Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-762/2023 12.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməsi ilə ölümün qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Şirvan şəhəri, 1 May küçəsi 6 saylı evdə yaşayan X5 12 noyabr 1995-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, X6 atası, X9 isə anasıdır. Onlar 193cı il tarixdə nikahlarını qeyd etdirməklə ailə qurublar, onların dörd övladları olmuşdur. X11 1938-ci ildə anadan olub, vəfat edib. X7 1949-cu il tarixdə anadan olub. X12 1951-ci ildə anadan olub, vəfat edib. X10 1955-ci ildə anadan olub, ailəlidir. X3 1911-ci il tarixində anadan olub, 1965-ci il tarixində vəfat edib. X4 1916-cı il tarixində anadan olub. 12 noyabr 1995-ci il tarixində vəfat edib. Onları el adəti ilə Şirvan şəhər qəbirstanlığında dəfn etmişlər. Başları yas mərasiminə qarışdığına görə X4nın ölümü barədə həkim arayışı olmadığına görə ölüm şəhadətnaməsi ala bilməmişlər. Hal-hazırda evin sənədləri anasının adına olduğuna görə lazımi sənədlərin alınmasında çox çətinlik çəkir. Sənədləri öz adına ala bilmir. Ölüm şəhadətnaməsinin alınması barədə Maraqlı şəxsnə müraciət etmişdir. Ordan rəsmi cavab olaraq bildirdilər ki, həkim arayışı olmadığına görə ölüm haqqında şəhadətnamə verə bilmirlər. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və təqdim olunmuş sənədləri və sübutları nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15M-163/2-06/2023 saylı məktubundan görünür ki, 1995-ci ildən xx.xx.2023-cü il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar yoxlanılmış və X8 adlı şəxsin ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Qəbirüstü abidənin fotoşəkillərində 1916-1995-ci il təvəllüdlü X2 məxsus olması yazılan qəbr daşı əks olunub. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Şirvan şəhəri “Samir-97” firmasının təsdiq etdiyi arayışdan görünür ki, X8 1916-cı il tarixində anadan olub və 1995-ci ildə Şirvan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-228/2023 saylı məktubuna əsasən X8 adlı şəxsin ana qismində tərtib olunmuş Sabirabad rayon Çölbeşdəli kənd İƏN xx.xx.1955-ci il tarixli, 54 saylı doğum haqqında akt qeydi məhkəməyə təqdim olunmuşdur. Şirvan şəhəri KMK sahə rəisinin möhür və imzası ilə tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X1 şəhəri, 1 may küçəsi, ev 6 ünvanında vəfat etdiyini ünvan 2 şəhəri, 1 May küçəsi ev 26 ünvanında yaşayan B.H.Səfərov, ünvan 4 qonşu qismində təsdiq edirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X21 uzun müddət ərizəçi ilə qonşu olduqlarını, ailəvi yaxşı münasibətdə olduqlarını, ərizəçinin X4nın 12 noyabr 1995-ci ildə Şirvan şəhərində qocalıb vəfat etdiyini və onun dəfn mərasimində iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ərizəçini 50 ildən artıq müddət ərzində tanıdığını, yaxın dost yoldaş münasibətində olduqlarını, ərizəçinin X4nın evdar xanım olmasını və 1995-ci ildə Şirvan şəhərində qocalıb vəfat etdiyini, onun dəfn mərasimində iştirak etdiyini bildirmişdir. ünvan 1 ünvanına dair verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə dair pasporta əsasən X8 həmin ünvanda yerləşən evin sahibi kimi göstərilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8 maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. 308 və 311-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə X5 xx.xx.1995-ci ildə Şirvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X5 12 noyabr 1995-ci il tarixində Şirvan şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X5 ölümü barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-762/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-762/2023
12.06.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver