Məhkəmə qərarları › İş №2(032)-98/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-98/2023

27.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-98/2023 27.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1, onların vəkili Vəkil iştirakıları ilə, iddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətlərində olan Şirvan şəhər, T.İsmayılov küçəsi 11 saylı evin 47 saylı mənzilindən (Yeni qaydalarla: AZ1800, Şirvan şəhər T.İsmayılov küçəsi 157, M4, mənzil 1) çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhər məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(032)-136/2020 saylı qətnaməsi ilə onlar cavabdehlər Cavabdeh və X6 qarşı Şirvan şəhəri, T.İsmayılov küçəsi,ev 11,mənzil 47 ünvanında yerləşən ümumi sahəsi 78,2 kv.m-dən ibarət 4 otaqlı mənzilin Şirvan şəhər Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(032)-142/2019 saylı qətnaməsində göstərilmiş qaydada bölünməklə Cavabdeh 1/3 hissə, özlərinə 1/3 hissə olmaqla, ikisinə 2/3 hissədə payların naturada bölgüsünün aparılması, belə bölgü mümkün olmadığı halda onların paylarına düşən dəyərə uyğun məbləğdə nəğd şəkildə Cavabdeh tərəfindən ödənilməsi, bu mümkün olmadığı halda həmin daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin müvafiq olaraq cavabdehə 1/3 hissə, onlara ümumilikdə 2/3 hissə olaraq ödəniməsi və digər cavabdeh X6 iddiaçılar tərəfindən 2000 manat ödənilməklə onun da istifadə hüququna xitam verilməsi barədə ərizələri təmin edilmiş, Şirvan şəhəri T.İsmayılov küçəsi ev 11, mənzil 47nin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər və Cavabdeh arasında onların paylarına uyğun mütənasib şəkildə bölüşdürülməsi, cavabdeh X6 6000 manat ödənilməsi və onun Şirvan şəhər,T.İsmayılov küçəsi 157,M4,m1-dən istifadə hüququna xitam verilməsi,cavabdehlər Cavabdeh və X3 müştərək qaydada keçirilmiş məhkəmə-likinti ekspertizasının tədqiqatının dəyəri 100 manat dövlət nəfinə və daşınmaz əmlakın qiymətləndirilməsinin aparılması məqsədi ilə keçirilmiş ekspertizanın dəyərinin 150 manat alınaraq”UNİPRİCE”MMC-yə ödənilməsi qət edilmişdir. 11 04.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Şirvan şəhəri,T. İsmayılov küçəsində yerləşən, 11 saylı evin, 47 saylı mənzili (Yeni qaydalarla T.İsmayılov küçəsi 157,M 4 mənzil 1) onlar tərəfindən "xxxx"MMC X4 Protokol №39, xx.xx.2022-ci il tarixli, 39 nömrəli Protokola əsasən keçirilmiş hərracın qalibi olaraq əmlak onlar almış, dəyəri olan 36400 manat pul nəğd şəkildə Hərrac mərkəzinə ödənilmişdir. Hərrac keçirildikdən sonra cavabdeh olan X6 onlar 6000 manat pul ödənilmiş və onun istifadə hüququna xitam verilmişdir. Lakin cavabdeh X5 əmlakın satışından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ona düşən payı götürməkdən imtina edərək, bu günədək də evdən çıxmaq istəmir. Cavabdehin payına düşən məbləğ ‘‘Kapital Bankın” Şirvan şəhər şöbəsində Şirvan İcra və Probasiya Şöbəsinin depozit hesabındadır.Cavabdehin mülkiyyətində olan evdən çıxmaması onların mülkiyyət hüquqlarını pozur, mülkiyyətdən sərbəst istifadə etməyə imkan vermir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 (hər biri ayrı-ayrılıqda) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını, vəkillərin çıxışını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(032)- 142/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 11,mənzil 47-ə dair Əzimova Mülkican Həsən qızı, İddiaçı1 və Cavabdeh hər birinə 1/3 pay müəyyən edilsin və onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(032)- 136/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Şirvan şəhəri, T.İsmayılov küçəsi ev 11, mənzil 47 açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti mülkiyyətçilər və Cavabdeh arasında onların paylarına uyğun mütənasib şəkildə bölüşdürülməsi, cavabdeh X6 6000 manat ödənilməsi və onun Şirvan şəhəri, T.İsmayılov küçəs 157, M4, m 1-də istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh və X3 müştərək qaydada iş üzrə keçirilmiş məhkəmə tikini-texniki ekspertizanın tədqiqatının dəyəri 100 manat dövlət nəfinə və daşınmaz əmlakın qiymətləndirilməsinin aparılması məqsədi ilə keçirilmiş ekspertizanın dəyəri 150 manat alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 11 04.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləyə əsasən Şirvan şəhəri,T. İsmayılov küçəsində yerləşən, 11 saylı evin, 47 saylı mənzili (Yeni qaydalarla T.İsmayılov küçəsi 157,M 4 mənzil 1) iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən "xxxx"MMC X4 Protokol №39, xx.xx.2022-ci il tarixli, 39 nömrəli Protokola əsasən keçirilmiş hərracın qalibi olaraq əmlakı almışlar, dəyəri olan 36400 manat pul nəğd şəkildə Hərrac mərkəzinə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin Cavabdeh ünvanlanmış 04 may 2022-ci il tarixli, 774/10-11 saylı məktubdan görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-136/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 11, mənzil 47 açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaiti mülkiyyətçilər və Cavabdeh arasında onların paylarına uyğun mütənasib şəkildə bölüşdürülməlidir. X1 6000 manat ödənilməli və onun Şirvan şəhəri, T.İsmayılov küçəsi 157, M4, m 1-də istifadə hüququna xitam verilməlidir. İcra tədbirləri zamanı Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən 11 saylı evin 47 nömrəli mənzili qiymətləndirici ekspert tərəfindən 52.000 (əlli iki min) manat məbləğində qiymətləndirilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq sözü gedən mənzil satılması üçün hərraca çıxarılmış və 11 aprel 2022-ci il tarixdə İddiaçı2 və İddiaçı1 tərəfindən 36400 (otuz altı min dörd yüz) manata əldə edilmişdir. Qətnaməyə uyğun olaraq evin satışınan əldə edilmiş pul vəsaitidən Sizə çatacaq 1/3 pay, yəni 12134 (on iki min yüz otuz dörd) manat məbləğində pul vəsaiti şöbənin depozit hesabına köçürülmüşdür. Ona görə də pul vəsaitinin ödənilməsi üçün cavabdehə məxsus bank hesabının şöbəyə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan 27 oktyabr 2022-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərardan görünür ki, Şirvan şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(032)-136/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Reyestr nömrəsi **********03-05101- 093040, Qeydiyyat nömrəsi ********** olan ünvan 5 ünvanında yerləşən 47 saylı mənzil, (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi 157, m 4, m 1) 1/2 hissəsi İddiaçı2, 1/2 hissəsi İddiaçı1 daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə bu hissədə tədqiq edilmiş sübutlara qiymət verərək və qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(032)-136/2020 saylı qətnaməsinin olmasını və icra olunaraq icra vərəqəsinə xitam verilməsini nəzərə alıb, hesab edir ki, mübahisəli mənzil hərraca çıxarılmış, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən 36400 (otuz altı min dörd yüz) manata əldə edilmişdir. Qətnaməyə uyğun olaraq evin satışınan əldə edilmiş pul vəsaitidən cavabdehə çatacaq 1/3 pay, yəni 12134 (on iki min yüz otuz dörd) manat məbləğində pul vəsaiti Şirvan şəhəri üzrə İcra və Probasiya şöbənin depozit hesabına köçürüldüyündən Cavabdeh mübahisəli yaşayış sahəsindən mülkiyyət hüququ qalmamışdır. Azərbaycan Republikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə,o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər,ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər,həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın,yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində ünvan 5 ünvanında yerləşən 47 saylı mənzilinə (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi 157, m 4, m 1) sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququ bərpa edilməli, mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə iddiaçılar İddiaçı2 və İddiaçı1 oğluna məxsus olan mübahisəli mənzildən çıxarılmalı, bununla da iddia təmin olunmalıdır. O ki qaldı, Cavabdeh ünvan 5 ünvanında yerləşən 47 saylı mənzilində (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi 157, m 4, m 1) qeydiyyatda olmasına, məhkəmə nəzərə çatdırır ki, » Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bu isə o deməkdir ki, mənzilə daimi qeydiyyat icazə xarakteri daşımadığından əmlak hüquqları yaratmır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manat alınaraq İddiaçılar İddiaçı2 və İddiaçı1 verilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsus ünvan 5 ünvanında yerləşən 47 saylı mənzilindən (yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi 157, m 4, m 1)çıxarılsın. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manat alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN:ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar