyin tələbləri tam yerinə yetirilmiş, iddiaçının həmin əmlaka dair hüquqları qanuni əsaslarla formalaşmışdır. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)- 211/2025 saylı qətnaməsi ilə Cavabdeh1 Əlikürşad oğlunun İddiaçı qarşı “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə əsasında əldə edilmiş çıxarışın ləğv edilməsi” tələbi təmin edilməmişdir. Bu hal onu göstərir ki, mübahisəli əmlakın alqı-satqısı qanuni qaydada həyata keçirilmiş və müqavilənin hüquqi qüvvədə qalması məhkəmə aktı ilə təsdiq olunmuşdur. Məhkəmədə araşdırılmış Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-5157/2024 saylı qərarı ilə də İddiaçı müraciəti təmin edilərək cavabdehlərin qeyd olunan ünvandan qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilmişdir. Həmin qərarda da mübahisəli ünvanın iddiaçının mülkiyyətində olması təsdiqlənmişdir. Bununla belə, həmin şəxslərin faktiki olaraq mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarını faktiki surətdə məhdudlaşdırır, onun sahiblik və istifadədən doğan hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, hər kəs mülkiyyətindən qanunsuz olaraq məhrum edilə bilməz. Konstitusiyanın tələbi ilə uyğun olaraq, Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi də hər kəsin mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu təmin edir və yalnız qanunla, cəmiyyətin maraqları naminə və beynəlxalq hüququn prinsiplərinə əsasən bu hüquqa müdaxilə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu müddəa məhz iddiaçının tələbinin hüquqi əsasını təşkil edir. Çünki cavabdehlərin mübahisəli mənzildə faktiki yaşaması iddiaçının sahiblik hüququnun həyata keçirilməsinə imkan vermir və bu, mülkiyyətçinin qanuni hüquqlarının pozulması hesab edilir. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlərin mübahisəli mənzildə yaşaması üçün heç bir hüquqi əsas yoxdur, çünki nə həmin mənzilə dair icarə, nə də hər hansı istifadə hüququ barədə qanuni sənəd mövcuddur. Əksinə, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3-38/2-5042/2024 nömrəli məktubundan görünür ki, daşınmaz əmlaka dair üçüncü şəxslərin istifadəsində olan hüquqlar aşkar edilməmişdir. Bu isə göstərir ki, cavabdehlərin mənzildən istifadəsi hüquqi əsasdan məhrumdur və faktiki olaraq qanunsuz sahibliyə bərabərdir. Beləliklə, İddiaçı daşınmaz əmlakın qanuni mülkiyyətçisi olmaqla, həmin mənzildən sərbəst istifadə etmək və faktiki sahibliyi bərpa etmək hüququna malikdir. Mülkiyyətçinin əmlakdan sərbəst istifadə etmə hüququnun təmin edilməsi dövlətin mülkiyyətin müdafiəsi öhdəliyindən irəli gəlir. Buna görə də cavabdehlərin mübahisəli mənzildən çıxarılması və iddiaçının sahiblik hüququnun faktiki bərpa edilməsi zəruridir. Məhkəmə hesab edir ki, mülkiyyət hüququnun müdafiəsi yalnız formal tanınma ilə deyil, həm də onun faktiki təmin olunması ilə reallaşır. Buna görə də, cavabdehlərin mübahisəli mənzildən çıxarılması iddiaçının mülkiyyət hüququnun real təminatına xidmət edir. Qeyd edilən hallar, toplanmış sübutlar və hüquqi əsaslar nəzərə alınaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının Şirvan şəhəri, Mehdi Hüseynzadə küçəsi, giriş 16 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnun müdafiəsi məqsədilə cavabdehlərin həmin mənzildən çıxarılması, mənzilə dair mülkiyyətçinin sərbəst sahiblik və istifadəsinə maneələrin aradan qaldırılması barədə iddiası qanunauyğun və əsaslı hesab edilməli, iddia təmin edilməlidir. Vəkil xidmət haqqının ödənilməsinə dair məhkəmənin tətbiq etdiyi hüquq və mövqe: Ziyanın tərkib hissəsi kimi vəkil xərcinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə yalnız əmlakın sıradan çıxması deyil, həm də zərərçəkmişin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Deməli, zərərçəkmiş şəxs hüququ pozulduğu üçün məhkəməyə müraciət edirsə və hüququnun müdafiəsi üçün vəkil cəlb edirsə, bu xərclər məhz hüququnun pozulmasının nəticəsində yaranır. Əgər zərər törədilməsəydi, iddiaçı vəkil tutmaq məcburiyyətində qalmazdı. Bu baxımdan, vəkil xərci zərərin birbaşa nəticəsi kimi real zərər anlayışına daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə xərcləri tələbin təmin olunmasına mütənasib qaydada cavabdeh üzərinə qoyulur. Buraya dövlət rüsumu və işin baxılması ilə bağlı digər xərclər daxildir. 121.2 və 121.4-cü maddələrinə əsasən, vəkilin göstərdiyi hüquqi yardımın dəyəri də bu xərclərə daxildir və məhkəmə həmin xərclərin məqbul və zəruri olub-olmamasını qiymətləndirməlidir. Məhkəmə təcrübəsində də dəfələrlə vurğulanmışdır ki, əgər vəkil xərci sənədlə təsdiq olunubsa və mübahisəli iş üzrə hüququn müdafiəsi üçün obyektiv zərurət təşkil edirsə, bu xərclər cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə, hər kəsin məhkəmə müdafiəsi hüququ vardır. Bu müdafiənin effektivliyi üçün vəkilin iştirakı çox vaxt labüddür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə qərarlarında (xüsusilə delikt öhdəliyi və ziyanın ödənilməsi ilə bağlı) vurğulanır ki, zərərin tam həcmdə ödənilməsi prinsipi yalnız maddi əmlakın bərpasını deyil, həm də hüququn müdafiəsi üçün çəkilən zəruri xərclərin ödənilməsini əhatə edir. Hazırkı işdə iddiaçı X3 Vəkil 1000 manat ödəmiş, bu ödəniş rəsmi qəbzlə təsdiqlənmişdir. Belə ki, iddia hüquqi mürəkkəblik kəsb etdiyindən və ekspertiza təyin olunduğundan, vəkilin iştirakı obyektiv zəruri olmuşdur. Bu xərclər iddiaçının hüququnun bərpası üçün çəkildiyindən, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərərin tərkib hissəsi və MPM-in 121-ci maddəsinə əsasən isə məhkəmə xərcləri sayılır və cavabdehdən tutulmalıdır. Qaz və sudan istifadəyə görə yaranmış ümumi 318 manat borcun ödənilməsinə dair məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları təhlil edərək müəyyən etmişdir ki, cavabdehlərin mübahisəli mənzildə qanunsuz olaraq yaşaması nəticəsində mənzilin saxlanılması və kommunal xidmətlərlə bağlı xərclər — yəni qaz və su təchizatı üzrə borclar formalaşmışdır. İş materiallarında tədqiq edilən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, abonentin kodu **********00350 olan və Cavabdeh1 Əliküşad oğlu adına qeydiyyatda olan GCZ0200657 nömrəli sayğac üzrə 2025-ci il ərzində istifadə edilən qaz həcminə görə 228 manat 0.87 qəpik, həmçinin "xxxx" ASC tərəfindən verilmiş abonent kartına əsasən 90 manat 66 qəpik məbləğində ümumi borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi dedikdə, zərərçəkmiş şəxsin pozulmuş hüququnun bərpası üçün çəkdiyi və ya çəkməli olduğu bütün zəruri xərclərin əvəzinin ödənilməsi başa düşülür. Bu maddədən irəli gəlir ki, mülkiyyətçinin əmlakından qanunsuz istifadə edən şəxs onun mülkiyyətində olan əmlakın saxlanılması, qorunması və istifadə nəticəsində yaranmış bütün məsrəfləri ödəməyə borcludur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, əgər əmlaka sahib olan şəxs əmlakın qanunsuz olaraq özündə olduğunu bilmiş və ya bilməli olmuşdursa (vicdansız sahib hesab olunursa), o, yalnız əmlakdan götürdüyü və ya götürməli olduğu gəlirləri deyil, həm də əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməyə borcludur. Bu hüquqi norma kommunal xidmətlərlə bağlı məsrəfləri də əhatə edir, çünki bu xərclər mülkiyyətçinin deyil, qanunsuz istifadəçinin faktiki yaşayış fəaliyyəti nəticəsində yaranır. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə müvafiq hüquqi əsas olmadan yaşayaraq, onun istifadəsindən doğan kommunal xərcləri ödəmək öhdəliyini yerinə yetirməmişlər. Bu isə Mülki Məcəllənin 7 və 9-cu maddələrində təsbit edilən vəzifə borcuna və vicdanlı davranış prinsipinə ziddir. Belə vəziyyətdə həmin xərclərin ödənilməsini iddiaçının üzərinə qoymaq həm hüquqi baxımdan əsassız, həm də sosial ədalət prinsiplərinə zidd olardı. Çünki mülkiyyətçi əmlakdan faktiki istifadə etmədiyi halda, onun istifadəsi nəticəsində yaranan xərclərin ona yüklənməsi ədalət prinsipinə, həmçinin Konstitusiyanın 29-cu maddəsi ilə təmin edilmiş mülkiyyətin müdafiəsi hüququna ziddir. Bu baxımdan, məhkəmə hesab edir ki, cavabdehlərin qanunsuz yaşayış dövründə istifadə etdikləri kommunal xidmətlər üzrə yaranmış 228.87 manatlıq qaz və 90.66 manatlıq su borcları, ğində kommunal xərclər, Mülki Məcəllənin 1096.1 və 157.5-ci maddələrinin tələblərinə uyğun olaraq, iddiaçının mülkiyyət hüququnun bərpası və çəkdiyi zərərin əvəzinin ödənilməsi məqsədilə cavabdehlərdən tutulmalıdır. Məhkəmə kommunal xərclərlə bağlı tələbin hüquqi təhlilini aparmaqla yanaşı, iddia predmetinin hüdudları məsələsinə də xüsusi diqqət yetirir. Mülki prosessual hüququn əsas prinsiplərindən biri olan dispozitivlik prinsipinə görə, məhkəmə işə yalnız iddiaçı tərəfindən irəli sürülmüş tələbin həcmi ilə məhdud çərçivədə baxa bilər və həmin tələbdən kənara çıxa bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, məhkəmə yalnız işdə iştirak edən şəxslərin iddia və etirazları ilə bağlı məsələlərə baxır, onların iradəsindən kənar qərar qəbul edə bilməz. Həmçinin həmin Məcəllənin 217.2-ci maddəsində göstərilir ki, məhkəmə qətnamə çıxararkən iddia tələbindən kənara çıxa bilməz və yalnız iddiaçının irəli sürdüyü tələbin hüdudları daxilində qərar qəbul edir. İş materiallarından görünür ki, cavabdehlərin qanunsuz sahibliyi dövründə “Azəriqaz” İB üzrə 228 manat 0.87 qəpik, "xxxx" ASC üzrə 90 manat 66 qəpik olmaqla ümumilikdə 319 manat 53 qəpik məbləğində faktiki kommunal borc formalaşmışdır. Lakin bu məbləğ iddia ərizəsində iddiaçı tərəfindən tələb edilən 318 manatla üst-üstə düşür və iddiaçı tələbin həcmini artırmamışdır. Məhkəmə, prinsip etibarilə, işdə toplanmış sübutlara əsasən borcun real məbləğinin iddia tələbində göstəriləndən bir qədər artıq olduğunu görsə belə, məhkəmənin vəzifəsi tələbi artırmaq deyil, yalnız təqdim olunmuş iddianın həcmində qərar qəbul etməkdir. Bu hüquqi yanaşma məhkəmənin tərəflərin yerinə iradə ifadə etməməsi və obyektiv neytrallığı prinsiplərinin təmininə xidmət edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİİ hissəsinə əsasən məhkəmələr ədalət mühakiməsini yalnız qanuna və tərəflərin mənafeyinə uyğun olaraq həyata keçirir. Buradan irəli gəlir ki, məhkəmə iddiaçının tələbindən artıq məbləğdə qətnamə çıxarsa, bu, həm dispozitivlik prinsipinin, həm də tərəflərin bərabərlik və ədalətli məhkəmə araşdırması hüququnun pozulması hesab olunar. Bu səbəbdən, məhkəmə müəyyən etsə belə ki, cavabdehlərin qanunsuz yaşayış dövründə kommunal xərclərin faktiki məbləği iddia ərizəsində göstəriləndən bir qədər artıqdır, iddia tələbinin hüdudlarından kənara çıxmadan yalnız iddiaçının tələb etdiyi 318 manat məbləğində xərclərin tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, həm Mülki Prosessual Məcəllənin 13.1 və 217.2ci maddələrinin, həm də dispozitivlik və ədalət prinsiplərinin tələblərinə uyğun olaraq, borcun faktiki məbləği tələbdən çox olsa belə, məhkəmə iddiaçının iradəsini əvəz etməməli, yalnız tələb olunan 318 manat məbləğində kommunal xərcləri ödənilməlidir. Məhkəmə, İddiaçı cavabdehlərə qarşı qaldırdığı, çıxarışın verildiyi tarixdən – xx.xx.2024-cü ildən etibarən mübahisəli mənzildən istifadəyə görə hər ay 400 manat kirayə haqqı olmaqla ümumilikdə 4000 manat məbləğində pul vəsaitinin tutulması barədə tələb hissəsini araşdıraraq belə qənaətə gəlmişdir ki, iddianın bu hissəsi hüquqi baxımdan “kirayə haqqı” deyil, faktiki olaraq iddiaçının qanunsuz sahiblik nəticəsində əldə edə bilmədiyi gəlir – yəni əldən çıxmış fayda kimi qiymətləndirilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Şirvan şəhəri, Mehdi Hüseynzadə küçəsi, giriş 16 ünvanında yerləşən daşınmaz əmlak üzərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışla təsdiqlənən xüsusi mülkiyyət hüququna malikdir və bu hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçiyə əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu verir. İstifadə hüququ, həmin Məcəllənin 135.12-ci maddəsinə uyğun olaraq, əmlakdan gəlir, fayda və bəhər götürmək imkanını da əhatə edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında mənzilin kirayəyə verilməsini tənzimləyən, qarşılıqlı razılığa əsaslanan və ya hər hansı əvəzli münasibət yaradan müqavilə mövcud deyil. Buna görə də, iddiaçının “kirayə haqqı” kimi təqdim etdiyi aylıq 400 manat məbləğində tələb, əslində, Mülki Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq, hüququ pozulmuş şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlir – yəni əldən çıxmış fayda kimi qəbul edilməlidir. Həmin maddəyə əsasən, zərərçəkmiş şəxs ona dəymiş zərərin əvəzinin tam ödənilməsini, o cümlədən əldən çıxmış faydanın bərpasını tələb edə bilər. Lakin məhkəmə hesab edir ki, mülkiyyətçinin faktiki sahiblikdən məhrum olması halı, avtomatik qaydada hər ay 400 manat məbləğində konkret zərərin dəyməsi anlamına gəlmir. Mülki Prosessual Məcəllənin 9.1 və 9.2-ci maddələrinə əsasən, ədalət mühakiməsi yalnız faktlar əsasında həyata keçirilir və hər bir iddia hüquqi və faktiki sübutlarla əsaslandırılmalıdır. Bu baxımdan, iddiaçı tərəfindən göstərilən 400 manat aylıq məbləğin reallığı, ağlabatanlığı və obyektiv bazar şəraitinə uyğunluğu sübuta yetirilməlidir. Zərərin, o cümlədən əldən çıxmış faydanın məbləği məhkəməyə təqdim edilən sübutlarla təsdiqlənməlidir. İddiaçı tərəfindən mənzilin kirayəyə verilməsi halında əldə edilə biləcək gəlirin ayda 400 manat təşkil etdiyi göstərilsə də, bu məbləğin real bazar qiymətinə uyğunluğu barədə heç bir əsaslandırıcı sənəd təqdim edilməmiş, nə müstəqil qiymətləndirici rəyi, nə də aidiyyəti qurumların məlumatları iş materiallarına əlavə olunmamış, habelə qeyd olunan mülki hüquq pozuntusundan hər ay ziyana düşməsi halına dair faktiki sübutlar göstərilməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.2-ci maddəsi ilə nəzərdə tutulan “əldən çıxmış fayda” yalnız o halda bərpa edilə bilər ki, onun miqdarı obyektiv və yoxlanıla bilən sübutlarla təsdiq edilsin. Bununla əlaqədar, iddiaçının aylıq 400 manat olmaqla ümumilikdə 4000 manat məbləğində kirayə haqqı tələbi subyektiv təxmin xarakteri daşıyır və obyektiv iqtisadi göstəricilərlə əsaslandırılmamışdır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, iddiaçı tərəfindən sübut edilməmiş hallar sübut olunmamış hesab edilir və bu əsasda tələbin təmininə hüquqi əsas yaranmır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən göstərilən aylıq 400 manat məbləğində əldən çıxmış faydanın məbləği sübuta yetirilməmiş, iddia yalnız fərziyyəyə əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 9.1 və 9.2-ci maddələrinə uyğun olaraq, məhkəmə yalnız sübut edilmiş faktlar əsasında qərar qəbul edə bilər. Buna görə də, iddiaçının mənzildən istifadəyə görə hər ay 400 manat olmaqla ümumilikdə 4000 manat məbləğində pul vəsaitinin tutulması barədə tələbi sübut olunmadığından təmin edilməməlidir. Nəticə etibarilə, iddianın bu hissəsi obyektiv sübutlarla əsaslandırılmadığına və iddiaçının üzərinə düşən sübutetmə vəzifəsi yerinə yetirilmədiyinə görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 185 (bir yüz səksən beş) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Əlikürşad oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əlikuşad qızı, Cavabdeh6, Cavabdeh7, X5, Cavabdeh9, Cavabdeh10 və Zəkiyeva X4 şəhəri, M.Hüseynzadə küçəsi, giriş 16 ünvanından çıxarılmaqla, cavabdehlər tərəfindən ünvan 1dan sərbəst istifadə etməsinə hər hansı maneələrin edilməsinin qadağan edilsin və ünvan 1ının iddiaçının sahibliyinə qaytarılsın. Cavabdehlər Cavabdeh1 Əlikürşad oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əlikuşad qızı, Cavabdeh6, Cavabdeh7, X5, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 Rafiq qızından müştərək qaydada vəkilə ödənilən 1000 manat, qaz və suya ödənilmiş ümumi 318 manat və dövlət rüsumunun ödənilməsinə görə 185 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-674/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-674/2025
29.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver