Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-142/2022 23.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Muxax kənd sakini Cavabdeh Mürsəl oğlundan ona olan 3500 (üç min beş yüz) manat pul borcunun və onun Zaqatala Rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 55 (əlli beş) manat dövlət rüsumunun cəmi 3555 (üç min beş yüz əlli beş) manat pulun Cavabdeh Mürsəl oğlundan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Qax rayonu Qaxbaş kəndində yaşayır. 2020-ci il tarixdə Zaqatala rayonu Muxax kənd sakini Cavabdeh Mürsəl oğlu ona məxsus olan Qax rayonunda Qaratala kəndində yerləşən fermaya ailəsi birlikdə işləmək üçün müraciət etmişdir. O həmin ilin mart ayından onu və ailəsini mal-qaraya baxmaq üçün işə götürmüşdür. Oradan iş müqabilində 1000 manat əmək haqqı alırdı. Bir müddət sonra 2021-ci ilin yanvar ayında ona yaxınlaşaraq özünə və ailəsinə borc pul lazım olduğunu bildirmişdir və ondan 7000 (yeddi min manat) borc pul almışdır. O hər ay maaşından bir hissəni (500 manat) borc qarşılığında ödəyəcəyini bildirmişdir. 7 (yeddi) ay ərzində 3500 (üç min beş yüz) manat ödəmişdir. Daha sonra aralarında yaşanan problemlərlə bağlı işdən çıxmışdır. Həmin vaxtdan sonra öz yaşadığı Zaqatala rayonuna qayıtmışdır. O daha sonra ondan xəbər ala bilməmişdir. Gözləmişdir ki, hər ay gətirib əvvəlki kimi borcunun bir hissəsini ödəyəcək. Lakin cavabdehin indiyə qədər həmin qalmış 3500 (üç min beş yüz) manat borcundan heçnə ödəməmişdir. Hazırda cavabdehin ona 3500 manat borcu var. Buna görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 55 manat dövlət rüsumu ödəmişdir. Göstərdiklərini nəzərə alaraq Cavabdeh borc verdiyi 3500 manat məbləğində pulun və 55 manat məhkəmə üçün ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh Mürsəl oğlu izahat verərək göstərdi ki, o iddiaçıya məxsus Qax rayonunda yerləşən fermada çoban kimi ailəsi ilə birgə işləmişdir. İddiaçıdan 2021-ci ilin əvvəlində maddi vəziyyəti pis olduğundan kömək üçün pul istəmişdir. İddiaçı da ona 7000 manat pul vermişdir, İddiaçı həmin borcun bir hissəsini aylıq əmək haqqından tutmuşdur. Ümumilikdə 3500 manat pul iddiaçıya ödəmişdir. O həmin pulun iddiaçı tərəfindən ona kömək məqsədi ilə verildiyini düşünmüş və buna görə ona geri qaytarmamışdır. Bir müddət sonra işlədiyi iddiaçının fermasından işdən çıxdığını və bundan sonra ona hər hansı ödəniş etmədiyi bildirdi. Hazırda borcu qəbul edir, lakin qeyd edilən borcu ödəmək üçün vəsaiti yoxdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh yazaraq imzaladığı 07.09.2021-ci il tarixli qəbzdən görünür ki, o, İddiaçı 2021-ci ilin yanvar ayında 7000 manat pul almışdır. Həmin borcdan 3500 manat pulu ödəmişdir. Hazırda onun İddiaçı 3500 manat borcu vardır. Həmin borcu ödəyəcəyinə dair söz verir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 2021-ci ilin əvvəlində 7000 manat borc pul götürmüşdür. Cavabdeh həmin pulun 3500 manat hissəsini 2019-cu ilin sentyabr ayının 7-dək qaytarmış, yerdə qalan 3500 manat hissəsini isə qaytaracağını söz vermişdir. Lakin qalıq qalmış pulu bu günədək iddiaçıya qaytarmamışdır. Cavabdeh İddiaçı borc aldığı 7000 manat pulun 3500 hissəsini qaytaracağını öz imzası ilə təsdiq etmiş, bununla bağlı qəbz yazaraq imzalamış və işin bu halını mübahisələndirmədiyini bildirmişdir. İşin bu halı tərəflərin izahatları ilə yanaşı, cavabdeh tərəfindən imzalanmış 07.09.2021-ci il tarixli qəbzlə də təsdiq edilir. Cavabdeh iddiaçıya olan borcunu ödəmədiyindən, iddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən borcunu tələb edir. Cavabdeh də iddiaçıya borcunun olduğunu etiraf edir. Lakin həmin pulun ona yardım üçün verildiyini zənn etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. İş materialları ilə də müəyyən olunur ki, borclu Cavabdeh yazılı borc müqaviləsinə (qəbzə) əsasən müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Məhkəmə işdə olan Cavabdeh yazaraq imzaladığı qəbzi və tərəflərin təqdim etdiyi sübutları borcun olmasını təsdiq edən sübut qismində qiymətləndirir. Göründüyü kimi, İddiaçı tələbində Cavabdeh ona 3500 manat borcunun olduğunu bildirir və Cavabdeh həmin pulun alınaraq ona verilməsini tələb edir. Eyni zamanda Cavabdeh da İddiaçı 3500 manat borcu olduğunu etiraf edir. Lakin həmin borcu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən də iddiaçı müqavilə üzrə yaranmış 3500 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə hesab edir ki, 3500 manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən Cavabdeh 55 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu, ümumilikdə 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-142/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-142/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver