Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-76/2025 17.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi , Ərizəçi, vəkili “Leqal Servis” Vəkil Bürosunun вякилi Vəkil iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək ona məxsus olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.1965-ci il tarixli 156 nömrəli aktla dövlət qeydiyyatına alınaraq xx.xx.1971-ci il tarixdə verilmiş AЗВ 135278 saylı doğum haqqında şəhaədtnaməyə uyğun olaraq barəsində soyadı qrafasında “İbrahimov”, adı qrafasında “ İlxan” , atasının adı qrafasında “ Aydın” , doğum tarixi qrafasında “xx.xx.1964-cü il” doğulduğu yer qrafasında “Bakı şəhəri”, bu barədə doğum haqqında akt qeydləri kitabında 1965-ci ilin oktyabr ayının 15 günündə 156 nömrə ilə qeyd edilmiş, Atası qrafasında “boş”, atasının milliyyəti qrafasında “boş” , anası qrafasında “X14” , anasının milliyəti qrafasında “azərbaycanlı” məlumatları göstərilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi və şəxsiyyət vəsiqəsi olmadan yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Maraqlı şəxs (əvvəlki Oktyabr rayon VVAQ) tərəfindən xx.xx.1965-ci il tarixli 156 nömrəli aktla dövlət qeydiyyatına alınaraq ona xx.xx.1971-ci il tarixli A3B № 135278 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Doğumu haqqında verilmiş şəhadətnamədə doğum tarixi xx.xx.1964-ci il, doğum yeri Bakı şəhəri, tam adı Ərizəçi, anasının adı X14, anamın milliyyəti azərbaycanlı yazılmış, ata haqqında məlumatlar qrafası (valideynlərinin nikahı olmadığı üçün) boş saxlanılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ******* №-li Arayışla onun Azərbaycan Respublikasının vətəndaşı olmağı müəyyən edilmişdir. Lakin indiyədək Azərbaycan Respublikasının vətəndaşı üçün müəyyən edilmiş formada şəxsiyyət vəsiqəsi ala bilmir. Belə ki, bir müddət öncə şəxsiyyət vəsiqəsi almaq üçün ASAN Xidmət Mərkəzinə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, doğum haqqında akt qeydi "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində mövcud deyil. Bundan sonra doğum haqqında akt qeydinin informasiya sisteminə daxil edilməsindən ötrü doğum haqqında şəhadətnamə vermiş Bakı şəhəri Maraqlı şəxsnə etdiyi müraciətə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli 316- 5/8-15-834/24 saylı məktubla bildirilmişdir ki, doğum haqqında akt qeydi şöbənin arxivində və vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində aşkar edilməmişdir və ona şəxsiyyətin müəyyən edilməsi və şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Sonradan Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək onun barəsində doğumun qeyd edilmə faktının müəyyən edilməsi, "Soyadı" qrafasında "İbrahimov", "Adı" qrafasında "İlxan", "Atasının adı" qrafasında "Aydın", "Doğum tarixi" qrafasında “xx.xx.1964-cü il”, "Doğulduğu yer" qrafasında "Bakı şəhəri", "Atası" qrafasında "boş","atasının milliyyəti" qrafasında “boş”, “Anası" qrafasında "X10", "Anasının milliyyəti" qrafasında “azərbaycanlı" məlumatları göstərilməklə doğum haqqında şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan verilməsi öhdəliyinin maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahidin ifadələrini, vəkilin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır . Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, Ərizəçi onun bibisi oğlu, o Bakı şəhərində 16 iyun 1964-cü il tarixdə doğulmasını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib bildirdi ki, Ərizəçi onun qohumudur, onun Bakı şəhərində 16 iyun 1964-cü il tarixdə doğulmasına dair məlumatı olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verib bildirdi ki, ərizəçi onun həyat yoldaşıdır. Onlar 2001-ci il tarixdə nikahlarını bağlamışlar. Birgə nikahdan bir övladları vardır. Bakı şəhərində 17 il qabaq tanış olmuşlar. Ərizəçi olan həyat yoldaşı Bakı şəhərində 16 iyun 1964-cü il tarixdə doğulmasını təsdiq edərək onun valideynlərindən anasın tanımış, atasını isə heç vaxt görmədiyini əlavə olaraq bildirdi. Uzun müddət Ukrayna Respublikasında yaşamışlar. Hal-hazırda Şirvan şəhərində yaşayırlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında AZB 135278 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 16 iyun 1964-cü ildə Azərbaycan SSR-ı Bakı şəhərində doğulmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1965-ci ilin oktyabr ayının 15-də 156 nömrə ilə qeyd edilmişdir. Atasının familiyası - və adı və atasının adı -,milliyyəti-, anası familiyası- adı və atasının adı X14, milliyyəti azərbaycanlı, Bakı şəhəri Oktyabr rayonu ZAQS-da qeyd edilmiş, Şəhadətnamə 05 aprel 1971-ci il tarixdə verilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 16 iyun 1964-cü ildə doğulmuş, doğulduğu yer Azərbaycan Respublikası Bakı şəhəri və vətəndaş X2 01 mart 1971-ci ildə doğulmuş, doğulduğu yer Azərbaycan Respublikası Sabirabad rayonu Vladimirovka kəndi 05 noyabr 2001-ci il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2001-ci ilin noyabr 05 günündə 10 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 14 avqust 2024-cü il tarixli məktubundan görünür ki, doğum haqqında şəhadətnamə xx.xx.1965-ci il tarixdə 156 saylı akt Maraqlı şəxs tərəfindən qeydə alınmış və AЗБ135278 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Lakin doğum haqqında akt qeydi Yasamal rayonu qeydiyyat şöbəsində və “Vətəndaşlıq vəziyyəti akt”larının reyestri xidmətində aşkar edilməmişdir. Şəxsiyyəti təsdiq edən sənədi təqdim etmədiyi üçün doğum haqqında şəhadətnamənin bərpa edilməsindən imtina edilmişdir. Maraqlı şəxs şəxsiyyətin müəyyən edilməsi və şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 fevral 2023-cü il tarixli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair Arayışın surətindən görünür ki, 16 iyun 1964-cü il təvəllüdlü Ərizəçi 50067/m nömrəli, 14 fevral 2023-cü il tarixli müraciətinə baxılaraq onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin təsdiq edilmiş Forma № 1-in surətindən görünür ki, 16 iyun 1964-cü ildə Azərbaycan SSR-ı Bakı şəhərində anadan olmuş, azərbaycanlı, atası İbrahimov Aydın, anası X15 AЗБ 135278 saylı Bakı şəhəri Oktyabr rayonu ZAQS-da qeyd edilmiş, 05 aprel 1971-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamə əsasında pasport verilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X13 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 27 avqust 2024-cü il tarixli arayışın surətindən görünür ki, X1 şəhəri Xaqani küçəsi ev 5, mənzil 52-də ailə üzvü 1964-cü il təvəllüdlü Ərizəçi ilə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının arxivinin 27 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Araşdırma zamanı Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Maraqlı şəxs arxivində saxlanılan ilkin akt qeydləri üzrə axtarış aparılarkən 1965-ci ildə 156 nömrəli doğum haqqında akt qeydinin 15 oktyabrda deyil, 10 yanvar tarixində, eləcə də xx.xx.1971 -ci ildə 156 nömrəli doğum haqqında akt qeydinin başqa şəxslərin adına tərtib olunduğu aşkar olunmuşdur. Həmçinin 1965-ci ildə Maraqlı şəxsndə tərtib olunmuş doğum haqqında bərpa akt qeydi kitabları qeydiyyat şöbəsində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində mövcud olmadığından 156 nömrəli doğum haqqında bərpa akt qeydinin kimin adına tərtib olunduğunu müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı bildirilib ki, A3B seriyalı 135278 nömrəli doğum haqqında şəhadətnamənin xx.xx.1971-ci ildə Maraqlı şəxs istifadəsinə verildiyi məlum olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının arxivinin 17 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1965-ci il, xx.xx.1965ci il və xx.xx.1971-ci il tarixli 156 nömrəli doğum haqqında akt qeydlərinin kimlərin adına tərtib olunması barədə məlumatın istənilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Bildirilib ki, Maraqlı şəxs xx.xx.1965-ci il tarixli 156 nömrəli doğum haqqında akt qeydi xx.xx.1964cü il təvəllüdlü X5iunun, xx.xx.1971 -ci ii tarixli 156 nömrəiı doğum haqqında akt qeydi isə xx.xx.1971 -ci il təvəllüdlü X3 adına tərtib edilmişdir.Maraqlı şəxsndə 15 10.1965-ci ildə 156 nömrəli doğum haqqında akt qeydi tərtib olunmamışdır Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadələri və işin materialları ilə Ərizəçi xx.xx.1964-cü il tarixdə Azərbaycan SSR-ı Bakı şəhərində anadan olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi gələcəkdə Azərbaycan Respublikasının vətəndaşına lazımi sənədlərin alınması və mühüm əhəmiyyət kəsb edən məsələlərin həlli ilə bağlı onun doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum akt qeydini başqa qaydada bərpa edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1964-cü il tarixdə Azərbaycan SSR-ı Bakı şəhərində doğulması, ərizəçinin izahatı ilə yanaşı şahidlərin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə bu hissədə təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qalan hissədə məhkəmə səlahiyyətinə aid olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydləri kitabında ana qrafasında “X10”, ata qrafası “boş” qeyd olunmaqla 16 iyun 1964-cü il tarixdə Bakı şəhərində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-76/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-76/2025
17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver