Məhkəmə qərarları › İş №2(032)-783/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-783/2025

10.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-783/2025 10.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq və əmlak vergi borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evə görə 2020-ci ildən 2021-ci ilə qədər 100 manat torpaq və əmlak vergisinin tutulması barədə Şirvan şəhər Məhkəməsinin 2(032)-939/2021 saylı, 18 iyun 2021-ci il tarixli məhkəmə əmri verilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-939/2021 saylı, 18 iyun 2021-ci il tarixli məhkəmə əmrinin surəti poçt vasitəsi ilə borclu Cavabdeh yaşadığı ünvan 2 ünvanına göndərilmiş, “qapı bağlıdır” qeydi ilə zərf geri qaytarılmışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-939/2021 saylı, 18 iyun 2021-ci il tarixli məhkəmə əmri icra edilməsi üçün 23 iyul 2021-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmiş, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən 11 avqust 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Cavabdeh Şirvan şəhər Məhkəməsinin 2(032)-939/2021 saylı, 18 iyun 2021-ci il tarixli məhkəmə əmrinin surətinin ona rəsmi şəkildə verilməsinə dair ərizəsi Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. Şirvan şəhər Məhkəməsinin 2(032)-939/2021 saylı, 18 iyun 2021-ci il tarixli məhkəmə əmrinin surəti 03 mart 2025-ci il tarixdə borclu Cavabdeh təqdim edilmişdir. 03 mart 2025-ci il tarixdə borclu Cavabdeh qeyd edilən məhkəmə əmrindən vermiş olduğu etirazı məhkəməyə daxil olmuş, Şirvan şəhər Məhkəməsinin 13 mart 2025-ci il tarixli qərardadı ilə etiraz təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin 2(032)-939/2021 saylı, 18 iyun 2021-ci il tarixli məhkəmə əmri ləğv edilmiş, kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materiallar iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçınə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, işin icraatına iş məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 8-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi bələdiyyə vergilərinə aid edilmişdir. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalarına görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 208.6-cı maddəsinə əsasən müəssisələrin torpaq vergisi dövlət büdcəsinə, fiziki şəxslərin torpaq vergisi isə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. "Bələdiyyələrin maliyyəsinin əsasları" haqqında Qanunun 7-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi və s. yerli büdcənin gəlirlərinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında qeyd edilir ki, vergi qanunvericiliyinin pozulması dedikdə, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olan, təqsirli olaraq törədilmiş qeyri-hüquqi əməl başa düşülür, bu əməl özünü həm hərəkətdə, həm də təqsirli şəxsin hərəkətsizliyində göstərir. Bununla belə qeyd olunmalıdır ki, şəxsin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməli və onun Konstitusiyada və digər qanunlarda təsbit olunmuş hüquq və azadlıqlarını pozmamalıdır. Vergi Məcəlləsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi və vergi öhdəliyinin yerinə yetirilməməsi fərqli hüquqi nəticələr yaratdığından, onların tətbiq edilməsinin müxtəlif qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir (Vergi Məcəlləsinin 77.1 və 77.2-ci maddələri). Vergi öhdəliyini yerinə yetirmədiyinə görə vergi ödəyicisindən bərpaedici xarakter daşıyan maliyyə sanksiyaları, bununla yanaşı hesablanmış və yenidən hesablanmış vergilər, faizlər yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulur. Vurğulanmalıdır ki, şəxsin vergi məsuliyyətinə cəlb edilməsi məsələsini öz səlahiyyətləri çərçivəsində məhkəmə və ya vergi orqanı həll etməlidir. Bu məqsədlə qanunverici adıçəkilən səlahiyyətlərin həcmini və həyata keçirilmə qaydalarını birbaşa Vergi Məcəlləsində müəyyən etmişdir. Bu mənada xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Vergi Məcəlləsi vergi hüquq münasibətlərini tənzimləyən xüsusi qanundur. Vergi Məcəlləsinin 1.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.“İnzibati icraat haqqında” Qanun isə ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. "İnzibati icraat haqqında" Qanunun 87-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi icrası "İcra haqqında" Qanuna uyğun olaraq icra məmurlar tərəfindən həyata keçirilir. "İcra haqqında" Qanunun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Məhkəmə hesab edir ki, yerli büdcəyə ödənilməli olan fiziki şəxslərin torpaq və əmlak vergiləri barədə qərar (inzibati akt) bələdiyyənin özü tərəfindən qəbul edilməli olduğundan, həmin borcların məhkəmə qaydasında iddia qaldırılmaqla tutulmasının tələb edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı torpaq və əmlak vergi borcunun tutulması tələbinə dair işin icraatına iş məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 261, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “torpaq və əmlak vergi borcunun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar