Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-861/2024 21.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs3 yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxslər Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Bakı şəhər Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə xx.xx.2006-cı il təvəllüdlü oğlu X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məzmunundan görünür ki, əri X5 ilə birgə nigahdan xx.xx.2006-cı ildə oğlu X2 şəhərində anadan olmuşdur. İsa xəstəliklə anadan olmuş, onun müalicəsi ilə həkimlər uzun illər məşğul olsalar da heç bir müsbət nəticə əldə olunmamış, oğlu andangəlmə G80.0 Kvadropleglik spastik serebral iflic, uşaq serebral iflici,Tetraplegik forma, Ağırlaşma F71.1 qulluq və müalicə tələb edən ciddi davaranış pozuntusu, orta kəmağıllıq, İQ=45 imbesillik kobud davranış və nitq qüsüruna görə müddətsiz birinci dərəcəli əlillik təqaüdü alınmışdır. Onun kənar şəxslərin qulluğuna ehtiyacı var, tam əmək qabiliyyətsizdir. X20 doğulduğu vaxtdan onun himayəsindədir. O, qeyd edilən qüsurlarına görə özünü idarə edə bilmədiyindən onunla bağlı olan bütün hərəkətlər onun tərəfindən icra olunur. X17 18 yaşına çatsa da o, öz hərəkətlərini ölçüb biçmək iqtidarında olmadığından onun kənar şəxslərin qulluğuna, himayəsinə verilməsinə ehtiyacı var. Sonrakı məhkəmə iclasında ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək maraqlı şəxslər Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyasının və Bakı şəhər Maraqlı şəxs2 əvəzinə maraqlı şəxs qismində Maraqlı şəxs3 yanında Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb edilməsini xahiş etdiyindən Maraqlı şəxs3 yanında Qəyyumluq və Himayəçilik Komissiyası mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Ərizəçi məhkəməyə gəlməmiş, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Maraqlı şəxs3 yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 izahat verərək bildirdi ki, şəxs qəyyum təyin olunması ilə bağlı Maraqlı şəxs3 yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Bildirilmişdir ki, məhkəmə qaydasında xx.xx.2006-cı il təvəllüdlü oğlu X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilərsə, məhkəmənin qətnaməsinə əsasən Ərizəçi qəyyum təyin edilə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X1 nikahı xx.xx.1999-cu ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin elektron arayışında göstərilir ki, X14 G80.0 kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici. Tetraplegik forma. Ağırlaşma F71.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq. İQ=45 imbesillik kobud davranış və nitq qüsuru diaqnozu ilə müddətsiz 1-ci dərəcə əlildir. xx.xx.2019-cu il tarixli x-02 saylı ƏƏSMN yanında DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X4 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3697 nömrəli Fərmanına əsasən sağlamlıq imkanları məhdud uşaq kimi (18 yaşadək uşaqlara) Şirvan şəhər ƏƏSM-dən 82 manat müavinət ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-7/2-A-19082/2024 saylı arayışdan görünür ki, Ərizəçi (FİN 457GYOU) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1-ci dərəcə əlilliyi olan (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan) şəxs - X9 (FİN 52FDAYM) qulluğa görə 100 AZN (yüz manat) məbləğində Prezident təqaüdü alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-psixiatriya ekspertiza mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2237 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. Yuxarıda göstərilənlərə əsasən X7 Uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxsin anası hamiləlik zamanı pilləkəndən yıxılması, uşağın vaxtından əvvəl, altı aylıq anadan olması, körpəlikdən serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, serebral iflic əlamətləri biruzə verməsi, nitqi zəif inkişaf etmiş, tək-bir sözlərdən ibarət olması biruzə vermiş, bununla əlaqədar əvvəl nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında, həmçinin Bərpa Mərkəzində müalicələrdə olması, əqli geriliyi, ara-sıra narahatlığı, fiziolofi ifrazatları ilə natəmiz olması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2024-cü il tarixdə müayinə edilərək “G80.0 Kvadroplegik spastik serebral iflic. Uşaq serebral iflic. Tetroplegik forma" Ağırlaşma F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta kəmağıllıq. İQ-45 imbesillik kobud davranış və nitq qüsuru ilə” diaqnozu ilə ona müddətsiz 1 qrup əlillik təyin edilməsi, xəstəliyi ilə əlaqədar hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı orta dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə - X7 Uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. 2-ci sual üzrə- X14 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X14 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X14 onda müəyyən edilən uşaq serebral iflici, orta dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Ə.D.Məlikov adına X13” X16 sorğuya cavab xx.xx.2024-cü il tarixli 18-1-18/2-756/2024 saylı məktubundan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X14 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində “Ə.D.Məlikov adına X13 pub hüquqi şəxsin Nevrologiya şöbəsində "Uşaq seribial iflic, tetraplegik forma. Dərin spastı tetraparez, aşağı ətrafların üstünlüyü ilə yerişin pozulması. Nitqin cətinləşməsi. Koqnitiv pozuntu. Kənar şəxsin köməyinə ehtiyac” diaqnozu ilə stasionar müalicə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Göründüyü kimi şəxsin məhkəmə tərəfindən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin əsasları qanunvericilikdə imperativ norma kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər, həmin fiziki şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı üzərində qəyyumluq və himayəçilik təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X14 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, bununla da ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X14 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. X14 üzərində qəyyum təyin etmək üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-861/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-861/2024
21.10.2024 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver