Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-769/2024 11.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə , İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Şirvan meşəbəylinin 21-ci kvartalının 3-cü dolayında özbaşına tutduğu (zəbt etdiyi) 5 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçınə təhvil verilməsini tələb etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 3 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Şirvan meşəbəyliyinin ərazisində meşə fondu torpaqlərının təyinatından kənar istifadə halları yoxlanılarkən Şirvan şəhər sakini Cavabdeh tərəfindən Şirvan meşəbəyliyinin 3 saylı meşə dolayından 21-ci kvartalında 5 ha torpaq sahəsində qeyri-qanuni olaraq kənd təsərüfatı məhsulları əkmişdir. Həmin fakt əsasında Seidağa Rəhimzadənin, Əhəd Möbalıyev, Fəti Məmmədov və Şamo Həsənovun iştirakları ilə xx.xx.2023-cü il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin kordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adı çəkilən sahənin könüllü boşaldıması barədə onun ünvanına xx.xx.2023-cü il tarixli 3-14-27-03/2-N-098-3/2023 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırkı vaxta kimi boşaldılmamışdır. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi X1 ərizə verərək iddia ərizəsinin geri qaytarılması xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsində hazırda əkin işləri məşğul deyil, o torpağa dair hər hansı hüquqmüəyyənedici sənədi və hər hansı iddiası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 saylı Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı nümayəndəsi X1 iddia ərizəsinin geri qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-cü, 264-cü, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın . Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-769/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-769/2024
11.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver