Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-817/2025 02.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və xx.xx.2013-cü il təvəllüdlü X3 Şirvan şəhəri, 28 May küçəsi, ev 6, 21 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 Qardaşəli oğluna məxsus olan ünvan 1 saylı 3 otaqlı mənzili notariat vasitəsi ilə alğı-satqı müqaviləsi əsasında almışdır. Son vaxtlar ona məlum oldu ki, mülkiyyətində olan mənzil keçmiş sahibi Cavabdeh2 Qardaşəli oğlunun gəlini və övladları qeydiyyatdadırlar. Baxmayaraq ki, mənzili aldıqdan sonra onlar heç bir vaxt mənzildə yaşamamışlar. Halhazırda Rusiyanın Moskva şəhərində yaşayırlar. Onlara görə də əlavə kommunal xərcləri verməli olur. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onların həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, X7 2013-cü il təvəllüdlü uşaq olduğu üçün və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci və 28.3-cü maddələrinə əsasən məhdud fəaliyyət qabiliyyəti olduğundan, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayıldığından yetniklik yaşına çatmayan şəxsin qeyd edilən iş üzrə mülki cavabdeh qismində tanınması mülki mühakimə icraatı qaydasında istisna edilir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, 28 May küçəsi, ev 6, 21 mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında 7 nömrəli reyestr kitabında 171 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. “Elektron Notariat” X1 vasitəsi ilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Şirvan şəhəri, 28 May küçəsi, ev 6, 21 nömrəli mənzildə xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 və xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh1 qeydiyyatdadırlar. İş materiallarında olan 26 fevral 2025-ci il tarixli aktdan görünür ki, Şirvan şəhəri, 28 May küçəsi, bina 6, m 22-də yaşayan X10, Şirvan şəhəri, 28 May küçəsi, 6/24-də yaşayan X4, Şirvan şəhəri, 28 May küçəsi, 6/25-də yaşayn X5 bu aktla həqiqətən də X7, Cavabdeh2 və Cavabdeh1 hal-hazırda Şirvan şəhəri, 28 May küçəsi, 6/21-də yaşamırlar. Həmin mənzildə İddiaçı, X2, X8 və X11 yaşayırlar. İşdə olan Notarial qaydada təsdiq edilmiş Cavabdeh2 Qardaşəli oğlu tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, əldə etdiyi gündən, satana qədər Şirvan şəhəri, 28 May küçəsi, 6 saylı evin, 21 saylı mənzilində gəlini Cavabdeh1, nəvələri Cavabdeh2 və X7 yaşamamışdırlar. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X13 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 hal-hazırda ünvan 1 ünvanında yaşamırlar. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, Şirvan şəhəri, 28 May küçəsi, ev 6, 21 saylı mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzili İddiaçı alğı-satqı yolu ilə 2014-cü ildə almışdır. Məhkəmə həmçinin müəyyən etdi ki, İddiaçı mübahisəli mənzil olan Şirvan şəhəri, F28 May küçəsi, ev 6, 21 saylı mənzili 2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata aldırmışdır. Məhkəmə hesab edir ki, cavabdehin Şirvan şəhəri, 28 May küçəsi, ev 6, 21 saylı mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2014-cü ildə yaranmışdır. Ona görə də, məhkəmə mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə qeydiyyatda olmasına istinad edib, hesab etmişdir ki, cavabdehlərinin ona məxsus olan mənzildə qeydiyyatda olması onun yaşayış sahəsindən istifadə hüququnun olmasına dəlalət edir. Halbuki «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Bu baxımdan məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmasının heç də cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun olması mənasını kəsb etməməsini nəzərə alıb, yaşayış binasının tərkib hissəsindən «istifadə hüququ»nun hüquqi əsaslarını yoxlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxs Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Beləliklə məhkəmə Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərhi nəzərə alıb, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirvan şəhəri, 28 May küçəsi 6 saylı evin 21 nömrəli mənzilin mülkiyyətçisi olan İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olmadığından o, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxil deyildir. Belə olan halda isə məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvləri olmadığından, onun Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yoxdur. Məhkəmə eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə əsasən mübahisəli yaşayış evindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini də yoxlamalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş üzrə tədqiq edilmiş sübutlardan tərəflər arasında belə bir razılaşmanın bağlanması müəyyən olunmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alıb belə bir nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirvan şəhəri, 28 May küçəsi, 6 saylı evin 21 nömrəli mənzilindən «istifadə hüququ» nə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə, nə də ki, «istifadə etmək hüququ» 01 oktyabr 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən yaranmışdır. Beləliklə tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli Şirvan şəhəri, 28 May küçəsi 6 saylı evin 21 nömrəli mənzilindən istifadə və ya istifadə etmək hüququ olmadığından və mövcud olmayan hüquqa xitam verilməsi yolverilməz olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-817/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-817/2025
02.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver