Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-74/2025 10.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı Şirvan şəhəri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən inşa edilmiş tikililər sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmaqla Şirvan şəhəri İddiaçı ehtiyat fonduna qaytarılması tələbinə dair iddia ərizəsinə məhkəmə hazırlıq iclasında Şirvan şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Şirvan şəhəri İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 tərəfindən özbaşına zəbt edilmiş torpaq sahəsində inşa edilmiş tikililər sökülməklə , torpaqa sahəsinin əvvəlki vəziyyətinə qaytarılmaqla bələdiyyənin ehtiyat fonduna qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki , Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini cənab M.Mustafayevin imzası ilə Şirvan şəhəri İddiaçınə rəsmi məktub daxil olmuşdur. Həmin məktubda Şirvan şəhəri, M.Qədirov küçəsində Cavabdeh2 və onun oğlu Cavabdeh1 tərəfindən qeyri qanuni, heç bir sənədləşmə aparılmadan ev tikinti işlərinin aparılması və tədbir görülməsi bildirilir. Bildirilir ki, Şirvan şəhər İcra Hakimiyyəti yanında “Özbaşına tikililərə qarşı mübarizə və məhkəmədən kənar torpaq mübahisələrinin həlli üzrə komissiya” tərəfindən özbaşına fərdi yaşayış evinin inşasının dayandırlması və torpaq sahələrinin əvvəlki vəziyyətinə qaytarıması ilə bağlı Cavabdeh2 bildiriş - tövsiyyə verilmiş X2 və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə Şirvan şəhər İcra Hakimiyyət tərəfindən məktublar göndərilmişdir. O cümlədən, Şirvan şəhər İcra Hakmmiyyəti tərəfindən Şirvan şəhər Polis şöbəsi inzibatı xəta haqqında protokoluna əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və Cavabdeh2 300 (üç yüz) manat cərimə olnumuşdur. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iddiaçı Şirvan şəhəri İddiaçı hüquqi ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq , iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsində qeyd olunmuş ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-cu, 263-cü, 264-cü, 268-ci maddələrini rəhbər tutaraq , məhkəmə qərara aldı : İddiaçı Şirvan şəhəri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən inşa edilmiş tikililər sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmaqla Şirvan şəhəri İddiaçı ehtiyat fonduna qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-74/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-74/2025
10.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver