Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-84/2023 13.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh X13rşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X13rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Çıxarışla tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh X14 məxsus fərdi yaşayış evinin pasport qeydiyyatındadır. Timur Almazovun özünə məxsus mülkiyyətində olan mənzil vardır.X22 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır. Cavabdeh ona məxsus fərdi yaşayış evində yaşamır. İddiaçı və onun vəkili X6 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X22 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə cavabdeh X17 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Polis şöbəsinin 01 may 2022-ci il tarixli 305-15551A3122 saylı məktubunda göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikrə, yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə inmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şirvan şəhəri, Əli-Bayramov küçəsi 7-ci döngə, ev 6 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsində istifadədə olan 0,0771 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 63.01 kv.m ümumi, 41.58 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 161 nömrəli vərəqində qeydiyyata alınmış adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 161 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Əli-Bayramlı (indiki Şirvan) şəhəri, T.İsmayılov küçəsi 31№ binanın 3 otaqlı, ümumi sahəsi 63,01 kv.m, yaşayış sahəsi 41,58 kv.m-dən ibarət olan 24№ mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əli-Bayramlı (indiki Şirvan) şəhər Bələdiyyəsinin sədrinin xx.xx.2003-cü il tarixli, 11№ sərəncamında Şirvan şəhər sakini X7 Bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə L-T İbrahimov küçəsində yerləşən ona məxsus obyektə bitişik ərazidən əlavə 16 kv.m torpaq sahəsi icarəyə verilməsi və bütövlükdə obyektin yerləşdiyi 57 kv.m torpaq sahəsi üçün müvafiq icarə müqaviləsi bağlanması qərara alınmışdır. X8, X11 və X15 tərəfindən imza edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şirvan şəhəri, X22 Əli-Bayramov küçəsi döngə 7, ev 6 qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, xaricdə yaşayır. Şirvan şəhəri Kommunal Kombinatı Müəssisəsinin xx.xx.2023-cü il tarixli 02№ arayışında göstərilmişdir ki, ünvan 3 ünvanında yaşayan İddiaçı 31 yanvar 2023-cü il tarixə kimi göstərilmiş xidmət haqqı üzrə olan borcu 394,8 manatdır. Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Əli-Bayramlı (indiki Şirvan) şəhəri, T.İsmayılov küçəsi 30№ binanın 3 otaqlı, ümumi sahəsi 397,18 kv.m, yaşayış sahəsi 104 kv.m-dən ibarət olan 6№ fərdi yaşayış evi X5 adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdiriləsinə dair 01/1885 № arayışda göstərilmişdir ki,Şirvan şəhəri, Xəqani küçəsi 29C olan torpaq sahəsinin xx.xx.2017-ci il tarixinə bazar dəyəri 37.200 manat təşkil edir. Daşınmaz əmlakın AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 şəhəri, Xəqani küçəsi, 29 B saylı ünvanında olan ümumi mülkiyyətində olan 0,03 ha torpaq sahəsini X20 satmışdır. X1 əvəzinə İddiaçı imzalamışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 152.2-ci maddəsində göstərilir ki, Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.3-cü maddəsində göstərilir ki, İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcələnin 152.4-cü maddəsində göstərilir ki, Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.5-ci maddəsində göstərilir ki, Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X22 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh X17 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-84/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-84/2023
13.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver