Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-12/2023 03.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Aydayeva Sevı̇ l Mı̇ xaylovnanın cavabdeh Osmanova Səı̇ də Kamal qızına qarşı “torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaqdan çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Aydayeva Sevı̇ l Mı̇ xaylovna cavabdeh Osmanova Səı̇ də Kamal qızına qarşı “torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Zaqatala şəhəri A.Həmidov küçəsi 73-də (əvvəlki Zaqatala rayonunun Zilban kəndi) yerləşən 0.0090 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdeh Osmanova Səı̇ də Kamal qızı tərəfindən tikilmiş qanunsuz tikilinin sonuncunun hesabına sökülməsi və həmin torpaq sahəsindən sonuncunun çıxarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxış iclası 20 aprel 2023-cü il tarixə saat 12-20-ə təyin edilmiş və tərəflərə bu barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin həmin tarixdə tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Mülki iş üzrə məhkəmə baxış iclasını 03 may 2023-cü il tarixə saat 12-15-ə təxirə salınmış və tərəflərə bu barədə rəsmi qaydada məlumat verilmiş, lakin həmin tarixdə də tərəflər məhkəməyə gəlməyərək gəlməmələrinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə tərəflərin məhkəmə çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi kimi qiymətləndirir və hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 və 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Aydayeva Sevı̇ l Mı̇ xaylovna tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı Aydayeva Sevı̇ l Mı̇ xaylovnanın cavabdeh Osmanova Səı̇ də Kamal qızına qarşı “torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı Aydayeva Sevı̇ l Mı̇ xaylovnaya geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Aydayeva Sevı̇ l Mı̇ xaylovnanın cavabdeh Osmanova Səı̇ də Kamal qızına qarşı “torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaqdan çıxarılma” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı Aydayeva Sevı̇ l Mı̇ xaylovnanın cavabdeh Osmanova Səı̇ də Kamal qızına qarşı “torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı Aydayeva Sevı̇ l Mı̇ xaylovnaya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №2(033)-12/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-12/2023
03.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver