Məhkəmə qərarları › İş №2(032)-675/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-675/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-675/2025 21.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı reqres qaydasında pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cəbrayılov Rövşən Maşallah oğlu ilə "xxxx" ASC arasında bağlanmış FR/00903/10/26 № güzəştli kredit müqaviləsi əsasında Şirvan şəhər 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 8i- 1787 nömrəli icra sənədi üzrə tələbin tərəfindən icra edilmiş 324,28 (üç yüz iyirmi dörd manat iyirmi səkkiz qəpik) manat həcmində hissəsinin, həmçinin bununla bağlı məhkəmədə iddianın qaldırılması üçün ödənilən dövlət rüsumuna ekvivalent məbləğin X2 Maşallah oğlunun vərəsələri olan cavabdehlərdən müştərək qaydada tutulması və xeyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, X2 Maşallah oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/00903/70/26 №-li güzəştli kredit müqaviləsi üzrə restrukturizasiya edilmiş öhdəliyin təminat vasitəsi kimi onunla eyni tarixli, Z - FR/00903/70/26 № -li zaminlik müqaviləsi bağlanmışdır. Sonradan götürülmüş öhdəliklər lazımınca icra edilmədiyi üçün Şirvan şəhər 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə 8İ-5108 Nəli (Cəbrayılov Rövşən Maşallah oğluna münasibətdə) və xx.xx.2021-ci il tarixdə 8İ-1787 Neli (mənə münasibətdə) icra qeydləri aparılmış və icra edilməsi üçün Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Borclu olduğu icra sənədi üzrə tərəfindən ümumilikdə 324.28 (üç yüz iyirmi dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində ödəniş icra edilmiş, xx.xx.2025-ci il tarixdə müvafiq hesab üzrə borc tam olaraq bağlanmışdır. Aşağıda göstərilən əsaslarla hesab edir ki, Cəbrayılov Rövşən Maşallah oğlu ilə "xxxx" ASC arasında bağlanmış FR/00903/70/26 №-li güzəştli kredit müqaviləsi əsasında, Şirvan şəhər 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 81-1787 №-li icra sənədi üzrə tələbin tərəfindən icra edilmiş 324.28 (üç yüz iyirmi dörd manat, iyirmi səkkiz qəpik) manat həcmində hissəsi, həmçinin bununla bağlı məhkəmədə iddianın qaldırılması üçün ödənilən dövlət rüsumuna ekvivalent məbləğ X2 Maşallah oğlunun vərəsələri olan cavabdehlərdən tutulmalı və xeyrinə ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qeydiyyatda olduğu ünvana göndərilmiş, cavabdehlərin həmin ünvanda yaşamamaları səbəbindən bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : "xxxx" ASC ilə cavabdeh Cəbrayılov Rövşən Maşallah oğlu arasında xx.xx.2019-cu il tarixli FR/00903/70/26 saylı güzəştli kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən 05 il müddətinə, illik 1 % ödəmək şərti ilə 1302 manat 01 qəpik məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında xx.xx.2019-cu il tarixli Z-FR/00903/70/26 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Cəbrayılov Rövşən Maşallah oğlu xx.xx.2021-ci ildə vəfat etmişdir. Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-1787 saylı, xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, Şirvan şəhər 1 saylı notarlat ofisinin xüsusi notariusu X1 "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1069, Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi, ev 42 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı (AZE 0*******, xx.xx.2012 – Şirvan; FİN: xxxxxxx; d/t: xx.xx.1961) FR/00903/70/26 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1306 manat 36 qəpik (min üç yüz altı manat otuz altı qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1326 manat 36 qəpik (bir min üç yüz iyirmi altı manat otuz altı) pul tutulsun. Həmin icra qeydi xx.xx.2021 tarixdə aparılmışdır. Hesabdan çıxarış məlumatlarından görünür ki, hesab sahibi Cəbrayılov Rövşən Maşallah oğlunun kredit borcundan 304 manat 28 qəpik ödənilmişdir. "xxxx" ASC-nin İddiaçı ünvanlandığı xx.xx.2025-ci il tarixli 039/2025/ŞRF saylı məktubun surətindən görünür ki, X2 Maşallah oğlunun xx.xx.2019-cu il tarixli FR/00903/70/26 №-li güzəştli kredit müqaviləsi üzrə restrukturizasiya edilmiş öhdəliyinin təminat vasitəsi kimi eyni tarixli, Z - FR/00903/70/26 №-li zaminlik müqaviləsi bağlanmışdır. Sonradan götürülmüş öhdəliklər lazımınca icra edilmədiyi üçün Şirvan şəhər 1 saylı notariat iş ofisində xx.xx.2020-ci il tarixdə 81-5108 №-li (Cəbrayılov Rövşən Maşallah oğluna münasibətdə) və xx.xx.2021-ci il tarixdə 81-1787 №-li (İddiaçı münasibətdə) icra qeydləri aparılmış və icra edilməsi üçün Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Borclu olduğunuz icra sənədi üzrə tərəfinizdən ümumilikdə 324.28 (üç yüz iyirmi dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində ödəniş icra edilmiş, xx.xx.2025-ci il tarixdə müvafiq hesab üzrə borc tam olaraq bağlanmışdır. "xxxx" ASC-nin Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinə xx.xx.2025-ci il tarixli təklifdən görünür ki, Şirvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş 8İ-1787 saylı,xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı "xxxx" ASC-yə olan borcu tam olaraq ödəmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Nümayəndə tərəfindən müştəri Cəbrayılov Rövşən Maşallah oğlunun "xxxx" ASC-yə olan kredit borcundan 304 manat 28 qəpik ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Cəbrayılov Rövşən Maşallah oğlunun "xxxx" ASC-yə olan kredit borcundan 19 manat və 1 manat ödənilmişdir. Şirvan şəhər 1 saylı notarlat ofisinin xx.xx.2025-ci il tarixli 949 saylı məktubundan görünür ki, X2 Maşallah oğlunun adına Şirvan şəhər 1 saylı notariat ofisində xx.xx.2023-cü ildə (iş №33) vərəsəlik işi açılmışdır və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu kimi 30 (otuz) manat məbləğində pul ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, "xxxx" ASC ilə borcalan Cəbrayılov Rövşən Maşallah oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli FR/00903/70/26 saylı güzəştli kredit müqaviləsinə əsasən borcluya 05 il müddətinə, illik 1 % dərəcəsi ilə 1302 manat 01 qəpik məbləğində kredit verilmişdir. Bank of Baku” ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Z-FR/00903/70/26 saylı zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öz üzərinə götürmüşdür. Cəbrayılov Rövşən Maşallah oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Zamin İddiaçı FR/00903/70/26 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1306 manat 36 qəpik (min üç yüz altı manat otuz altı qəpik) pulun tutulmasına dari Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-1787 saylı, xx.xx.2021-ci il tarixli icra qeydi aparılmışdır. Şirvan şəhər 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 8i-1787 nömrəli icra sənədi üzrə tələb İddiaçı tərəfindən icra edilmişdir . Hazırda iddiaçı onun tərəfindən ödənilmiş məbləğin X2 Maşallah oğlunun vərəsələri olan cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Məhkəmə vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Onun ölümündən sonra "xxxx" ASC ilə bağladığı müqavilə üzrə icra etmədiyi öhdəliyi miras passivi olaraq miras qalmışdır. Həmin mirası Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qəbul etmişdir. X2 Maşallah oğlunun "xxxx" ASC qarşısında olan ölhdəliyi zamin İddiaçı tərəfindən tam icra olunduğundan , İddiaçı onun tərəfindən icra edilmiş öhdəliyin X2 Maşallah oğlunun vərəsələri olan cavabdehlərdən müştərək qaydada tutulmasıını tələb etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə iddia tələbini təmin etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1244-cü maddəsinə görə, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 aprel 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit sazişi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit sazişi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı zamin qismində xx.xx.2019-cu il tarixli kredit və zaminlik müqavilələri üzrə yaranmış öhdəliyin icrası üçün 324 (üç yüz iyirmi dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pulun ödənilməsi təqdim edilmiş sübutlarla tam hissədə təsdiq olunduğundan, miras qoyan Cəbrayılov Rövşən Maşallah oğlunun "xxxx" ASC-yə xx.xx.2019-cu tarixli FR/00903/70/26 nömrəli kredit müqaviləsinə əsasən 324 (üç yüz iyirmi dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcu onun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı verilməli, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 360-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 324 (üç yüz iyirmi dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar