Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-179/2025 18.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil1 və nümayəndəsi vəkili Vəkil3 Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 Cahangir oğlunun və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh2 Cahangir oğluna qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Cahangir oğlunun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh2 Cahangir oğluna qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdeh Rusiya Federasiyası vətəndaşı Cavabdeh2 Cahangir oğlunun, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala şəhəri, Anar Həmidov küçəsi ev 98 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı 10 mart 2016-cı il tarixdə Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən, Zaqatala şəhəri, Anar Həmidov küçəsi ev 98 ünvanında yerləşən fərdi yaşayış evini şəxsi vəsaiti hesabına əldə etmişdir. İddiaçı, qızı və nəvələri ilə birlikdə sözü gedən fərdi yaşayış evində 2022-ci ilə kimi yaşayıblar. İddiaçının qızı Şəhla Həmidova ilə həyat yoldaşı Cavabdeh2la nikahları Zaqatala rayon Məhkəməsinin 2(033)-156/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh2 iddiaçını, onun qızını və üç nəvəsini evdən zor tətbiq etməklə çıxarmış və küçəyə atmışdır. 2022-ci ildən bu günə kimi iddiaçı, qızı və üç nəvəsi Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayırlar. Cavabdeh Əhmədov X5 federasiyası vətəndaşıdır, Azərbaycan Respublikasında müvəqqəti yaşamasına dair heç bir sənədi yoxdur və heç vaxt olmayıb. Onun Rusiya Federasiyası tərəfindən verilmiş pasportunun müddəti də bitmişdir. Cavabdehin sənədi olmadığı üçün iddia ərizəsi elektron qaydada yox, kağız daşıyıcıda məhkəməyə təqdim edilir. Cavabdeh2 əvvəllər sözü gedən fərdi yaşayış evində heç vaxt yaşamamışdır. Cavabdeh hal-hazırda Azərbaycan Respublikasında və iddiaçıya məxsus fərdi yaşayış evində qanunsuz olaraq yaşayır, icarəyə verir və gəlir əldə edir. İddiaçı dəfələrlə cavabdehdən evin sülh yolu ilə geri təhvil verilməsini tələb etmiş, lakin heç bir nəticə əldə edilməmişdir. İddiaçı dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Cavabdeh fərdi yaşayış evini iddiaçıya təhvil vermir, iddiaçının mülkiyyətindən qanunsuz olaraq istifadə edir, qazanc əldə etmək məqsədi ilə evi gündəlik və aylıq kirayəyə verir. Cavabdeh iddiaçıya məxsus evin bütün əşyalarını dəyər dəyməzə gəlir əldə etmək məqsədilə satır. İddiaçı tərəfindən dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Baş Prokuroruna, Azərbaycan Respublikası Miqrasiya Xidmətinə, Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkilinə şikayətlər etmiş, Cavabdeh2 Cahangir oğlunun qanunsuz əməllərinə qiymət verilməsini xahiş etmişdir. Zaqatala rayon polis şöbəsi 3-13-118-H-71144/11/24 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətinə münasibət bildirmiş və qeyd etmişdir ki, müraciətlə bağlı məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkilinə etdiyi şikayətə cavab olaraq bildirilmişdir ki, iddiaçının qızı Şəhla Həmidovaya qarşı qanunazidd hərəkətlərə yol verilməyəcəyi barədə polis orqanları tərəfindən Cavabdeh2 iltizam alınmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi və dəlilləri: İşə mahiyyəti üzrə baxılarkən Cavabdeh2 Cahangir oğlu İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2016-cı il tarixində Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunda Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısı ilə əlaqədar bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 30000 (otuz min) manat pulun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli yaşayış evi iddiaçının mülkiyyətində olmasına baxmayaraq həmin evi o almış və indiyə qədər də həmin evdə yaşayır. O, Rusiya Federasiyasına işləmək üçün getmiş və oradan ev almaq üçün ayrı-ayrı vaxtlarda pullar göndərmiş, eyni zamanda Rusiyadan gələndə də pul gətirmişdir. Lakin evi keçmiş qaynanası İddiaçı öz adına almışdır. O, Rusiya Federasiyasının vətəndaşı olsa da evi onun adına ala bilərdi. Lakin cavabdeh onu aldadaraq onun göndərdiyi və Rusiyadan gələndə gətirdiyi pullarla evi öz adına rəsmiləşdirmişdir. Cavabdehin qızı Şəhla Həmidova ilə onların nikahları 2022-ci ildə Zaqatala rayon məhkəməsində pozulmuşdur. Onlar boşandıqdan sonra Şəhla Həmidova uşaqları da götürüb anasının evinə getmişdir. 2022-ci ildən Şəhla Həmidova uşaqlarla birlikdə Bakı şəhərində yaşayır. O isə indiyə qədər həmin evdə yaşamış və hal-hazırda da həmin evdə yaşayır. Lakin indi cavabdeh onun pulları ilə alınmış evdən onu çıxarmaq istəyir. Ona görə də o məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ilə müraciət edir. Qeyd etdiyi bu faktlar İddiaçı Zaqatala rayon X7 Bölməsinə verdiyi izahatla bir daha sübut olunur. O, izahatında etiraf edir ki, o, və qızı heç bir yerdə işləməmişlər və heç bir qazancları olmamışdır. Həmin mübahisəli ev onun və arvadının birgə nikah dövründə onun Rusiyadan göndərdiyi pullar hesabına alınmışdır. O pulları bank vasitəsi ilə göndərmişdir. İlk iddia tələbinə qarşı etirazın dəlilləri: İlk iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Qarşılıqlı iddia tələbinə qarşı etirazın dəlilləri: 23 noyabr 2025-ci il tarixdə ilk iddia üzrə İddiaçı nümayəndəsi Vəkil1 qarşılıqlı iddia tələbinə qarşı yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Cahangir oğlu AR Mülki Məcəlləsinin 373-cü maddəsinin tələbinə əsasən, hər iki tələb üzrə iddia müddətini ötürmüşdür. Nəzərə alınmalı və məhkəmə mövcud hala münasibət bildirməlidir. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.1) Bildirir ki, Zaqatala şəhəri, Anar Həmidov küçəsi ev 98 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı 10 mart 2016-cı il tarixdə Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən, Zaqatala şəhəri, Anar Həmidov küçəsi ev 98 ünvanında yerləşən fərdi yaşayış evini şəxsi vəsaiti hesabına əldə etmişdir. İddiaçı, qızı və nəvələri ilə birlikdə sözü gedən fərdi yaşayış evində 2022-ci ilə kimi yaşayıblar. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 Cahangir oğlu qeyd olunan ünvanda heç vaxt yaşamamışdır. 2022-ci il tarixdə o, iddiaçı, qızı və nəvələri sözü gedən fərdi yaşayış evindən Cavabdeh2 tərəfindən hədə-qorxu ilə məcburi qaydada çıxarılmışdırlar. İki ilə yaxındır ki, iddiaçı, qızı və nəvələri ilə birlikdə Bakı şəhərində kirayə yaşayır. İddiaçı, Zaqatala şəhəri, Anar Həmidov küçəsi ev 98 ünvanında yerləşən fərdi yaşayış evindən başqa yaşayacaq evi yoxdur. İddiaçı əri X4 uzun müddət Rusiya Federasiyasında, Krasnodar vilayətində yaşamış və orada işləmişdir. O, arvadı İddiaçı müəyyən şəxslərlə mütəmadi pul göndərmişdir. İddiaçı ərinin göndərdiyi pulları yığaraq Zaqatala şəhəri, Anar Həmidov küçəsi ev 98 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. X4 21 sentyabr 2022-ci il tarixdə Rusiya Federasiyasında ölmüşdür. (Ölüm haqqında şəhadətnamə İİİ-BA № 768539) 2) Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 Cahangir oğlu İddiaçı Rusiya Federasiyasından heç vaxt pul göndərməyib və qarşılıqlı iddia ərizəsinə və məhkəməyə qeyd olunanlara dair heç bir sübut təqdim etməmişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 3) İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2, 2022-ci ildə İddiaçı Cahangir qızını, onun qızı Şəhla Həmidovanı və üç övladını ölümlə hədə-qorxu gəlməklə məcburi qaydada evdən çıxarmışdır. Dəfələrlə Cavabdeh2 şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq o, İddiaçı mülkiyyətini tərk etməmişdir. İddiaçı tərəfindən dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Baş Prokuroruna, Azərbaycan Respublikası Miqrasiya Xidmətinə, Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkilinə şikayətlər etmiş, Cavabdeh2 Cahangir oğlunun qanunsuz əməllərinə qiymət verilməsini xahiş etmişdir. Zaqatala rayon polis şöbəsi 3-13-118-H-71144/11/24 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətinə münasibət bildirmiş və müraciətlə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkilinə etdiyi şikayətə cavab olaraq bildirilmişdir ki, iddiaçının qızı Şəhla Həmidovaya qarşı qanunazidd hərəkətlərə yol verilməyəcəyi barədə polis orqanları tərəfindən Cavabdeh2 iltizam alınmışdır. 4) İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 Cahangir oğlu, İddiaçı Cahangir qızına məxsus evdə olan məişət əşyalarını dəyər-dəyməzə satmışdır. İddiaçı hal-hazırda mülkiyyətinə daxil ola bilmədiyi üçün real dəymiş ziyanı müəyyən edə bilmir. Ziyan müəyyən olunduqdan sonra satılmış əşyaların dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəkdir. Odur ki, ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 Cahangir oğlunun qarşılıqlı iddia ərizəsi əsassız hesab edilərək rədd edilməlidir. 04 noyabr 2024-cü il tarixdə ilk iddia üzrə İddiaçı nümayəndəsi Vəkil3 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, Cavabdeh2 Cahangir oğlu xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 30000 manat pulun tutulması” tələbi ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə alqı-satqı müqaviləsi xx.xx.2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin qarşılıqlı iddia ərizəsindən göründüyü kimi iddiaçı özü bildirmişdir ki, alqı-satqı müqaviləsindən 2016-ci ildən xəbər olmuşdur və buna baxmayaraq İddiaçı Cavabdeh2 Cahangir oğluna qarşı fərdi yaşayış evindən çıxarılması tələbindən sonra cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. 2016-cı ildən bu günə kimi fərdi yaşayış evi ilə bağlı heç bir iddia irəli sürməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Cahangir oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 30 000 manat pulun tutulması” tələbinə dair heç bir sübutu olmadığından həmçinin iddia müddətini ötürdüyü səbəbindən onun tərəfindən verilən qarşılıqlı iddia rədd olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında ilk iddia üzrə iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərdi ki, sözügedən ev 2016-cı ildə alqı-satqı yolu ilə alınmış və dövlət qeydiyyatına alınaraq Çıxarış verilmişdir. İlk iddia üzrə iddiaçının qızı Şəhla Həmidova ilə ilk iddia üzrə Cavabdeh2 arasında bağlanmış nikah məhkəmə qərarı ilə pozulmuşdur. Cavabdeh2 mübahisəli evi boşaldacağını bildirsə də sonradan bundan imtina etmişdir. Hətta ilk iddia üzrə cavabdeh ona da 1 ay müddətində evi boşaldacağı barədə söz vermişdir. Evin alqı-satqı müqaviləsinin bağlanmasından 10 ilə yaxın vaxt keçmişdir. Lakin ilk iddia üzrə cavabdeh həmin müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 30000 manat tələbin isə nə üçün irəli sürüldüyü bilinmir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Rusiya Federasiyasından ailəsini dolandırmaq üçün pul göndərmişdir. Əgər tələbdə göstərilmiş pul evin alınması məqsədi ilə göndərilmişdirsə qarşılıqlı iddia üzrə iddia bunu sübut etməlidir. İlk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, İddiaçı nümayəndəsi Vəkil3 məhkəmə iclasında ilk iddia üzrə iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərdi ki, ilk iddia üzə iddiaçı mübahisəli evi ərinin pulu ilə almışdır. İlk iddia üzrə iddiaçının Şəhla Həmidovadan başqa iki övladı da vardır. O, evi nəvəsinə bağışlaya bilməz. Belə ki, övladları arasında dava düşə bilər. Mübahisəli evi yalnız ilk iddia üzrə iddiaçı vəfat etdikdən sonra onun vərəsələri sayılan övladları arasında bölünəcəkdir. Qarşılıqlı iddia alqı-satqı müqaviləsinin bağlanmasında 9 il müddət keçdikdən sonra qaldırılmışdır. İddia müddəti ötürülmüşdür. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı 30000 manat pul tələb edir. Lakin həmin pulun tələb olunması üçün sübutlar məhkəməyə təqdim edilməmişdir. Qarşılıqlı iddia ərizəsi heç bir hüququ əsası olmadan verilmişdir. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Qarşılıqlı iddia üzrə verilmiş hər iki tələb üzrə iddia müddəti keçmişdir. İddia müddətinin tətbiq olunmasını, qarşılıqlı iddianın rədd, ilk iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 Cahangir oğlu məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı isə qəbul etməyərək göstərdi ki, o, 2013-cü ildən Rusiya Federasiyasından ailəsinə pul göndərmişdir. 2015-ci ildə isə çox məbləğdə, təxminən hər dəfə 300000-500000 rubl pul göndərmişdir. Mübahisəli ev onun göndərdiyi pulla alınmışdır. O, istəmişdir ki, onun aldığı ev qaynanası İddiaçı adına yox, uşaqlarının hər hansı birinin adına keçirilsin. Əgər ev övladlarının adına keçsə o, evdən çıxacaqdır. 2016-cı ildə o, Rusiya Federasiyasında olmuşdur. Qarşılıqlı iddia üzrə Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə qarşılıqlı iddia üzrə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan sənədlərin siyahısı 12 mart 2016-cı il tarixli AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanda 0,710 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 190,4 kvm, yaşayış sahəsi 130 kvm olan, yardımçı sahəsi 60,4 kvm olan 7 otaqlı fərdi yaşayış evini İddiaçı 20000 manata satmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 19 mart 2016-cı il, reyestr nömrəsi **********64 olan Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda 0,710 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 190,4 kvm fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala rayon X7 bölməsinin təhqiqatçısı, polis mayoru X3 HK-1/916 nömrəli material üzrə qəbul edilmiş 22 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, HK-1/916 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin material üzrə İddiaçı izahat verərək bildirmişdir ki, qızı Şəhla Həmidova 2000-ci il tarixdə Rusiya Federasiyanın vətəndaşı olan əslən Azərbaycanlı Cavabdeh2 Cahangir oğlu adlı şəxslə ailə həyatı qurmuşdur. Onlar evləndikdən sonra kürəkəni Cavabdeh2 işləmək üçün Rusiya Federasiyasına getmişdir. Təxminən bir ildən sonra isə sonuncu həyat yoldaşı Şəhlanı da Rusiyaya aparmışdır. Bir neçə ildən sonra isə Şəhla təkrar Azərbaycan Respublikasına qayıtmış, kürəkəni Etibar isə Rusiya Federasiyasında qalmaqla orada işinə davam etmişdir. Həmin evlilikdən onların 2001, 2004 və 2011-ci il təvəllüdlü üç qız övladları dünyaya gəlmişdir. Onun mülkiyyətində fərdi yaşayış evi olmadığı üçün qızı Şəhla və sonuncunun üç azyaşlı uşağı ilə birlikdə Zaqatala şəhərində kirayədə yaşamışdırlar. Buna görə də o, 2016-cı ilin mart ayında pul toplayaraq ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evini öz puluna alaraq öz adına qeydiyyata saldırmış, birlikdə həmin evdə yaşamağa başlamışdırlar. 2017-ci ilin sentyabr ayında o, özünə “Toyota Corolla" markalı minik avtomobili almış, həm ev, həm də avtomobil onun adına qeydiyyata alınmış, onun mülkiyyətində hesab olunan daşınar və daşınmaz əmlaklar olmuşdur. Qızı Şəhla ilə kürəkəni Etibarın xasiyyətləri tutmadığı, kürəkəni ailəsinə laqeyd və məsuliyyətsiz olması səbəbindən onların arasında tez-tez ailədaxili mübahisələr yaranmış, nəhayət qızı Şəhla nikahın pozulması ilə bağlı Zaqatala rayon məhkəməsinə müraciət etmiş, rayon məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qətnaməsi ilə boşanma baş tutmuş və onlar rəsmi olaraq ayrılmışdırlar. Nikah pozulduqdan sonra keçmiş kürəkəni Etibar Məmmədov onlara hədə-qorxu gəlməklə, bəzi hallarda kəsici alət olan mətbəx bıçağı ilə ölümlə təhdid edərək onu, qızı Şəhlanı və üç nəvəsini onun mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evindən çıxartmış, həmin evi zəbt etmişdir. Əlavə olaraq da onun mülkiyyətində olan “Toyota Corolla” markalı 99HN567 dövlət qeydiyyat nişanlı avtomobili də ələ keçirmiş və şəxsi istifadəsində saxlamışdır. Keçmiş kürəkəni Cavabdeh2 ilə dəfələrlə onun mülkiyyətində olan evi və avtomobili qaytarması barədə danışıqlar aparsa da, sonuncu onunla razılığa gəlməmiş və ona hədə-qorxu gələrək ölümlə təhdid etmişdir. Əvvəlcə mülkiyyətində olan avtomobili almaq üçün daxili işlər orqanlarına şikayət etmiş, nəticədə həmin avtomobil saxlanılaraq ona təhvil verilmişdir. Lakin mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin qaytarılması ilə bağlı daxili işlər orqanlarına, eləcə də digər instansiyalara şikayətlər ünvanlasa da, müraciətlərinin mülki xarakterli olması əsas götürülərək baxılmamış saxlanılmışdır. Hazırda onun mülkiyyətində olan həmin ev qanunsuz olaraq keçmiş kürəkəni Cavabdeh2 tərəfindən zəbt edilmiş və həmin evdən, sonuncu ona, qızı Şəhlaya və nəvələrinə hədəqorxu gələrək öz qanuni mülkiyyətində olan evdən istifadə etməyinə imkan verməmişdir. Evi 135000 manata, avtomobili isə 20000 manat almışdır. Lakin o, heç yerdə işləməmiş, heç bir qazancı olmamışdır. Qızı Şəhla isə Zaqatala şəhərində gözəllik salonunda və paltar mağazasında satıcı işləmiş, sonuncu özü pul yığaraq həm evi, həm də avtomobili almışdır. Qızı Şəhla həmin ərəfələrdə Rusiya Federasiyasının vətəndaşı olduğuna görə həm evi, həm də avtomobili onun adına rəsmiləşdirmişdir. Keçmiş kürəkəni Cavabdeh2 evli olduqları müddətdə ailəsinin maddi məişət şəraiti ilə maraqlanmış, onlara yaşadığı Rusiya Federasiyasından pul göndərmişdir. Krasnoyarsk şəhəri Leninskiy rayon VVAQ Şöbəsi tərəfindən verilmiş İİİ-BA 768539 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21 sentyabr 2022-ci ildə vəfat etmişdir. 22 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Vəkil1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. 18 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Vəkil2 tərəfindən 180 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2001-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə xx.xx.2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın təmin edilməsini aradan qaldırdığından, birinci növbədə qarşılıqlı iddia həll edilməlidir. Qarşılıqlı iddiaçı mübahisəli fərdi yaşayış evinin alınması üçün Rusiya Federasiyasından ayrı-ayrı vaxtlarda pullar göndərdiyini, eyni zamanda Rusiyadan gələndə də pul gətirdiyini, lakin qarşılıqlı iddia üzrə cavabdehin onu aldadaraq onun göndərdiyi və Rusiyadan gələndə gətirdiyi pullarla evi öz adına rəsmiləşdirdiyini, qarşılıqlı iddia üzrə cavabdehin və qızının heç bir yerdə işləmədiklərini, heç bir qazanclarının olmadığını, pulları bank vasitəsi ilə göndərdiyini bildirsə də, qarşılıqlı iddia üzrə cavabdehə pul göndərilməsi və ya verilməsi hallarının təsdiqi üçün sübut təqdim etməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının pulu ailəsini dolandırmaq üçün göndərməsi, mübahisəli evin isə özünün mərhum ərinin sağlığında göndərdiyi pulla satın alması əsası ilə qarşılıqlı iddiaya etiraz etmişdir. Məhkəmə, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli fərdi yaşayış evinin alınması üçün Rusiya Federasiyasından ayrı-ayrı vaxtlarda qarşılıqlı iddia üzrə cavabdehə pul göndərməsi, eyni zamanda Rusiyadan gələndə pul gətirməsi və bu pulu qarşılıqlı iddia üzrə cavabdehə verməsi halının təsdiq edilmədiyini, eləcə də arvadının heç bir yerdə işləməməsinin özünün bildirməsi təsdiq edildiyini, bununla da arvadının və uşaqlarının onun maddi təminatında olduqlarını nəzərə alaraq, qarşılıqlı iddia üzrə cavabdehin pulun kimə göndərilməsi və təyinatı ilə bağlı bildirdiklərini işin hallarına uyğun sayır. Beləliklə, iş üzrə sübutlarla, qarşılıqlı iddia üzrə iddiaçının hər hansı məqsəd üçün o cümlədən mübahisəli fərdi yaşayış evinin onun üçün satın almasına görə qarşılıqlı iddia üzrə cavabdehə hər hansı məbləğdə pul vəsaiti göndərməsi və ya verməsi təsdiq edilməmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli evi ona alması üçün zəruri hərəkətləri icra edə bilməsinə görə qarşılıqlı iddia üzrə cavabdehə etibarnamə verməməsi də, onun mübahisəli fərdi yaşayış evini almaq niyyətində olmadığını təsdiq edir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair tələblə 18 noyabr 2024-cü il tarixdə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. Məhkəmə, qarşılıqlı iddia üzrə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehə hər hansı məbləğdə pul vəsaiti göndərməsi və ya verməsi, mübahisəli fərdi yaşayış evini özünə almaq niyyətində olması təsdiq edilmədiyindən, eləcə də tələbin xx.xx.2016-cı il tarixdə Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunda Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısı ilə əlaqədar bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız sayılmasına dair hissəsi üzrə tələblə müraciət edənədək, qarşılıqlı iddia üzrə cavabdehin iddia müddətinin tətbiq edilməsini xahiş edib etməməsindən asılı olmayaraq kəsici müddəti keçirdiyindən qarşılıqlı iddia rədd edilməlidir. İlk iddia üzrə müəyyən edilmiş hallar ondan ibarətdir ki, xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 Zaqatala şəhəri A.Həmidov küçəsi 98 ünvanında yerləşən fərdi yaşayış evini ilk iddia üzrə iddiaçıya satmışdır. Fərdi yaşayış evi xx.xx.2016cı il tarixdə tam mülkiyyət hüququ üzrə ilk iddia üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Fərdi yaşayış evində hazırda ilk iddia üzrə cavabdeh yaşayır. İş üzrə sübutlarla, ilk iddia üzrə cavabdehin Zaqatala şəhəri A.Həmidov küçəsi 98 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər hansı hüququnun mövcudluğu təsdiq olunmamışdır. Məhkəmə ilk iddia üzrə belə hesab edir ki, ilk iddiaçının özünə məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadə etmək, həmin evi başqa şəxslərin sahibliyinə yol verməmək, fərdi yaşayış evi barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüququ olduğundan və bu hərəkətləri fərdi yaşayış evinə hər hansı hüququnun mövcudluğu təsdiq olunmamış ilk iddia üzrə cavabdehin hüquqlarını pozmadığından, ilk iddia üzrə cavabdeh ilk iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalı, ilk iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ilk iddia və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları tələb edilmədiyindən həmin xərclər onları ödəmiş hər bir tərəfin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İlk iddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 19 mart 2016-cı il, reyestr nömrəsi **********64 olan Çıxarışa əsasən ilk iddia üzrə İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda 0,710 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 190,4 kvm fərdi yaşayış evindən ilk iddia üzrə Cavabdeh2 Cahangir oğlu çıxarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Cahangir oğlunun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələblərinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlk iddia və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları tələb edilmədiyindən həmin xərclər onları ödəmiş hər bir tərəfin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №2(033)-179/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-179/2025
18.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver