Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-883/2023 26.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı xx.xx.2016-cı il təvəllüdlü X3 Şirvan şəhərində doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 28 yanvar 2016-cı ildə ailə həyatı qurmuş və qeyri rəsmi nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Sofiya adlı uşaqları maddi imkanı olmadığı üçün ev şəraitində doğmuşdur. Uşağının doğulması ilə bağlı həkim arayışı yoxdur. Halhazırda himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X9 məktəbli yaşına çatdığı üçün ona doğum haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 25 may 2023-cü il tarixli, 3-16-5/7-15-H-221/2-06/2023 nömrəli məktubu himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X5 doğum şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. xx.xx.2016-cı il təvəllüdlü X6 Ərizəçi qeydiyyatda olduğu və yaşadığı Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 103 A-da doğmuşdur. Bunu təsdiq edəcək şahidləri varkı onlar bu faktı məhkəmə iclasında təsdiq edəcəklər. Hal-hazırda himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X9 7 (yeddi) yaşına çatdığı üçün orta məktəbə sənədləri verilməlidir. Ona görə də xx.xx.2016-cı il təvəllüdlü X3 Şirvan şəhərində doğum faktının müəyyən olunması müəyyən edillməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Daha sonra Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.2016-cı il təvəllüdlü qadın cinsindən olan uşağı Şirvan şəhərində doğmasının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Ərizəçi, nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin, nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-8- 1/2-332 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/7-H-221/2-06/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1 dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü ilin 145 №-li Qərarının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün müvafiq sənədlərin olmadığı üçün ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, ərizəçi onun qızıdır. Qızı qeyri-rəsmi ailə qurmuş, ailə qurduqdan 3 ay sonra yaşadığı şəxslə aralarında olan anlaşılmamazlığın nəticəsi olaraq qızı onun evinə geri qayıtmışdır. Həmin vaxt qızı 3 aylıq hamilə olmuşdur. Uşaq vaxtından əvvəl 7 aylığında doğulmuşdur. Belə ki, qızının ağrıları olan vaxt həkimə müraciət etməmişdir. Uşaq ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o, ərizəçinin dayısı arvadıdır. Uşaq dünyaya gələn günü onun baldızı X7 ona zəng edərək, qızının sancıları olduğunu və təcili onlara gəlməsini xahiş etmişdir. O da, baldızıgilə gəlmiş və artıq gələndə Nigarın sancıları başlamış və sonra uşaq dünyaya gəlmişdir. Uşaq ev şəraitndə doğulmasında hər hansı bir narahatçılıq olmamışdır. Onların qız uşaqları olmuşdur. Uşaq hazırda sağlamdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X1 X4 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda həmçinin göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsinin doğum haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatı, şahidlərin ifadələri, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olundu ki, xx.xx.2000-ci il təvəllüdlü Şirvan şəhərində doğulmuş, milliyəti azərbaycanlı olan Ərizəçi xx.xx.2016-cı il tarixdə Şirvan şəhərində bir qız uşağı doğmuşdur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2000-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı Ərizəçi xx.xx.2016-cı il tarixdə Şirvan şəhərində bir qız uşağı doğmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-883/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-883/2023
26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver