Məhkəmə qərarları › İş №2(033)-114/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-114/2021

08.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-114/2021 08.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X10 katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehlər Cavabdeh1, X8 və X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X12 və X5 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Kebeloba kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,1138 ha torpaq sahəsi və AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,10 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehin çıxarılmasına, həmin torpaq sahəsinin ona təhvil verilməsinə, vəkilə ödənilmiş 100 manat xidmət haqqının, notariat xidməti üçün ödənilmiş 10 manat rüsumun və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Kebeloba kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,1138 ha torpaq sahəsinin və AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,10 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehlər Cavabdeh1 və X4 çıxarılmasına, həmin torpaq sahəsinin ona təhvil verilməsinə, vəkilə ödənilmiş 100 manat xidmət haqqının, notariat xidməti üçün ödənilmiş 10 manat rüsumun və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, həyat yoldaşı olan iddiaçının xüsusi mülkiyyətində Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0.1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,10 ha yaşayış məntəqələrinin torpaqları vardır. 0.1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan və 0,10 ha yaşayış məntəqələrinin torpaqları Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmin torpaq sahələrinin qonşuluğunda yaşayan cavabdeh X6 iddiaçının mülkiyyətində olan 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin, cavabdehlər Cavabdeh1 və X12 isə iddiaçının mülkiyyətində olan 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsini zəbt edərək öz məqsədləri üçün istifadə edir və iddiaçını öz torpağından istifadə etməyə qoymur. Beləliklə də, İddiaçı mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuşdur. Dəfələrlə cavabdehlərdən zəbt etdiyi torpaq sahəsindən çıxmalarını tələb etsə də, heç bir müsbət nəticə almamışdır. Cavabdehlər könüllü olaraq torpaqdan çıxmadığına görə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi faktı ərizəyə əlavə edilmiş sənədlər bir daha təsdiq edir. Bundan başqa torpağın zəbt olunmasını həmin torpaq sahəsinə yerində baxış keçirməklə də subuta yetirmək mümkündür. Zaqatala Rayon Məhkəməsinin qərardadına əsasən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyi ilə tanış olmuşdur. İddia ərizəsində göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 və X12 iddia tələbini qəbul etməyərək, izahatlarında özlərinə məxsus torpaq sahəsindən istifadə etdikləri bildirdilər. Ekspert rəyi ilə tanış olduqlarını qeyd edərək rəydə göstərilənlərlə razı olmadıqlarını bildirdilər və iddia ərizəsinin əsassız olduğundan rədd edilməsini xahiş etdilər. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh qismində cəlb edilmiş X6 izahatında göstərdi ki, həqiqətən də onunla İddiaçı mülkiyyətində olan torpaq sahələri qonşu ərazilərdə yerləşir. Lakin o iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və özünə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsindən istifadə edir. Ekspert rəyi ilə tanış olmuş və ekspert rəyində onun tərəfindən zəbt edildiyi qeyd edilən torpaq sahəsindən çıxaraq həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsinə etiraz etmir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 5 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində aparılmış qeydiyyata əsasən Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 36,35 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında 14.09.2020-ci il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 98 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində aparılmış qeydiyyata əsasən Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında 14.09.2020-ci il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 15323 nömrəli 05.1.2020-ci il tarixli qəbzdən görünür ki, Gəncəliyev Abdulla Rasul oğlu tərəfindən notariat haqqı olaraq 10 manat ödəniş edilmişdir. İşdə olan 05.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, X13 tərəfindən 100 manat xidmət pulu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC tərəfindən 653 nömrəli, 08 yanvar 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 14.09.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Zaqatala rayonu, Kebeloba kəndində yerləşən üzərində İddiaçı məxsus ümumi sahəsi 36,35 kv.m olan fərdi yaşayış evi olan 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 40 kv.m hissəsi cavabdeh X6 tərəfindən istifadə olunan torpaq sahəsi daxilində olması müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 14.09.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 250 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və X8 faktiki istifadə etdikləri torpaq sahəsinin daxilində yerləşir. Rəyə ortofotoplan və baxış aktı əlavə olunur. Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Zaqatala rayonu Kebeloba kəndində yerləşən üzərində İddiaçı məxsus ümumi sahəsi 36,35 kv.m olan fərdi yaşayış evi olan 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və Zaqatala rayonu Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyəti kimi onun adına qeydə alınmışdır. Hazırda cavabdeh X1 rayonu Zaqatala rayonu Kebeloba kəndində yerləşən üzərində İddiaçı məxsus ümumi sahəsi 36,35 kv.m olan fərdi yaşayış evi olan 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 40 kv.m hissəsini zəbt etmiş, cavabdehlər Cavabdeh1 və X12 isə Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 250 kv.m hissəsini zəbt etmişlər. Cavabdehlər iddiaçının həmin torpaq sahəsindən istifadə və sahiblik etməsinə maneçilik törədirlər. İddiaçı öz mülkiyyətində olan torpaq sahələrindən cavabdehlərin çıxarılmasını və həmin torpaq sahəsinin ona təhvil verilməsini, notarial xidmətlər üçün ödənilmiş 10 manat dövlət rüsumunun və vəkilin xidmət haqqı olaraq ödənilmiş 100 manat pulun cavabdehlərdən alınaraq ona verilməsini tələb edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehlər Cavabdeh1 və X12 iddiaçıya məxsus Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 250 kv.m hissəsini, cavabdeh X6 iddiaçıya məxsus 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 40 kv.m hissəsini zəbt etmişlər. Cavabdehlərin torpaq sahələrinin həmin hissələri üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlərin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edirlər. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahələrindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehlər Cavabdeh1 və X12 iddiaçıya məxsus Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 250 kv.m hissəsindən, cavabdeh X6 isə iddiaçıya məxsus 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 40 kv.m hissəsindən çıxarılmalıdırlar. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1 və X8 iddiaçıya məxsus Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 250 kv.m hissəsi, cavabdeh X4 iddiaçıya məxsus 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 40 kv.m hissəsi üzərində heç bir hüquqları yoxdur. Qeyd olunanlar ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 100 manat xidmət haqqının, cavabdehlərdən tutularaq ona verilməsinə dair hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, qanunvericilikdə vəklin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 100 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X17rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında bütün xərclər üçün 100 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və X2 rayonu Kebeloba kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdikləri 250 kv.m hissəsindən çıxarılmalı, cavabdeh X6 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən üzərində ümumi sahəsi 36,35 kv.m olan fərdi yaşayış evinin olduğu 0,10 ha kənd yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin zəbt etdiyi 40 kv.m hissəsindən çıxarılmalı, torpaq sahələrinin həmin hissələri İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat cavabdehlərdən tutularaq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, notariat xidməti üçün ödənilmiş 10 manat və iddiaçının ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu da cavabdehlərdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X2 rayonu Kebeloba kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş ortofotoplana uyğun olaraq zəbt etdikləri 250 kv.m hissəsindən çıxarılsınlar. Həmin torpaq sahəsi iddiaçıya təhvil verilsin. Cavabdeh X6 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən üzərində ümumi sahəsi 36,35 kv.m olan fərdi yaşayış evinin olduğu 0,10 ha kənd yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş ortofotoplana uyğun olaraq zəbt etdiyi 40 kv.m hissəsindən çıxarılsın. Həmin torpaq sahəsi iddiaçıya təhvil verilsin. İddiaçı tərəfindən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, X12 və X3 müştərək qaydada alınaraq iddiaçı İddiaçı verilsin. İddiaçının dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu və notariat xidməti üçün ödənilmiş 10 (on) manat cavabdehlər Cavabdeh1, X12 və X3 müştərək qaydada alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, X12 və X3 müştərək qaydada 300 (üç yüz) manat ekspertiza xərci alınaraq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M\h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar