Məhkəmə qərarları › İş №2(032)-979/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-979/2025

02.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-979/2025 02.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X15 ilə Ərizəçi birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X10 Şirvan şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X15 arasında Azərbaycan Respublikası Sabirabad rayon rayonu Pokrovka (Qaratəpə) KƏN tərəfindən xx.xx.1987-ci il tarixdə nikahları qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.1989-cu il təvəllüdlü X16, xx.xx.1991ci il təvəllüdlü X17, xx.xx.1993-cü il təvəllüdlü X18, xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2006-cı il təvəllüdlü X19 adlı uşaqları anadan olmuşdur. xx.xx.2006-cı il tarixdə vəziyyətinin dəyişməsi və Rənanın dünyaya gəlməsi ilə əlaqədar doğuş ev şəraitində aparılmışdır. Belə ki, yaşadıqları ünvan 1 ünvanında fərdi yaşayış evində səhhətinin dəyişməsi ilə əlaqədar ailə üzvlərinin evdə olduğu müddətdə vəziyyəti dəyişdi. Bu zaman həyat yoldaşı, qonşuları olan X6 və X7 adlı xanımları evə dəvət etdi. Ev şəraitində qızı dünyaya gəlmişdir. Övladı doğulduqdan sonra Şirvan şəhər Mərkəzi Xəstəxanasına getdilər. Təlaşdan təcili tibbi yardım çağırılmamışdır. Şirvan şəhər Mərkəzi Xəstəxanasından övladı həkim tərəfindən müayinə olunmaqla, adına tibbi sənədlər hazırlanmışdır. Bundan başqa qeyd edilənləri məhkəmə iclasında sübuta yetirəcək və ya təsdiq edəcək şahidləri də vardır. Qızının doğum haqqında şəhadətnaməsinin alınması üçün bir neçə dəfə cəhdləri səhlənkarlığında əldə edilməsi mümkün olmamışdır. Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi.Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad rayonu Pakrovka (Qaratəpə) kəndi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X15 ilə X8 arasında xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuş və bu bardə nikah haqqında akt qeyd kitabında 19 nömrəli akt tərtib edilmişdir.Nikahdan sonra arvada “Babayeva” soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər Qeydiyyat X1 xx.xx.2025-ci il tarixli 3-16-5/7-15-151 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2 dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü ilin 145 №-li Qərarının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün müvafiq sənədlərin olmadığı üçün ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, Ərizəçi qonşusudur. Ceyrana doğuş zamanı köməklik etmişdir. Ərizəçi 04 avqust 2006-cı il tarixdə qız övladı dünyaya gəlmişdir. Həmin vaxtdan etibarən qonşusu olaraq Ərizəçi qızının Rəna Babayeva olması ona məlumdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3, X19 və X20 şahid Rəfiqə Mikayılovanın ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X2 X5 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda həmçinin göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsinin doğum haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatı, şahidin ifadəsi, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olundu ki, xx.xx.1968-ci il təvəllüdlü Şirvan şəhərində doğulmuş, milliyəti azərbaycanlı olan Ərizəçi xx.xx.2006-cı il tarixdə Şirvan şəhərində bir qız uşağı doğmuşdur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X10 04 avqust 2006-cı ildə Şirvan şəhərində anadan olması, valideynlərinin atası- X11, anası-Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamə aidiyyəti qurumlarda müvafiq qeydlər aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar