Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-816/2025 03.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayılova (Babayeva) Suhra Kərəm qızının xx.xx.1949-cu il tarixdə Beyləqan rayonunda anadan olmasına dair doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Babayeva (İsmayılova) Suhra Kərəm qızı xx.xx.1949-cu il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. X3 1957-ci ildə onun 8 yaşı olanda dünyasını dəyişmişdir. Sənədləri kənd şəraitində yaşadıqları fərdi yaşayış evində sandıqda saxlanılırdı. 1967-ci ildə el adəti ilə toy etməklə ailə qurmuş, lakin nikahları xx.xx.1972-ci il tanxdə rəsmi qeydə alınmışdır. Nikah münasibətləri rəsmiləşdirilənədək onun şəxsiyyət vəsiqəsi olmamışdır. Şəxsiyyət vəsiqəsi alındığı vaxtlar məlum olmuşdur ki, yaşadıqları fərdi yaşayış evində olan sənədlərini siçan yeməsi səbəbindən doğum şəhadətnaməsinin bir çox hissəsi istifadəyə yarasız hala düşmüşdür. Nikah münasibətləri rəsmiləşdirilməsi və şəxsiyyət vəsiqəsinin əldə edilməsi mərhum atası X13 tərəfindən əldə edilmişdir. Doğum haqqında şəhadətnamə və digər səbədləri yarasız hala düşdüyündən istifadə edilməmişdir. Doğum haqqında şəhadətnamənin təkrar əldə edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən bildirilmişdir ki, Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Hazırda doğum haqqında şəhadətnamə vərəsəlik hüququ haqqınmda şəhadətnamə alınması üçün zəruridir. Bütün bunlara əsasən doğum akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Həmçinin ərizəçi bildirmişdir ki, onun valideynləri X9 və anası X1 rayonunun Qovşudlu kəndində yaşamışlar onların faktiki nikahlarında o dünyaya gəlmişdir. O anasını uşaq yaşlarında, yəni səkkiz yaşı olarkən itirmişdir. Sonradan atası Beyləqan rayonuna gələrək X4 ilə nikaha girmişdir. Ona məxsus olan sənədlər isə baxımsızlıq səbəbindən məhv olmuşdur. Zəruri olan sənədləri isə məlum səbəblərdən əldə edilməsi mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq mülki işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan ŞPŞ tərəfindən verilmiş seriya AZE nömrə 0******* olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1949-cu ildə Beyləqan rayonunda anadan olmuşdur və hazırda Əli Bayramlı (indiki ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X6 03 oktyabr 1972-ci ildə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 164 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Şahvəlli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 31 oktyabr 2024-cü il tarixli, 334 nömrəli arayışdan görünür ki, mərhum X1 rayon Qovşudlu kənd sakini olmuş, həmin kənddə daimi yaşamış, 1957-ci ildə vəfat etmiş və Qovşudlu kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Şahvəlli kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyinin 31 oktyabr 2024-cü il tarixli, 335 nömrəli arayışından görünür ki, mərhum X2 rayon Milabad qəsəbəsində daimi yaşamış, 1983-cü ildə vəfat etmiş və Qovşudlu kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/69-362 nömrəli arayışdan görünür ki, xx.xx.1949-cu ildə Beyləqan rayonunda anadan olmuş Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmənin sorğusuna əsasən Şirvan şəhər Polis şöbəsinin 22 aprel 2025-ci il tarixli, 3- 13-111/2-9897/2025 nömrəli məktubundan görünür ki, Ərizəçi ünvan 3 ünvanında 2005-ci il tarixdən qeydiyyatdadır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2-31048/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ərizəçi doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilmədi. Məhkəmənin sorğusuna əsasən Cəbrayıl rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-49/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Cəbrayıl rayon Qeydiyyat şöbəsinin arxivində Ərizəçi doğum akt qeydi aşkar olunmamışdır. AZE 0******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Kərmə qızı xx.xx.1949-cu il tarixdə Beyləqan rayonunda doğulmuşdur. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1949-cu il tarixdə Beyləqan rayonunda doğulması ərizəçi tərəfin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1949-cu il tarixdə Beyləqan rayonunda doğulması, milliyyətinin Azərbaycanlı olması, atasının X9 – milliyyətinin Azərbaycanlı, anasının X8 - milliyyətinin Azərbaycanlı olması Maraqlı şəxs tərəfindən doğum haqqında akt qeydləri kitabında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-816/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-816/2025
03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver