Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-736/2024 04.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçılar X11 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mərhum ataları Yusif Orucovla mərhum anaları X4 ilə birgə nikah dövründə əldə etdikləri Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, 8 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda olan 1/5 hissədə payının 12000 manata cavabdeh tərəfindən alınması, bu mümkün olmadıqda mənzilin açıq hərraca çıxarılaraq satılması və əldə ediləcək məbləğin paylara müvafiq olaraq cavabdehlə aralarında bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları Yusif Orucovla mərhum anaları X4 ilə birgə nikah dövründə əldə etdikləri Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, 8 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda olan 1/5 hissədə payının ona və 1/5 hissədə payın bacısı İddiaçı2 hər birinə ayrı-ayrılıqda 12000 manat cavabdeh tərəfindən alınması, bu mümkün olmadıqda mənzilin açıq hərraca çıxarılaraq satılması və əldə ediləcək məbləğin paylara müvafiq olaraq cavabdehlə aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anaları Əhmədağa qızı mərhum ataları ilə boşanandan sonra mərhum anaları Şirvan səhəri, T.İsmayılov küçəsi, ev 27Q, mənzil 8-də yerləşən mənzil mərhum X4 almış və həmin evə çıxarış verilmişdir. Mərhum ataları Yusif Orucov analarından boşanandan sonra X7, qardaşı Yunus Orucov və digər qardaşı Cavabdeh ataları Yunis Orucovla, İddiaçı2 anaları Turə ilə qalmışdır. Qardaşı ilə atasına məxsus Sabirabad rayonunun, Dadaşbəyli kəndində yaşamış, bacılar isə anasına məxsus ünvan 3, mənzil 8-də yaşamışlar. Bacısı İddiaçı2 Yüsf qızı ailə qurduqdan sonra yaşadığı yerə qeydiyyata düşmüşdür. Cavabdeh Ehtibar anasına məxsus evdə yaşamamış, lakin Ehtibar xx.xx.2015-ci il tarixdə anası vəfat edən günü gəlmişdir. Analarının hüzürünü yola verib səhəri gün cavabdeh Ehtibar onları yaşadıqları evə buraxmadı. Hətda onlar bacı və qardaşlarına mərhum analarının 40 məclisində öz evlərində keçirtməyə imkan vermədi. Cavabdeh onu və bacısı İddiaçı2 həmin mənzildə yaşamağa qoymamışdır. Sonradan evə köçürülmə ilə bağlı Şirvan şəhər məhkəməsində iddia qaldırmışlar, Şirvan şəhər məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaları tam təmin edilmişdir. Şirvan şəhər Məhkəməsinin qətnaməsi ilə onun, bacısı İddiaçı2 və qardaşı X3 mərhum ataları Yusif Orucov mərhum anaları X1 birgə nikah dövründə əldə etdikləri Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, 8 saylı mənzilinə dair paylar İddiaçı1, X6, qardaşı X3 hər birinə 1/5 hissədə müəyyən edilmişdir. Bununla bağlı mülkiyyət hüququ müvafiq çıxarışla qeydə alınmışdır. Qeyd etmək istəyir ki, hal-hazırda cavabdeh qardaşları Cavabdeh ilə mülkiyyətlərində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, 8 saylı mənzildə yaşamaqları qeyri-mümkündür. Bu səbəbdən də qeyd edilən mənzilin hərraca çıxarılaraq satılması və əldə ediləcək məbləğin paylara uyğun olaraq cavabdehlə aralarında bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzil ilə bağlı artıq ekspert rəyi mövcuddur, yəni evin naturada bölünməsi mümkün deyil. Cavabdeh isə 1/5 hissədə payından ona 12000 manat verməsinə isə razı deyil. Bu səbəbdən də mənzilin hərracda satılmaqla ona düşən payın ödənilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, tərəfindən evin qiymətləndirilməsinin nəticəsi olaraq müəyyən edilmiş məbləğin 1/5 paya münasibətdə, yəni 10900 manat pulun digər iddiaçı olan İddiaçı2 kompensasiya ödənilməsinə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş X1 vərəsələri Şirvan şəhəri Mehmandarov küçəsi 62 saylı evdə qeydiyyatda olan İddiaçı2dır və o miras əmlakdan 1/5 hissədə pay almalıdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-432/2022 saylı, 31 may 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X7, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, mənzil 8 (yeni qaydalarla Şirvan şəhəri, T.İsmayılov küçəsi 273, M4, 2) saylı mənzilə köçürülməsi barədə iddia ərizəsi təmin edilərək, X7, İddiaçı1 və Əfkari X10 şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, mənzil 8 (yeni qaydalarla Şirvan şəhəri, T.İsmayılov küçəsi 273, M4, 2 saylı) mənzilə köçürülməsi, Cavabdeh iddiaçılar X5, X9, İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı miras qalmış Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, 08 saylı mənzil üzrə verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, vərəsəlik paylarının müəyyən edilməsi, miras əmlak üzrə edilən yaxşılaşdırma işlərinə görə vərəsəlik payının artırılması və ya çəkilmiş 22000 manat məbləğində xərcin iddiaçılar tərəfindən paylarına uyğun şəkildə ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, ev 27Q, 8 saylı mənzil 1/5 hissədə İddiaçı1, 1/5 hissədə İddiaçı2, 1/5 hissədə X3 payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır, mənzilə dair 2/5 hissədə pay açıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3830-9/4086 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Şirvan şəhəri, T.İsmayılov küçəsi 27Q saylı evin 8 saylı (yeni qaydalarla: AZ 1800, Şirvan şəhəri, T.İsmayılov küçəs 273, M4, m2) mənzilin paylı mülkiyyətçilərin (Dövlət reyestrindən verilmiş **********0105101-093007 nömrəli çıxarışa əsasən) paylarına uyğun naturada istifadələrinə ayrılması texniki cəhətdən mümkün deyildir. 2-ci sual üzrə: - 1400 Şirvan şəhəri, T.İsmayılov küçəsi 27Q saylı evin 8 saylı (yeni qaydalarla: AZ 180 (Şirvan şəhəri, T.İsmayılov küçəsi 273, M4, m2) mənzilinin hazırki orta bazar qiymətlərin uyğun ümumi dəyəri təqribən 54500,0 manat məbləğində müəyyən edilir. İş materialarında olan hədiyyə verən X13 və X7 ilə hədiyyə alan Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2024-cü il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, ev 27Q, mənzil 8 (Yeni qaydalarla: AZ 1800, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m olan mənzili paylı mülkiyyət üzrə onlara məxsus (1/5) ümumilikə (2/5) hissəsindən hədiyyə alanın mülkiyyətinə vermişdir. İş materialarında olan hədiyyə verən İddiaçı1 ilə hədiyyə alan Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, hədiyyə verən Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, ev 27Q, mənzil 8 (Yeni qaydalarla: AZ 1800, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m olan mənzili paylı mülkiyyət üzrə ona məxsus (1/5) hissəsindən hədiyyə alanın mülkiyyətinə vermişdir. İş materialarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mərhum ataları Yusif Orucovla mərhum anaları X4 ilə birgə nikah dövründə əldə etdikləri Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, 8 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda 1/5 hissədə payının ona və 1/5 hissədə payın bacısı İddiaçı2 hər birinə ayrı-ayrılıqda 12000 manat cavabdeh tərəfindən alınması, bu mümkün olmadıqda mənzilin açıq hərraca çıxarılaraq satılması və əldə ediləcək məbləğin paylara müvafiq olaraq cavabdehlə aralarında bölünməsi tələbinə dair iş üzrə icraata hissəvi, yəni İddiaçı1 aid hissədə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2). Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (maddə 213.3). Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5). Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (maddə 220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220.6). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qərarda həmçinin qeyd edilmişdir ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Beləliklə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Mübahisə predmeti olan mənzilin naturada bölünməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən iş üzrə kompleks məhkəmə əmtəəşünaslıq və məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, mübahisəli mənzilin faktiki vəziyyəti üzrə tərəflər arasında 1/5 hissədə paylara uyğun qaydada naturada bölünməsinin mümkün olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyində ekspert bunu onunla əsaslandırmışdır ki, tədqiq olunan tədqiq olunan mənzilin planlı yerləşməsini, o cümlədən 5 mərtbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşməklə, faktiki 3 yaşayış otağından, 1 sanitar qovşağından və 1 mətbəxdən ibarət olduğunu, mənzilə yalnız bir giriş-çıxış qapısı olduğunu, mənzilin tərkibindəki ayrı-ayrı otaqların sahəsinin paylara uyğun olmadığını, həmçinin tədqiq olunan mənzilin təcrid mənzil kimi yalnız bir ailənin yaşaması üçün layihələndirildiyini nəzərə alaraq, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 27Q saylı evin 8 saylı (yeni qaydalarla: AZ 1800, Şırvan şəhəri, T.İsmayılov küçəsi 273, M4, m2) mənzilin paylı mülkiyyətçilərin (Dovlət reyestrindən verilmiş **********01-05101-093007 nömrəli çıxarışa əsasən) paylarına uyğun naturada istifadələrinə ayrılması texniki cəhətdən mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, 8 saylı mənzilin paylara uyğun bölgüsü mümkün olmadığından mənzilin naturada bölünməsi hissəsində iddia tələbi təmin edilməməlidir. İddia tələbinin paylı mülkiyyətdə olan əmlakın 1/5 hissədə payının 12000 manata cavabdeh tərəfindən alınması hissəsinə münsaibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh Orucov X8 şəhəri, T.İsmayılov küçəsi ev 27Q, 8 saylı mənzildəki payına görə İddiaçı2 12000 manat kompensasiya ödənilməsinə razı olmadığını bildirmişdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçi tərəfindən kompensasiya ödənilməsinə yalnız onun öz razılığı ilə yol verildiyindən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh iddiaçıya 12000 manat kompensasiya verilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi mübahisəli əmlakın naturada bölünməsi, həmin əmlakın payçıları tərəfindən digər payçıya kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mümkün olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı növbəti mərhələ - əmlakın hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi mərhələsinə keçilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə predmeti olan mənzilin satılması və əldə olunmuş məbləğin aralarında paylarına uyğun olaraq bölüşdürülməsi barədə tərəflər qarşılıqlı razılığa gələ bilmədikdə, həmin mənzilin satılaraq əldə olunmuş gəlirin paylara uyğun olaraq bölünməsi ilə bağlı məhkəməyə müraciət edə və ya öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi, yəni cavabdeh tərəfindən ona ödənilməsini tələb edə bilər. Məhkəmə, tərəflərin paylı mülkiyyətində olan mənzilin naturada bölünməsinin mümkün olmadığını, iddiaçı tərəfin kompensasiya ödənilməsi ilə bağlı təklifinə cavabdeh tərəf razı olmadığından, eyni zamanda iş üzrə sübutlarla onların kompensasiya vermək imkanlarının olmasının təsdiq olunmadığını nəzərə alaraq, iddiaçının əmlakın məhkəmə qərarı əsasında hərracdan satılmasını tələb etməkdə haqlı olduğu nəticəsinə gəlir və hesab edir ki, tərəflərin paylı mülkiyyətdə olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27Q, 8 saylı mənzili hərraca çıxarılmalı, ev satıldıqdan sonra əldə olunan məbləğ tərəflər arasında paylarına mütənasib şəkildə bölünməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Məhkəmə, bununla yanaşı onu qeyd etməyi zəruri sayır ki, tərəflərin paylı mülkiyyətində olan mənzilin qiymətləndirilməsi icra icraatı qaydasında həll edilməli məsələ olduğundan, iddia qalan hissədə rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 200 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza xərcinin 100 manatı cavabdehə aid edilməli, 100 manatı isə İddiaçı2 aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən (ümumi sahəsi 66.8 kv.m., yaşayış sahəsi 42.2 kv.m. olan) 8 saylı mənzil açıq hərraca çıxarılaraq satılsın. ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilin açıq hərracdan satışından əldə olunan vəsait tərəflərin paylarına mütənasib surətdə (1/5-4/5 hissədə) bölüşdürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 100 manatı İddiaçı2, 100 manat isə Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-736/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-736/2024
04.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver