Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-791/2023 26.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı İsmanilovnanın, Cavabdeh X4 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və X6 qarşı Cavabdeh1 ailə üzvləri və əşyaları ilə birgə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin boşaldılması, onun həmin mənzilə köçürülməsi və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı İsmanilovna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 azyaşlı övladı ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** saylı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi xüsusi mülkiyyətindədir. Digər ½ hissə isə digər vərəsə tərəfindən qəbul edilmədiyi üçün açıq saxlanılmışdır. Cavabdeh ailə üzvü deyil və heç bir qohumluq əlaqəsi yoxdur. Cavabdeh qeyri-qanuni olaraq onun mülkiyyətində olan mənzilə daxil olaraq mənzildən istifadə etməyə imkan vermir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində işin hallarına dair müəyyən qədər məlumatlar verib, sübutlar təqdim etsə də, digər cavabdeh X7 cavabdeh kimi qeyd etməmişdir. Cavabdeh X11 qanun üzrə vərəsəlik yolu ilə mülkiyyətinə keçmiş ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsini uzun müddətdir ki, zəbt etmiş onun razılığı olmadan və iradənin əksinə, əsassız və qanunsuz olaraq istifadə edib ona sahiblik edir, onu mənzilə buraxmır, ona etdiyi şifahi və yazılı etiraz və şikayətlərinə rəğmən, bununla onun mülkiyyətində olan əmlakına dair istifadə və sahiblik hüquqlarını kobud şəkildə pozmuş, Cavabdeh1 ilə cinayət əlaqəsinə girib əmlakını sonuncuya qanunsuz olaraq satmış, nəticədə həmin şəxslər ona xeyli miqdarda maddi zərər vurmuşlar, vurmaqda da davam edirlər. Cavabdeh1 hansı əsasla mənzilində yaşadığını soruşarkən, ona “həmin mənzilə görə cavabdeh X6 pul verib alaraq ora köçdüyünü” bildirmişdir. Lakin o, həmin mənzilin hələ öz aralarında bölünməmiş halda, hansı yolla satıldığını bilmir. Ona görə də bu barədə Şirvan ŞPŞ-nə əvvəllər və bir müddət bundan əvvəl şikayət ərizəsi ilə müraciət etmişdir. Əvvəlki ərizəsinə cavab verilsə də, sonrakı ərizəsi üzrə hazırda araşdırma aparılır. Odur ki, iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçıya məxsus ½ hissəsindən Cavabdeh1, cavabdeh X4 və digər kənar şəxslərin əşyaları ilə birlikdə çıxarılması, iddiaçıya qarşı yönəlmiş bütün maneələrin aradan qaldırılması, iddiaçının mənzilin özünə məxsus ½ hissəsinə köçürülməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. İddiaçı İsmanilovna xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində hər iki cavabdehin onun mülkiyyətində olan hissədən çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 ona aid olan hissədən, o biri Cavabdeh1 ümumiyyətlə həmin mənzildən ailə üzvləri ilə, kənar bütün şəxslərlə və əşyaları ilə birlikdə çıxarılması, eyni zamanda cavabdeh X11 ilə onun həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi məhkəmə yolu ilə müəyyən edilməli, yəni hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Odur ki, cavabdeh X4 ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçıya məxsus ½ hissəsindən, bütün kənar şəxslərin, o cümlədən digər Cavabdeh1 ümumiyyətlə həmin mənzildən ailə üzvləri ilə və əşyaları ilə birlikdə çıxarılması, iddiaçının hüquqlarına yaranmış bütün maneələrin aradan qaldırılması, iddiaçının mənzilə köçürülməsi, eyni zamanda cavabdeh X11 ilə iddiaçının həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsmanilovna məhkəmə sonuncu məhkəmə iclasında iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək cavabdeh X8 ailə üzvləri ilə kənar şəxslər kimi ümumiyyətlə həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması, iddiaçının hüquqlarına yaranmış bütün maneələrin aradan qaldırılması və iddiaçının mənzilə köçürülməsi, eyni zamanda cavabdeh X11 ilə iddiaçının həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X11 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, mübahisə predmeti olan mənzil onun mərhum anası X5 tərəfindən İddiaçı İsmayıl qızma və X9 qarşı “miras əmlakın qəbul edilməsi faktının tanınması, miras əmlak üzərində vərəsəlik hüququ tanınmaqla payların müəyyən edilməsi” tələbinə dair Şirvan şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (032)-1353/2020 saylı qətnaməsinə əsasən ərizə təmin edilmiş və mərhumə nənəsi X10 miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi 9 sayl evin 34 nömrəli mənzilin miras əmlak qismində qəbul edilməsi faktı tanınması və həmin mənzilə mərhumə anası X3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsi qət edilmişdir. Lakin mərhumə anası X5 xx.xx.2020-ci il tarixdə “kəskin respirator çatışmamazlıq” xəsətliyindən vəfat etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (032)-1353/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra o, iddiaçı qismində mərhumə anası X1 miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzilə irsi tarnsmissiya qismində vərəsəlik hüququnun tanınmıqla vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsi barədə Şirvan şəhər məhkəməsində iddia qaldırmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-1279/2021 saylı qətnaməsinə əsasən iddi ərizəsi təmin edilmiş və onun tərəfindən mərhumə anasından miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi və onun adına Şirvan şəhəri, N.Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzildə ½ payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, Şirvan şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı İsmayıl qızı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-413/2022 saylı qətnaməsinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci İl tarixli, 2(032)-1279/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı İsmayıl qızı Kassasiya şikayəti vermiş, lakin kassasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmənin MK-nın xx.xx.2022-ci il tarixli, 2(102)- 3613/2022 saylı qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-413/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hər bir tərəf öz payına əsasən vərəsəlik, haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında ½ pay üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən çıxarışlar verilmişdir. Lakin iddiaçının iddia tələbində cavabdehin mübahisə predmeti olan mənzildən qanunsuz istifadə etməklə üzərində sərancam verməsi kimi qeyd etməklə qanunsuz hərəkətlər etməyini bildirməklə ən əsası mənzilə buraxmadığını və cavabdeh X15 ilə cinayət əlaqəsinə girərək əmlakı qanunsuz olaraq satması kimi formal xarakterli sözlərə üstünlük vermiş, lakin hansı mötəbər sübut növü olaraq dəlill belə məhkəməyə təqdim edə bilməmişdir. Əvvəla mübahisə predmeti olan mənzil miras əmlak olaraq hər iki tərəfin arasında ½ hissəyə paylar müəyyən edilməklə üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilmişdir. O isə payına olan hissədən istifadə etməklə üzərində hər hansı bir , iddiaçının deməsinə görə satmaq kimi sərancam vermək hüququ deyil, mülkiyyəti olduğundan üzərində sahiblik hüququ olaraq istifadə edərək həmin pay hissəsində müvəqqəti sərancam vermək hüququndan istifadə edə bilər. Belə ki, mübahisə predmeti olan mənzil əvvəla miras əmlak olaraq ½ pay üzrə iddiaçı ilə onun arasında paylar müəyyən edilmişdir. Belə olan halda mübahisə predmeti olan əmlak üzərində necə sərancam vermək olar, yəni satmaq olar. Bu qeyri-mümkündür. Ona görə iddiaçının iddia tələbləri yalnız formal xarakterli sözlər üzərində qurulmaqla yalan və böhtandır. Bu səbəbdən də iddiaçının iddia tələbinin əsassız olmasının sübutu olaraq miras qalmış əmlak olan Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 9, 34 saylı mənzildə onun tərəfindən yerləşdirilən müvəqqəti yaşamaq üçün ailəvi dost olduğu X12 qarşı “mənzildən çıxarılması” tələbi ilə məhkəmədə iddia qaldırması, o, iddiaçı qismində mübahisə predmeti olan mənzildə müəyyən edilmiş payından istifadə edilməsi üçün üzərində sərancam vermək hüququnun cavabdeh tərəfindən pozulmasının qarşısının alınması üçün bərpa edilməsinə dair Azərbaycan Respublikası MPM-nin 55.1 və 55.2-ci maddəsinin tələblərinə onu iddiaçı qismində cavabdehə qarşı “miras əmlakda müəyyən edilmiş payların naturada ayrılması” iddia tələbi irəli sürmək məcburiyyətində qoydu. Bu səbəbdən də o, İddiaçı İsmayıl qızına qarşı “miras əmlakda müəyyən edilmiş payların naturada ayrılması iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalı. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən miras əmlakda payların naturada ayrılmasının mümkün olub-olmadığının müəyyən edilməsi üçün məhkəmə tikinti-teniki ekspertizası təyin etmişdir. İddiaçının iddia tələbi yalnız yalan və böhtan xarakterlidir. Belə ki, o, əgər mənzili qanunsuz satmışdırsa, necə olur ki, həmin mənzilin üzərində payların naturada ayrılması tələbi ilə məhkəməyə müraciət edir. Və fərz edək ki, mənzil naturada bölünməsi halı ekspert rəyinə əsasən baş verdi, belə olan halda mənzil 1/2 pay üzrə naturada bölünməklə hər bir tərəf öz payı üzərində sərancam verə bilər. Belə olan halda mənzili necə sata bilər və yaxud da əgər iddiaçının deməsinə görə satmışdırsa, hansı şəxs mənzilin 1/2 hissəsini almağa çalışar. Bütün bunlar absurdur və iddiaçının yalan və s. böhtan üzərində qurduğu iddia tələbidir ki, məhkəmə də fikir ayrılığı yarada bilsin. İddiaçı tərəfindən Şirvan şəhər prokurorluğa şikayət ərizəsi ilə müraciət edilmiş və araşdırılması üçün mənzilə yerində baxış aparılmış və iddiaçının qeyd etdiyi hallar öz təsdiqin tapmamışdır. Mənzil üzərində miras əmlak olaraq üzərində payını qanunvericiliyə əsasəm məhkəmə aktları əsasında əldə etmişdir. İddiaçı isə qanunsuz yolla mənzili 3 şaxta vərəsəlik yolu ilə əldə etdiyini iddia edir. Belə çıxır ki, iddiaçının deməsinə görə bütün məhkəmə aktları qanunsuz verilmişdir. Halbuki, bütün məhkəmə aktlarında əməlləri deyil, onun qanunsuz olaraq qardaşı Aydın İsmayılovu cəlb etməklə onun payın əldə etməklə paya üstünlük əldə etməyə çalışmış, lakin məhkəmə tərəfindən araşdırılma əsasında hüquqi qiymət verilərək, iddiaçı həmin əməllərini reallaşdıra bilməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədi, Cavabdeh2 ilə tanışlıq münasibətində olmasını, qonaqpərvərlikdən irəli gələrək onu evinə buraxmış, hazırda oğlu, əri ilə birlikdə həmin evdə yaşayır, bütün əşyaları oradadır. Bildiyinə görə Ellada xanımın da həmin evə hüququ çatır. Hazırda yaşamağa başqa evi yoxdur. Həmin mənzildə Ellada ilə şifahi razılıq əsasında yaşayır, onunla nə alqı-satqı, nə də ki, kirayə müqaviləsi bağlamamışdır. İddianın rədd edilməsini xahiş etdi. Sonrakı məhkəmə iclaslarında cavabdeh teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini və iclasın təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyistrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi ev 9, 34 nömrəli mənzil ½ hissə üzrə İddiaçı adına xx.xx.2023-cü ildə qeydiyyata alınmış, lakin ½ hissə isə açıq saxlanılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyistrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi ev 9, 34 nömrəli mənzil ½ hissə üzrə İddiaçı adına xx.xx.2023-cü ildə, ½ hissə üzrə Cavabdeh2 adına xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-7/1/2-481/2023 nömrəli məktubunda göstərilmişdir ki, X2 şəhər, N.Nərimanov küçəsi ev 9, mənzil 34 ünvanında qeydiyyatdadır. Nümayəndəlik tərəfindən əldə olunan məlumata əsasən X15 öz ailəsi ilə birlikdə qeyd olunan ünvanda kirayə yaşayır. 19 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı İsmayılovnanın şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 19.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-1101/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı İsmayıl qızına qarşı miras əmlakda müəyyən edilmiş payların naturada ayrılması tələbi barədə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə hazırki iş ilə bağlı tədbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsində göstərilir ki, Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsində göstərilir ki, İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsində göstərilir ki, Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4-ci maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 213.6-ci maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Avropa İnsan hüquqları Məhkəməsi Marjkx Belçikaya qarşı xx.xx.1979-ju il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək, mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Məhkəmə araşdırması, məhkəmənin mövqeyi və əsaslandığı hallar Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçı ilə Cavabdeh2 bərabər hissələrlə paylı mülkiyyətindədir. Cavabdeh2 mənzilə tanışı olan digər Cavabdeh1 yaşamaq üçün vermiş, lakin paylı mülkiyyətçi olan iddiaçının razılığını almamış, hazırda iddiaçı adı çəkilən şəxsin orada yaşamasını öz mülkiyyətinə qəsd hesab edir, mülkiyyətinə köçürülməsini istəyir və mülkiyyətindən tam hüquqla istifadə etməsi üçün onun ailə üzvləri əşyaları ilə birlikdə çıxarılmasını tələb edir. Hesab edir ki, Cavabdeh2 ondan xəbərsiz mənzili Cavabdeh1 satmış, məhz bu səbəbdən Mehtiyeva evdən çıxmaq istəmir. Cavabdeh2 hesab edir ki, öz tanışı Cavabdeh1 həmin mənzilə köçürməkdə haqlıdır, bu mənzil onun da mülkiyyətindədir. Cavabdehlər Mehtiyevanın mübahisəli mənzildə heç bir hüquqi əsas, yəni nə alqı-satqı, nə kirayə müqaviləsi olmadan sadəcə şifahi razılıq əsasında yaşamasını bildirir. Məhkəmə gedişatı zamanı tərəflərə mübahisənin barışıq yolu ilə həll edilməsi təklif olunsa da tərəflər barışıqdan imtina etmişlər. İlk öncə məhkəmə iddiaçının irəli sürdüyü tələblərini ayrı-ayrılıqda araşdırıb müvafiq hüquqi qiymətləndirməsini aparmağı zəruri bilir. Hazırki mübahisə ilə bağlı məhkəmə hər bir tərəfin mövqeyini, işin faktiki hallarını araşdırıb, irəli sürmüş olduqları tələb və etirazlarına hüquqi qiymət verib hesab edir ki, iddiaçı bir mülkiyyətçi kimi tələbində qismən haqlıdır. Yəni mənzilə paylı mülkiyyət hüququ ilə olsa belə, iddiaçının öz mülkiyyətindən tam hüquqla istifadə etmək, ona sahiblik etmək, sərəncam vermək kimi hüquqları həmin mənzilə hər hansı bir hüquqi əsas olmadan faktiki sahiblik edən şəxs, yəni Cavabdeh1 tərəfindən məhdudlaşması qanunamüvafiq deyil. İddiaçı öz mülkiyyət hüququnun bərpası üçün mənzilin adı çəkilən cavabdeh tərəfindən boşaldılmasında və həmin mənzilə özünün köçürülməsində haqlıdır, bu səbəbdən də tələbin məhkəmə göstərilənlər məzmununda hissəsinin təminini məqbul hesab edir. Lakin Cavabdeh1 ailə üzvlərinin konkret olaraq kimlərdən ibarət olması, dairəsi, şəxslər barəsində heç bir məlumat göstərilmədiyindən həmin mücərrəd şəxslərin də mənzildən çıxarılması qeyri-mümkündür. Bundan əlavə iddiaçının mənzilinə köçürülməsi, bir mülkiyyətçi kimi ona aid hüquqlarına yaranmış maneələrin aradan qaldırılmasına münasibətdə isə- tələb sırf məhkəmə qərarının icrası ilə əlaqədar olduğundan məhkəmə hesab edir ki, iddiaçının mənzilinə köçürülməsi və yaşamağına maneçilik törədilməsi məsuliyyətə səbəb olduğundan, bu məsələnin həlli «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi ilə tənzimləndiyinə görə bu hissədə iddia təmin olunmamalıdır. O ki, qaldı iddiaçının sözügedən mənzildən Cavabdeh2 ona məxsus ½ hissəsindən çıxarılması hissəsinə münasibətdə (iddiaçı çıxışında tələbin bu hissəsindən şifahi imtina etsə də, tələbin dəyişdirilməsinə dair ərizə mülki prosessual qanunvericiliyə uyğun, yəni hazırlıq iclasında deyil, artıq məhkəmə baxışının çıxışlar mərhələsində verildiyindən icraata qəbul edilməmiş, bu səbəbdən də məhkəmə ilkin formada irəli sürülmüş tələbə münasibət bildirməyi vacib bilir) məhkəmə hesab edir ki, mübahisəli mənzilə paylar müəyyən edilsə də, həmin paylar hazırda natura formasında konkret olaraq onlar arasında müəyyənləşmədiyindən, yəni tərəflərin hər birinə məxsus olan ½ hissənin konkret sərhədləri, nədən ibarət olması müəyyənləşmədiyi, həmçinin hər iki şəxsin bərabərhüquqlu mülkiyyətçi olması halında sözügedən mənzildən Cavabdeh2 iddiaçıya məxsus ½ hissəsindən çıxarılması tələbi təmin edilə bilməz. Həmçinin məhkəmə iddianın Cavabdeh2 ilə iddiaçının sözügedən mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə tələbinə münasibətdə bildirir ki, hər ikisinin paylı mülkiyyətində olan mənzildən iddiaçının istifadə qaydalarının müəyyən edilməsi özlüyündə Cavabdeh2 da bir mülkiyyətçi kimi mənzilinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu pozduğundan məqbul hesab edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmənin son qənaəti belədir ki, iddia qismən təmin olunmalı Cavabdeh1 əşyaları ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmalı, İddiaçı Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 9, 34 nömrəli mənzilə köçürülməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alıb, hesab edir ki, dövlət rüsumu kimi tutulmalı olan 50 manat pul Cavabdeh1 tutularaq iddiaçıya verilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216- 220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh1 əşyaları ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılsın. İddiaçı Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 9, 34 nömrəli mənzilə köçürülsün. Cavabdeh1 dövlət rüsumu kimi 50 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-791/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-791/2023
26.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver