Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-914/2025 04.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, İddiaçı cavabdeh X2 qarşı aliment, birgə nikah dövründə əldə edilmiş avtomaşının dəyərinin ½ hissəsinin verilməsi, mənzilə istifadə hüququ tanınmaqla istifadə qaydalarının müəyyən edilərək mənzilə giriş-çıxış yolunun ayrılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 07 aprel 2014-cü il tarixli, 173 nömrəli nikahlarından doğulmuş 24 noyabr 2016-cı il təvəllüdlü qızları X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin, birgə nikah dövründə 2016-cı il tarixdə əldə etmiş olduqları 2001-ci buraxılış ili olan “Mercedes” markalı, ** DS *** qeydiyyat nişanlı avtomaşının dəyəri olan 12000 manat pulun ½ hissəsinin, yəni 6000 (altı) min manat pulun Cavabdeh alınaraq ona verilməsi, cavabdehin mülkiyyətində olan Şirvan şəhəri, M.Hüseynzadə küçəsi, 17A nömrəli evə istifadə hüququ tanınmaqla həmin evdən istifadə qaydalarının müəyyən edilərək cavabdehlə evə giriş-çıxış yolunun ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia tələbindən aşkar surətdə göründüyü kimi, iddiaçının iddia tələbi bir-biri ilə əlaqədar olmamaqla, iddiaçı iddia ərizəsində ayrı-ayrılıqda baxılmalı olan müstəqil tələbləri bir tələbdə birləşdirmişdir. Göründüyü kimi, aliment tələbinə dair işə baxarkən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə sazişin olub-olmaması, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olubolmaması, tərəfin qazancı və ya sair gəlirinin olub-olmaması, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkünlüyünü, alimentin tutulmasının çətinlik törətməsi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozub-pozmadığı, başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilməsi, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halların nəzərə alınması, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhkəmənin həll etdiyi məsələlərdəndir. Lakin, iddiaçının birgə nikah dövründə əldə edilmiş avtomaşının dəyərinin ½ hissəsinin verilməsi və mənzilə istifadə hüququ tanınmaqla istifadə qaydalarının müəyyən edilərək mənzilə giriş-çıxış yolunun ayrılması tələbinə dair hissəsində olan iddia tələbləri aliment məhkəmə qaydasında təyin edilən zaman bir-biri ilə əlaqədar olmayan müstəqil tələblərdir və birlikdə baxılması mümkün deyil. Buna görə də məhkəmə hesab edir ki, həmin tələblər aliment barəsində iddia tələbi ilə birlikdə baxılıb həll edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, aliment tələbinə dair iddialar üzrə iddiaçı “Dövlət rüsumu haqqında” qanununun 9.1.2-ci maddəsinə əsasən dövət rüsumunun ödənilməsindən azad edilsə də, hazırkı müraciəti üzrə iddiaçının bir iddiada verimiş olduğu digər tələblər üzrə dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” qanununun 8.2-ci bəndinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə rüsum 100 manat məbləğində müəyyən edilmişdir. Həmin Qanunun 8.1.2-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanmaqla dövlət rüsumu ödənilir. İddia ərizəsinə əlavə edilmiş qəbzdən isə görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh X2 qarşı aliment, birgə nikah dövründə əldə edilmiş avtomaşının dəyərinin ½ hissəsinin verilməsi, mənzilə istifadə hüququ tanınmaqla istifadə qaydalarının müəyyən edilərək mənzilə giriş-çıxış yolunun ayrılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu (Çekin nömrəsi: 73597492, xx.xx.2025-ci il tarixli) İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-914/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-914/2025
04.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver