Məhkəmə qərarları › İş №2(032)-882/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-882/2023

04.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-882/2023 04.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin evdə yaşamağına maneəçilik edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin evdə yaşamağına maneəçilik edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu Nümayəndə ilə 09 oktyabr 1992-ci ildə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. 1999-cu ildə cavabdehin atası mərhum Qadir Səlimov mübahisəli, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı yolu ilə əldə etdikdən sonra həmin ildə də qeyd edilən evə köçmüşlər. Bütün cehiz əmlakı hal-hazırda da qeyd edilən ünvandadır. Cavabdehin oğlu ilə nikah münasibətləri Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1373/2019 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikah münasibətləri pozulduqdan sonra mübahisəli evdən onu qovublar və həmin evə buraxmırlar. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi, uzun illər ərzində cavabdehlə bir ailə kimi həmin evdə yaşamasını, hal-hazıradək bütün əşyalarının o evdə olmasını, həmin evin təmir işlərini öz hesabına aparmasını bildirmişdir. Cavabdeh qızının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın rədd edilməsini xahiş etdi, izahatında bildirdi ki, iddiaçı ilə artıq ailə münasibətlərinə son qoyulub, özü yeni evlənib, onların bir evdə yaşaması mümkün deyil. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 15 aprel 1999-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 Bayramlı şəhəri TİB-in reyestr kitabı № 04-08, inventar işi № 2288,13 aprel 1999-cu il tarixli 120 saylı arayışına əsasən özünə məxsus Əli-Bayramlı şəhəri Şəhidlər küçəsi 7 saylı evi X1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində fərdi yaşayış evinə dair mülkiyyət hüququ ********** qeydiyyat nömrəli “Hüquqların X8 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi ilə X3 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, 2V-116 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və eyni tarixli, 3M-316 nömrəli “Miras payın bağışlanması müqaviləsi” əsasında Cavabdeh qızının miras əmlak olan həmin fərdi yaşayış evindən tam hissədə pay almaq hüququ yaranmışdır. xx.xx.2022-ci il tarixində isə fərdi yaşayış evinə dair mülkiyyət hüququ ********** qeydiyyat nömrəli “Hüquqların X8 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi ilə Cavabdeh qızının adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4, yeni qaydalarla AZ 1800, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısını 1 nömrəli sahə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında Nümayəndə, Cavabdeh qızı, X9, İddiaçı qeydiyyatdadırlar. Hal-hazırda göstərilən ünvanda Nümayəndə, Cavabdeh qızı, X11, X10 yaşayırlar. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-299/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Nümayəndə qarşı evə köçürülmə və evdə yaşamağına maneçilik etməsinin cavabdehə qadağan edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Şirvan şəhəri Şəhidlər küçəsi 7 saylı evə köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1320/2022 saylı qətnaməsi ilə cavabdeh Nümayəndə apellyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-299/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Cavabdeh qızına qarşı “evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5332/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1320/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göstərilən qərarda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası öz qərarında hüquqi mövqeyini onunla izah etmişdir ki, İddiaçı əri və uşaqları ilə 2000-ci ilin may ayında həmin evə köçmüş, mübahisəli yaşayış evinə köçməsi ümumi mülkiyyətçilər olan ərarvad Qədir Səlimov və Cavabdeh razılığı ilə baş vermişdir. Qədir Səlimov 14 fevral 2002-ci il tarixdə vəfat etsə də, digər mülkiyyətçi Lətafət Qədirova hal-hazıra kimi həmin evdə yaşamaqda davam edir və yaşayış evin onun ayrıca mülkiyyəti kimi 14 iyun 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi iddiaçının yaşayış sahəsindən istifadə 01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan mülki və mənzil qanunvericiliyinin tələblərinə görə həmin tarixədək yaranmışdır. Yaşayış evinin üçüncü şəxs Cavabdeh ayrıca mülkiyyəti kimi dövlət qeydiyyatına alınması bu hüququna xitamına əsas vermir. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iş üzrə cavabdeh kimi Nümayəndə göstərilmişdir. Lakin Nümayəndə heç vaxt mübahisənin predmeti olan yaşayış evinin mülkiyyətçisi olmamış, iddiaçı ilə eyni hüquqi statusla mülkiyyətçilərin razılığı ilə 2000-ci ilin may ayında həmin evə köçürülmüş, iddiaya cavab verməli şəxs deyildir və iddia tələbi ona qarşı yönələ bilməzdi. İşə baxan apellyasiya məhkəməsi iddianı təmin etməyərək bu hal nəzərə almamış, iddianın rədd olunması əsası kimi həmin halı göstərməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-425/2023 saylı qətnaməsi ilə cavabdeh Nümayəndə tərəfindən verilmiş apellyasya şikayəti təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-299/2022 saylı qətnaməsi ləğv edilmişdir. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Tərəflərin mübahisə edilməyən izahatlarından və iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçının sözügedən mənzilə yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 01-dək olan dövrdə yaranmış, belə olan halda isə həmin tarixədək qüvvədə olan mülki və mənzil qanunvericiliyinin tələblərini rəhbər tutmaqla tənzimlənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. - Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. -İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. - Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından da məlum olduğu kimi İddiaçı əri və uşaqları ilə 2000-ci ilin may ayında mübahisəli mənzilə köçmüş, köçməsi ümumi mülkiyyətçilər olan ər-arvad Qədir Səlimov və Cavabdeh razılığı ilə baş vermişdir. Qədir Səlimov 14 fevral 2002-ci il tarixdə vəfat etsə də, digər mülkiyyətçi Lətafət Qədirova hal-hazıra kimi həmin evdə yaşamaqda davam edir və yaşayış evin onun ayrıca mülkiyyəti kimi 14 iyun 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi iddiaçının yaşayış sahəsindən istifadə 01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan mülki və mənzil qanunvericiliyinin tələblərinə görə həmin tarixədək yaranmışdır. Yaşayış evinin üçüncü şəxs Cavabdeh ayrıca mülkiyyəti kimi dövlət qeydiyyatına alınması bu hüququna xitamına əsas vermir. İddianın yaşayış sahəsində yaşamağına maneçilik törətməsinin cavabdehə qadağan edilməsi tələbinə gəldikdə, məhkəmə hesab edir ki, İddiaçı köçdüyü evdə yaşamağına cavabdeh tərəfindən sonradan maneçilik törədilməsi məsuliyyətə səbəb olduğundan, bu məsələnin həlli «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi ilə tənzimləndiyinə görə bu hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 100 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanına köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar