Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1289/2019 13.12.2019 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Kərimova Şəhla Saleh qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1980-cı ildən hal-hazırki vaxta kimi heç bir dövlətin vətəndaşı olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, o, 19 may 1969-cu il tarixdə Dağıstan MSSR Mişleş kəndində anadan olmuşdur. 1980-cı ildən Azərbaycan Respublikası Zaqatala rayonu Qazangül qəsəbəsində yaşayır. 06 iyul 1985-ci il tarixdə Zaqatala rayon polis şöbəsində Azərbacan SSR-nin vətəndaşı kimi pasport almışdır. Pasportunda vərəqlər korlandığı üçün 11 mart 1987-ci il tarixdə yeni pasport almaq üçün Zaqatala RPŞ-nə müraciət etmişdir. Pasportu almamış hərbi xidmətə getmiş və 2 ildən sonra qayıtmışdır. Bundan sonra heç vaxt pasport və ya şəxsiyyət vəsiqəsi almaq üçün heç bir orqana müraciət etməmişdir. Fəhləliklə dolanan kasıb bir adamdır. Ailəlidir. Arvadı, uşaqları Azərbaycan Respublikasının vətəndaşıdır. Lakin o, Azərbaycan Respublikası vətəndaşına aid şəxsiyyət vəsiqəsini ala bilmir. Beş ildir ki, o, müxtəlif təşkilatlara müraciət etmiş, lakin şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Miqrasiya Xidməti ondan Rusiya vətəndaşı olmaması barədə sənəd tələb etmişdir. O, da həmin sənədi almaq üçün Rusiya Federasiyasının Azərbaycan Respublikasında olan səfirliyinə müraciət etmişdir. Səfirlikdən ona 17 yanvar 2019-cu il tarixdə arayış vermişlər ki, o, Rusiya vətəndaşı deyil və heç vaxt da oranın vətəndaşlığını qəbul etməmişdir. Bundan sonra Miqrasiya Xidməti ona məsləhət vermişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs nümayəndəsi X2 izahatında göstərdi ki, Ərizəçi müraciəti əsasında Azərbaycan Respublikası Maraqlı şəxsndə araşdırma aparılmış, onun hazırda Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərini rəhbər tutaraq ərizənin təmin edilməsinə Maraqlı şəxs tərəfindən etiraz edilmir. Eyni zamanda, məhkəməyə ərizə təqdim edərək ərizəçinin ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirir. Mülki iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin Konsul şöbəsi tərəfindən verilmiş 130/ko qeydiyyat nömrəli, 17 yanvar 2019-cu il tarixli arayışından görünür ki, 19 may 1969-cu il tarixdə Dağıstan MSSR Mişleş kəndində anadan olmuş Ərizəçi Rusiya Federasiyası vətəndaşlığını qəbul etməyib və Rusiya Federasiyasının vətəndaşlığı haqqında qanunvericiliyinə uyğun olaraq Rusiya Federasiyası vətəndaşı hesab olunmur. İşdə olan Azərbaycan Respublikası Maraqlı şəxs Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən 05 fevral 2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun 30 sentyabr 1998-ci il tarixli Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmaması müəyyən edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(033)-432/2019 nömrəli qətnaməsindən görünür ki, 19 may 1969-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuş Ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” 30 sentyabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. İş materiallarından da göründüyü kimi, 19 may 1969-cu il tarixdə Dağıstan MSSR Mişleş kəndində anadan olmuş Ərizəçi Rusiya Federasiyası vətəndaşlığını qəbul etməyib və Rusiya Federasiyasının vətəndaşlığı haqqında qanunvericiliyinə uyğun olaraq Rusiya Federasiyası vətəndaşı hesab olunmur. Həmçinin doğulduğu ölkənin vətəndaşlığına mənsub deyildir. Onun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı da müəyyən edilmişdir. Ərizəçi 03 avqust 1999-cu il tarixdən Zaqatala rayonu Qazangül qəsəbəsində qeydiyyatdadır. 2007-ci ildən isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayır, Azərbaycan dilində sərbəst danışa, oxuya və yaza bilir. Ərizəçi onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs də ərizənin təmin edilməsinə etiraz etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 19 may 1969cu il tarixdə Rusiya Federasiyasında anadan olmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Tələb etmədiyinə görə Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 19 may 1969-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-1289/2019
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1289/2019
13.12.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver