Məhkəmə qərarları › İş №2(032)-83/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-83/2023

06.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-83/2023 06.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair” iddia ərizəsi ilə məkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Şirvan şəhəri, Xaqani küçəsi 88 saylı evin 48 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlər ona məxsus mənzildə pasport qeydiyyatında olsalar da, faktiki olaraq bir neçə ildir ki ona məxsus mənzildə yaşamırlar. Onların ona məxsus evdə qeydiyyatda olması mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozurlar və hər ay əlavə olaraq kommunal xidmətlərə görə əlavə pul ödəməyə məcburdur. Bu səbəbdən də cavabdehlərin mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, təxminən 7-8 il olarkı Rusiya Federasiyasından geri dönmüş, bundan sonra cavabdehlər Bakı şəhərinə köçmüşdür. Onlarla hal-hazırda əlaqəsi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlərin qeydiyyatda olduqları ünvana göndərilmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 Şirvan şəhəri, Xaqani küçəsi 88 saylı evin 48 saylı mənzilindən istifadə hüququna xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsindən istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. İş materiallarında olan Əli-Bayramlı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 716 nömrəli orderinin surətindən görünür ki, Şirvan şəhəri, Xaqani küçəsi 88 saylı evin 48 saylı mənzili İddiaçı verilmişdir. Ailənin tərkibi qardaşları Cəfərov Elşad, Cəfərov Elman, Cavabdeh1, Cəfərov Müşfiq, Cəfərov Yaşar, gəlinləri Cəfərova Reyhan, bacısı Cəfərova Dilşaddır. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şəbəsinin məktubundan görünür ki, Şirvan şəhəri, Xaqani küçəsi 88 saylı evin 48 saylı mənzilində qeydiyyatda olan Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdan çıxarılmaları barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün onların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları qanuna zidd olduğundan, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin İ və İİİ hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri),onların uşaqları və valideynləri hesab olunur.İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ilə birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, İddiaçı ailə üzvü qismində mübahisəli mənzildən istifadə etmək hüququna malik olmuşdur. Məhkəmə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında verilmiş şərhi də nəzərə almışdır. Belə ki, həmin qərara görə Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn,keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələrini və ya digər yaşayış sahəsində daimi əsaslarla yaşamasını təsdiq edən istənilən sübutu təqdim etmək təklif olunsa da ,İddiaçı hər hansı bir sübutu təqdim edə bilməmiş və bununla da istinad etdiyi halı sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir və həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün qanuni əsaslar aşkar edilmədiyindən, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçı X3 aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı Şirvan şəhəri, Xaqani küçəsi 88 saylı evin 48 saylı mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar