Məhkəmə qərarları › İş №2(032)-819/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-819/2024

13.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-819/2024 13.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanı üzrə fərdi yaşayış evinə köçürülməsi və həmin evdə yaşamasına maeəçilik edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Cavabdeh2 X1 nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 1977-ci il təvəllüdlü X11, 1979-cu il təvəllüdlü X6, 1981-ci il təvəllüdlü X7 və 1983-cü il təvəllüdlü İddiaçı, 1986-cı il təvəllüdlü X5 və 1991-ci il təvəllüdlü X8 adlı altı övladları anadan olmuşdur. Ailələri ilə birlikdə ünvan 2 ünvanı üzrə 4 otaqlı mənzildə yaşamışdır. X1 11 iyun 1997-ci il tarixdə dünyasını dəyişmişdir. Tünzalə və Şəlalə bacıları da, həmçinin vəfat etmişlər. Atası Cavabdeh1 ilə 1999-cu il tarixdə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü X10 adlı bir övladları anadan olmuşdur. Atası xx.xx.2003-cü il tarixdə ünvan 2 ünvanı üzrə 4 otaqlı mənzili alqı-satqı müqaviləsi əsasında satmaqla ünvan 3 ünvanı üzrə fərdi yaşayış evini əldə etmişlər. X2 ilə əldə edilmiş fərdi yaşayış evinə yaşamaq üçün buraxmadılar. Bu günədək müxtəlif dövlət orqanlarına, Şirvan şəhər İcra Hakimiyyəti Başçısına müraciəti əsasında müvəqqəti yaşayış sahəsi ilə təmin edilməklə müxtəlif yerlərdə yaşamışdır. Qardaşı da yaşadığı ünvan üzrə onun yaşamağına razılıq vermir. Hazırda səhhəti ilə əlaqədar, həmçinin maddi imkansızlıqdan bu müddət ərzində məhkəməyə müraciət etməmişdir. Çarəsizlikdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, mərhum yoldaşı X4 ilə birgə nikahlarından 1977-ci il təvəllüdlü X11, 1979-cu il təvəllüdlü X6, 1981-ci il təvəllüdlü X7 və 1983-cü il təvəllüdlü İddiaçı, 1986-cı il təvəllüdlü X5 və 1991-ci il təvəllüdlü X8 adlı altı övladları anadan olmuşdur. Şəlalə və Tünzalə vəfat etmiş, Kəmalə isə boşanıb hazırda Bakı şəhərində yaşayır. Həyat yoldaşı X4 1997-ci il tarixdə dünyasını dəyişmişdir. Sonra o 1999-cu ildə Cavabdeh1 ilə ailə qurmuşdur. Oğlanları onunla qalmaq istəmədiyi üçün yaşadıqları evi sataraq onlara ev almış, özlərinə isə ünvan 6 saylı mənzili almışlar. Həmin mənzil Cavabdeh1 mülkiyyətindədir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh2 ilə ilə ailə qurandan sonra övladları onunla qalmaq istəmədiyi üçün ev satılmış, onların payları verilmiş, özlərinə isə ev almışlar. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, təqdim olunmuş sübutları tam tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan ŞPŞ tərəfindən verilmiş seriya AZE nömrə ******** olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur və hazırda ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan ŞPŞ tərəfindən verilmiş seriya AZE nömrə ******** olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1951-ci ildə Əli Bayramlı rayonu, Güdəcühür kəndində anadan olmuşdur və hazırda ünvan 6 ünvanında qeydiyyatındadır. İş materiallarında olan Şirvan ŞPŞ tərəfindən verilmiş seriya AZE nömrə 0******* olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1957-ci ildə Sabirabad rayonu, Pokrovka kəndində anadan olmuşdur və hazırda ünvan 6 ünvanında qeydiyyatındadır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli invertar nömrəsi 4849 olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Şirvan şəhəri Energetik küçəsi 9 ev 335 X3 adına tərtib edilmişdir. Həmin tikili 36 m2 olan bir otaqlı yaşayış sahəsindən ibarətdir. İş materiallarında olan Şirvan şəhəri Energetik küçəsi 9 ev 335 ünvanında yaşayan qeydiyyata alınmasına dair ev kitabından görünür ki, evdə Cavabdeh2, Cavabdeh1 və X9 qeydiyyatdadır. İş materiallarında olan X11 tərfindən verilmiş xx.xx.2003-cü il tarixli izahatda qeyd edilmişdir ki, “X23 atam Cavabdeh2 altıyüz qırx şirvan pul aldım.” Məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, Cavabdeh2 mərhum X4 rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşlar. Bu nikahdan onların 1977ci il təvəllüdlü X11, 1979-cu il təvəllüdlü X6, 1981-ci il təvəllüdlü X7, 1983-cü il təvəllüdlü İddiaçı, 1986-cı il təvəllüdlü X5 və 1991-ci il təvəllüdlü X8 adlı altı övladları anadan olmuşdur. 1979-cu il təvəllüdlü X6 və 1986-cı il təvəllüdlü X5 vəfat etmişdir. Həmçinin hazırkı mülki iş üzrə Cavabdeh2 həyat yoldaşı X4 1997-ci il tarixdə dünyasını dəyişmiş, daha sonra Cavabdeh2 1999-cu ildə Cavabdeh1 ilə nikaha daxil olmuş və həmin nikahdan onların X9 adlı uşaqları olmuşdur. Hazırda cavabdehlər Şirvan şəhəri Energetik küçəsi 9 ev 335 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. ünvan 7ləşən fərdi yaşayış evinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və həmin fərdi yaşayış evinə dair texniki pasport xx.xx.2005-ci il tarixdə 4849 invertar nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmışdır. Həmçinin məhkəmə araşdırması zamanı və tərəflərin vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1983-cü ildə Əli Bayramlı şəhərində anadan olmuş və hazırda ünvan 8 ünvanında qeydiyyatdadır. Atası ilə birlikdə 2003-cü ildək yaşamışdırlar. Hazırkı mülki iş üzrə cavabdehlərin yaşadığı Şirvan şəhəri Energetik küçəsi 9 ev 335 ünvanında iddiaçı yaşamamışdır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi yaşayış sahəsinə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Məhkəmə iddia tələbinin ünvan 7ləşən yaşayış sahəsinə köçürülməsi hissəsinə münasibətdə qeyd edir ki, işin faktiki hallarından və mübahisə edilməyən izahatlarından da göründüyü kimi İddiaçı köçürülməli olduğunu iddia etdiyi ünvanda yaşamamışdır. İddiaçı daşınmaz əmlak kimi mübahisəli tikiliyə dair dövlət tərəfindən tanınan və qorunan hüququn sahibi olmadığından, onun və həmin tikilidə yaşamış digər şəxslərin də daşınmaz əmlak kimi həmin tikili ilə hüquqi bağlılığı ola bilməz. Qeyd edilənlərə əsasən məhkəm hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı onun ünvan 7ləşən yaşayış sahəsinə köçürülməsi və həmin evdə yaşamasına maeəçilik edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ünvan 6 ünvanı üzrə fərdi yaşayış evinə köçürülməsi və həmin evdə yaşamağına maneəçilik edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar