Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-838/2024 29.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə 26 aprel 2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə, iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsini” tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Ərizədən göründüyü kimi, ərizəyə əlavə edilən sənədlərin əsilləri və ya onların notariat qaydasında təsdiq olunmuş surətləri əlavə edilməmişdir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur; Beləliklə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına riayət edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 149-152-ci, 263-264-cü, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-838/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-838/2024
29.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver