Məhkəmə qərarları › İş №2(032)-730/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-730/2024

08.07.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-730/2024 08.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (Maraqlı şəxs) şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X2nın ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 xx.xx.1982-ci il tarixində Əli Bayramlı şəhərində anadan olmuşdur. Əli Bayramlı şəhərində valideynləri ilə birlikdə yaşamış, Əli Bayramlı şəhərində yerləşən Pedaqoji Texnikomda rəssamlıq ixtisası üzrə 3-cü kursadək təhsil almışdır. X2 xx.xx.2003-cü il tarixində saat 15:00 radələrində evdən çıxmış və bir daha evə qayıtmamışdır. Bunula bağlı hüquq mühafizə orqanlarına məlumat verilmiş, X2nın itkin düşməsi ilə bağlı Şirvan şəhər prokurorluğunda ********* saylı cinayət işi başlanılmışdır. Lakin keçən 23 il ərzində heç bir nəticə əldə edilməmiş, bacısından bu günədək heç bir xəbər alına bilinməmişdir. Valideynləri, X3 xx.xx.2008-ci il tarixdə, anası X10 xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. Vərəsə kimi valideynlərindən miras qalmış ünvan 1 ünvanda yerləşən mənzili öz adına sənədləşdirmək istəyir, lakin X2 itkin düşdüyündən bunu etmək mümkün olmur. Ərizəçi İddiaçı ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, X2 20 ildən artıqdır ki, itkin düşmüşdür. Bu barədə müvafiq orqanlara müraciət etsələr də, X8 indiyədək tapılmamışdır. Hazırda mənzilə dair müəyyən sənədləşdirmə işlərinin aparılmasında çətinliklə üzləşmişdir bu səbəbdən də, ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və təqdim olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1982-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuşdur. X3, anası X6r. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Əli-Bayramlı şəhər prokuroruna ünvanlanmış 28 iyun 2005-cü il tarixli məktubundan göstərilmişdir ki, T.Vahidovanın qızının itkin düşməsi barədə ərizəyə baxılıb tədbir görülməsi tapşırılmışdır. Əli-Bayramlı şəhər Polis şöbəsinin X7 ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubunda göstərilmişdir ki, Kəminə Vahidovanın yerini müəyyən edib tapılması məqsədi ilə axtarış tədbirləri davam etdirilir. Barəsində axtarış işi açılmaqla “ Dövlətlərarası” axtarış da elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X7 ünvanlanmış xx.xx.2008-ci il tarixli məktubunda göstərilmişdir ki, itkin düşmüş qızı Vahidova Kəminənin tapılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı ərizəyə tərəflərindən baxılmış və müvafiq tədbirlərin görülməsi üçün Şirvan Şəhər Polis Şöbəsinə göndərilmişdir. Ərizədə göstərdiyi hər bir faktın hərtərəfli araşdırılması üçün tərəflərindən Şirvan ŞPŞ-yə konkret göstərişlər verilmiş, icrası nəzarətə götürülmüşdür. Görülmüş işlər barədə Şirvan Şəhər Polis Şöbəsi tərəfindən əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikasının insan Hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) aparatının X7 ünvanlanmış 01 iyul 2011-ci il tarixli məktubunda göstərilmişdir ki, K.Vahidovanın ilkin düşməsi ilə əlaqədar Şirvan şəhər Polis şöbəsi tərəfindən 05 dekabr 2003-cü il tarixdə axtarış işi başlanmış və onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. K.Vahidovanın cinayətin qurbanı olması ehtimalı nəzərə alaraq fakt üzrə cinayət işinin başlanması məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X7 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, qızı Kəminə Vahidovanın xx.xx.2003-cü il tarixdə itməsi ilə bağlı Şirvan şəhər polis şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizə əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, həmin faktla bağlı Şirvan şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və hal-hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Odur ki, Şirvan şəhər polis şöbəsində toplanmış material aidiyyəti üzrə Şirvan şəhər prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikasının Baş X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 04/15610 nömrəli məktubunda göstərilmişdir ki, qızı X5 23 noyabr 2003-cü il tarixdə itkin düşməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqının qeyriobyektiv aparılması barədə Baş Prokurorluğa daxil olmuş müraciətə baxılmışdır. X5 itkin düşməsi faktı ilə əlaqədar 04 dekabr 2011-ci il tarixdə Şirvan şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq apaılmışdır. Cinayət işinin istintaqı zamanı qızı Kəminə Vahidovanın olduğu yerin və harada olması ilə bağlı bütün zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilmiş, sorğular vermiş və çox saylı şahidlər dindirilmiş, lakin zəruri istintaq hərəkətlərinin keçirilməsinə baxmayaraq qızınızın olduğu yer müəyyən edilmədiyindən 29 fevral 2012-ci tarixdə Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. Həmin qərar 16 avqust 2022-ci il tarixdə Şirvan şəhər prokuroru tərəfindən ləğv edilmiş, iş üzrə əlavə istintaq aparılaraq bir sıra zəruri istintaq hərəkətləri yerinə yetiriimış və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən 01 sentyabr 2022-ci il tarixli qərarla dayandırılmışdır. Hazırda qızı Kəminə Vahidovanın olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Prokurorluğunun Şirvan şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, X5 xx.xx.2003-cü il tarixdə saat 15:00-da itkin düşməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda 02 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılmış, istintaq zamanı X5 olduğu yeri və ya intihar edəcəyi təqdirdə meyitini aşkar etmək mümkün olmadığından 01 sentyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də məhkəmə hesab edir ki, 14 mart 1982-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş X5 barəsində iyirmi ildən artıq müddət ərzində məlumatın olmaması, ərizəçinin və ailəsinin onun axtarışı üçün müraciət etdiyi müvafiq qurumların apardığı tədbirlərin nəticəsiz qalması ərizəçinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, X5 ölüm günü qətnamə qanuni qüvvəyə mindiyi vaxt sayılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 mart 1982-ci ildə Əli Bayramlı şəhərində anadan olmuş X8 ölmüş elan edilsin. X5 ölüm günü qətnamə qanuni qüvvəyə mindiyi vaxt sayılsın. Qətnamə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar